Məhkəmə qərarları › İş №3(019)-430/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-430/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-430/2022 14.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qazma kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 06 dekabr 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-782/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs bu günə qədər yaranmış 6480 manat alimenti tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-782/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ərizənin verildiyi 20 avqust 2019-cu il tarixdən başlayaraq 07 yanvar 2007-ci il tarixdə anadan olmuş X4 və 05 mart 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs ayda hər bir uşaq üçün 120 manat olmaqla hər ay 240 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, borclu Şəxs 2020-ci ilin noyabr ayından 2022-ci ilin mart ayının 31-ə qədər tələbkar və uşaqlarla bir yerdə yaşamış və borclu Şəxs uşaqların maddi təminatını həyata keçirmişdir. Lakin bu hal aliment ödənişinin hesablanmasında nəzərə alınmamışdır. Hal-hazırda borclu Şəxs aliment borcundan ödənişlər etmişdir. Həmçinin borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs ilə qalıq aliment borcunun ödənilməsi barədə razılıq əldə etmişlər. Qalan pul vəsaitinin ödənilməsi ilə bağlı tərəflər razılığa gəlmiş və barışmışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayəti yoxdur. İş üzrə zərərçəkmiş şəxsin xahişini nəzərə alaraq, işin icraatına xitam verilməsinə etirazı yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-782/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ərizənin verildiyi 20 avqust 2019-cu il tarixdən başlayaraq 07 yanvar 2007-ci il tarixdə anadan olmuş X4 və 05 mart 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondann ayda hər bir uşaq üçün 120 manat olmaqla hər ay 240 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. O, bundan əvəl alimenti vaxtlı-vaxtında ödəməyə çalışmışdır. Lakin iş yeri və qazancı olmadığından həmin alimenti vaxtlı-vaxtında ödəməkdə çətinlik çəkməyə başlamışdır. İnzibati xəta haqqında protokolda göstərilən aliment borcu düzgün göstərilməmişdir. Onun tələbkara o qədər aliment borcu yoxdur. Belə ki, 2020-ci ilin noyabr ayından 2022-ci ilin mart ayının 31-ə qədər tələbkar Zərərçəkmiş şəxs və uşaqlarla bir yerdə kirayədə yaşamış və o, həmçinin uşaqların maddi təminatını həyata keçirmişdir. Lakin bu hal, yəni bu müddət ərzində uşaqların saxlanması üçün çəkdiyi xərclər aliment ödənişinə hesablanmamış və nəzərə alınmamışdır. Həmçinin müxtəlif vaxtlarda aliment məbləğləri ödəmişdir. Halhazırda da aliment borcundan ödənişlər etmişdir. Həmçinin tələbkar Zərərçəkmiş şəxs ilə qalıq aliment borcunun ödənilməsi barədə razılıq əldə etmiş və barışmışlar. Qalan borcu hissə-hissə ödəyəcəkdir. Maddi vəziyyəti hazırda ağırdır. Aylıq qazancı, banklarda əmanətləri, tələb yönəldilə biləcək daşınar və daşınmaz əmlakları yoxdur, pensiya və ya digər sosial müavinət almır. Onun əməlində həmin inzibati xətanın tərkibi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-782/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ərizənin verildiyi 20 avqust 2019-cu il tarixdən başlayaraq 07 yanvar 2007-ci il tarixdə anadan olmuş X4 və 05 mart 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs ayda hər bir uşaq üçün 120 manat olmaqla hər ay 240 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs müxtəlif vaxtlarda aliment ödəmişdir. Həmçinin Şəxs 2020-ci ilin noyabr ayından 2022-ci ilin mart ayının 31-ə qədər ailənin və uşaqların maddi təminatını həyata keçirmiş, uşaqların saxlanması xərclərini ödəmişdir. Lakin bu hal aliment ödənişində nəzərə alınmamışdır. Hal-hazırda borclu Şəxs aliment borcundan ödənişlər etmişdir, qalan borcu da hissə-hissə ödəyəcəkdir. Qalan aliment borcunun ödənilməsi ilə bağlı Şəxs ilə razılığa gəlmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs heç bir şikayəti yoxdur və X10 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, hal-hazırda ondan heç bir tələb və şikayətinin olmadığını bildirərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-782/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, ərizənin verildiyi 20 avqust 2019-cu il tarixdən başlayaraq 07 yanvar 2007-ci il tarixdə anadan olmuş X4 və 05 mart 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs ayda hər bir uşaq üçün 120 manat olmaqla hər ay 240 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 782/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi icraya yönəldilmişdir. İş materiallarından o da müəyyən olunur ki, borclu Şəxs müxtəlif vaxtlarda aliment ödəmişdir. Həmçinin Şəxs 2020-ci ilin noyabr ayından 2022-ci ilin mart ayının 31-ə qədər tələbkar və uşaqlarla bir yerdə yaşamış və uşaqların maddi təminatını həyata keçirmiş, onların saxlanması xərclərində iştirak etmişdir. Lakin bu hal aliment ödənişində nəzərə alınmamışdır. Hal-hazırda borclu Şəxs aliment borcundan ödənişlər etmişdir, qalan borcu da hissə-hissə ödəyəcəkdir. Qalan aliment borcunun ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs ilə Şəxs razılığa gəlmişlər. Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs heç bir şikayəti yoxdur və X10 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Balayev X7 Rayon Məhkəməsinin 2(019)-782/2019 saylı 19 sentybar 2019-cu il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən və bu icra sənədini icra etməkdən yayınmamış, tələbkara olan aliment borcundan ödənişlər etmiş, tələbkarla və uşaqlarla 2020-ci ilin noyabr ayından 2022-ci ilin mart 31dək bir yerdə yaşamaqla uşaqların maddi təminatını həyata keçirmiş, uşaqlarını saxlamışdır. Eyni zamanda Şəxs aliment borcundan ödənişlər etmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qalan aliment borcunu da hissə-hissə ödəyəcəyi barədə tələbkar Zərərçəkmiş şəxs ilə razılıq əldə etmişdir və tələbkarın aliment borcu ilə bağlı ona qarşı şikayəti yoxdur. İş materiallarından, həmçinin məhkəməyə təqdim edilmiş icra işinin materiallarından da görünür ki, icra məmuru tərəfindən müxtəlif orqanlara göndərilən sorğular əsasında Şəxs işləməməsi, aylıq hər hansı qazanca malik olmaması, onun bank əmanətlərinin, tələb yönəldilə biləcək daşınar və daşınmaz əşyalarının olmaması, pensiya və digər sosial müavinətlər almaması, bir sözlə ödəniş qabiliyyətinin olmaması müəyyən edilmişdir. Belə olan halda şübhəsizdir ki, Şəxs sözügedən icra sənədini tam icra etməməsi və bununla bağlı icra məmurunun qanuni tələblərini tam yerinə yetirməməsi üzrlü səbəblərdən baş vermişdir. İşdəki sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri müəyyən olunmamışdır. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-782/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan tam icra etməməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən bu vəzifə həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materialları ilə Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-782/2019 saylı 19 sentybar 2019-cu il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsində, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut olunmur. Onu da nəzərə çatdırmaq lazımdır ki, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya (Avropa Konvensiyası) dair 4 saylı Protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu tələb eyni zamanda BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktının 1-ci maddəsində və Azərbaycan Respublikasında İnsan Hüquq və X1 Tənzimlənməsi Haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsində də təsbit olunmuşdur. Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsi və yuxarıda göstərilən digər qanun normaları insanın azadlığı və ləyaqəti anlayışından fərqli olaraq, sadəcə fərdin konkret öhdəliyini yerinə yeirməsi üçün maddi vəsaitin olmadığına görə onun istənilən şəkildə azadlıqdan məhrum edilməsini qadağan etməyə yönəlib. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi 22 iyul 2021-ci il tarixli Kərimov və başqaları Azərbaycana qarşı şikayəti üzrə qərarında ərizəçilər Vahid Kərimov, Mahir Abbasov və Mübariz Bayramovun borclarını ödəmək iqtidarında olmadıqlarına görə həbs olunmaları ilə bağlı Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsində nəzərdə tutulmuş hüquqlarının pozuntusunu müəyyən etmiş və ərizəçilərin hər birinə 3600 avro təzminat ödənilməsini qərara almışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X8, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X6 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 18 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53. 105.1, 109.2, 112, 113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X6 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 18 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar