Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-430/2025 21.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X28 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X6 rəis müavini X27 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN 180806 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X6 xx.xx.2025-ci il tarixli, MN180806 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X6 rəis müavini X27 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN 180806 nömrəli qərarın ləğv edilməsi ,barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 xx.xx.2024-cü ildən “Şirin Əllər” uşaq baxıcılıq evində dayə-baxıcı kimi fəaliyyət göstərir. İşi qanuni şəkildə qurmuş, uşaqların təhlükəsizliyini hər zaman prioritet hesab etmişdir. xx.xx.2025-ci il tarixdə baxıcılıq evində olan uşaqlardan biri-xx.xx.2025-ci il təvəllüdlü X11 bədənində uşaq-baxıcılıq evindəki digər uşağın dişləməsi nəticəsində iz yaranması barədə Maryam Mamatiyevanın anası X7 Balakən RPŞ-yə müraciəti əsasında ilkin araşdırma aparılaraq toplanmış materiallar Balakən rayon prokurorluğuna göndərilmiş, Balakən rayon prokurorunun köməkçisi Qabil Əlizadə tərəfindən araşdırma aparılmış, xx.xx.2025-ci il tarixdə araşdırma zamanı toplanmış materiallarda cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, “Şirin əllər” uşaq bağçasında X15 əmək müqaviləsi olmadan işlədilibişlədilməməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında iş üzrə icraat başlanılıb-başlanılmaması məsələsinə baxılması barədə prosessual qərar qəbul edilmişdir. Həmin qərar əsasında isə Balakən rayon prokuroru, baş ədliyyə müşaviri Camal Bağırov tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək qərar və toplanmış materiallar vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinə göndərilmişdir. Balakən rayon prokurorunun inzibati xəta haqqında iş üzrə icraat başlanması barədə xx.xx.2025-ci il tarixli qərarı əsasında X21 Xidmətinin X6 rəis müavini X27 tərəfindən xx.xx.2025-ci il tarixli, MN1808806 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz və əsassız hesab edir. Çünki qərar hər hansı araşdırma aparılmadan,Balakən rayon prokurorluğunun qərəzli qərarı əsasında qəbul edilmişdir. Qərar qəbul edilərkən inzibati xəta hadisəsinin, inzibati xəta tərkibinin əlamətlərinin olub-olmaması onun da iştirakı ilə araşdırılmalı idi. Balakən rayon prokurorluğu tərəfindən qəbul edilmiş qərarda onun inzibati məsuliyyətə cəlb edilməyi barədə hər hansı göstəriş yoxdur. Qərar əsasında araşdırma aparılaraq inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmalı idi. O, dayə xidmətini yaşadığı evdə göstərir. 6-7 uşağa xidmət göstərir. İki nəfər dayə xidmətini göstərir. O, vəzifəli şəxs deyildir. Balakən rayon prokurorluğu tərəfindən qəbu edilmiş qərarda göstərilən guya Gülər Xəlilovanın qanunsuz olaraq işlətməyi barədə qeyd edilənlər yalandır. Sübut kimi göstərilən watsapp yazışmaları saxtadır, müvafiq mobil tətbiq vasitəsilə hazırlanmışdır. Həmin saxta məlumatlardan istifadə edərək onun 3.000 manat məbləğində cəriməyə məruz qalması ədalətsizlikdir. Gülər Xəlilova dayə xidməti göstərdiyi ona məxsus evdə işləməmişdir. Bunun anten məlumatlarının, ətrafda olan təhlükəsizlik kameralarının görüntülərinin əldə edilməsi, xidmət göstərdiyi uşaqların valideynlərinin izahatlarının alınması və digər yoxlama vasitələri ilə sübut edilməsi mümkündür. Lakin X21 Xidmətinin X6 rəis müavini X27 buna təşəbbüs göstərməmiş, Balakən rayon prokurorluğunda qəbul edilmiş qərar mötəbər sübut kimi qəbul edərək qanunsuz, əsassız, onun fəaliyyətini dayandırmağa yönələn, mənafeyinə ciddi ziyan vuracaq qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X9 məhkəmə iclasında şikayəti müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında X21 Xidməti X13 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İşə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli MN-1808806 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozduğuna görə həmin maddə ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X13 tərədindən X3 ünvanlanmış 30 oktyabr 2025-ci il tarixli 3-17-5/2- M-100386/2025 nömrəli məktubda göstərilmişdir: “barənizdə aparılan inzibati xəta haqqında işə baxılmasının təxirə salınması barədə xx.xx.2025-ci il tarixli müraciətiniz X21 Xidmətinin X13nə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Bildiririk ki, Balakən rayon Prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə xx.xx.2025-ci il tarixli, 25-1-2-2-407-0002-3 saylı qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X13 tərəfindən barənizdə xx.xx.2025- ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Tərəfimizdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində siz xx.xx.2025-ci il tarixli, 3-17-5/2-M-95099/2025 nömrəli məktubla Regional Şöbəyə (Şəki şəhəri, M.F.Axundov prospekti 56 “a”, tel: (***-***-**-**) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət edilmiş, lakin Qərar qəbul edilən zaman iştirak etməmisiniz.Qərarın surəti xx.xx.2025-ci il tarixli, 3-17-5/2-M-99523/2025 nömrəli məktubla ünvan 2 ünvanına göndərilmişdir.” İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X13 tərədindən X3 ünvanlanmış 28 oktyabr 2025-ci il tarixli 3-17-5/2- M-99523/2025 nömrəli məktubda göstərilmişdir ki,”Balakən rayon Prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə xx.xx.2025-ci il tarixli, 25-1-2-2-407- 0002-3 sayiı qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X6 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı məlumat üçün Sizə göndərilir.Nəzərinizə çatdırırıq ki, inzibati cərimə 1 (bir) ay müddətində könüllü surətdə ödənilməsi təmin edilməlidir. Əks təqdirdə məcburi icra tədbirləri ilə bağlı tərəfimizdən aidiyyatı orqanlara müraciət ediləcəkdir”. İşdə olan X10 izahatında göstərilmişdir ki, “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, 2025-ci ilin aprel ayının 21-dən Balakən rayon, Qazbinə kəndində yerləşən “Şirin Əllər” uşaq baxçasında tərbiyəçi işləyirəm. Baxçanın direktoru X9 mənimlə əmək müqaviləsi bağlamışdır. Baxçada bizdən əlavə X20 da işləmişdir, izahatıma əlavə olaraq X15 həmin baxçada işləməsini təsdiq edən “screenshot”-ı təqdim edirəm. Sual: X14 izahatında “Şirin Əllər” uşaq baxçasına yazdırdığı qızı X11 xx.xx.2025-ci il tarixdə baxçada xəsarət aldığını bildirmişdir. Bununla bağlı nə deyə bilərsiniz? Cavab: Mən həmin gün işə getmədiyim üçün bu barədə heç bir məlumatım yoxdur. Sual: X9 izahatında Röyalə adlı şəxsin baxçada uşaqlara qulluq göstərilməsində sizə kömək etdiyini bildirmişdir. Bununla bağlı nə deyə bilərsiniz? Cavab: “Şirin Əllər” uşaq baxçası saat 18-dək fəaliyyət göstərir. Mən baxçada həftənin 1-ci günündən 5-ci gününədək saat 09:00-dan 14:00-dək işlədiyim üçün məndən sonra kimin işə gəldiyi haqqında heç bir məlumatım yoxdur. Sual: X5, X9 və sizdən başqa kimsə işləmişdirmi? Cavab: Bu haqda heç bir məlumatım yoxdur. Sual: İzahatınıza əlavəniz vardırmı? Cavab:İzahatımı oxudum. Sözlərimlə düzgün yazılmışdır. Əlavəm yoxdur. İşdə olan X7 izahatında göstərilmişdir ki, Sual: “Şirin əllər” uşaq baxçasmda X20, X9 və X4 başqa kimsə işləmişdirmi? Cavab: X20, X9 və X4 əlavə başqa şəxslərin də uşaqlara qulluq etdiyini görmüşəm. Lakin həmin şəxsləri tanımıram. X15 və X8 həmin baxçada uşaqlara qulluq göstərməsini təsdiq edən fotoşəkili izahatıma əlavə olaraq təqdim edirəm. İşdə olan 15 sentyabr 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Başlandı: saat 12:15 dəq. Qurtardı: saat 12:30 dəq. Mən, Balakən rayon prokurorunun köməkçisi X25 CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən tərtib edirəm həmin protokolu ondan ötrü ki, icraatımda olan 86C-25 nömrəli materialın araşdırma zərurəti ilə əlaqədar olaraq X7 iştirakı ilə telefonunda olan “Whatsapp” proqram tətbiqinə tərəfimdən baxış keçirildi. Baxış zamanı müəyyən edilmişdir ki, “Şirin əllər” uşaq baxçasının valideyn-müəlim kollektivinin eyni adlı qrupu mövcuddur. xx.xx.2025-ci il tarixdə həmin qrupda yazılan mesajlar aşağıdakı məzmundadır: (09:02) Sevil (+7 747 559 4867): Salam melime ali niye ağlayır agliyirmi səhərdə bir az ağrıyırdı ali (09:04) Gülər Baxca (***-***-**-**): Yaxşıdı indi oynayir xx.xx.2025-ci il tarixdə həmin qrupda yazılan mesajlar aşağıdakı məzmundadır: (22:32) Gülər Baxca (***-***-**-**): Mən olmuşam işde işe girdiyim günden bütün uşaqları öz uşağım kimi baxmışam elede nəzaret edib oyunlar oynuyub vaxt kecirmişem beli günah mendədi uşaqların pampersini dəyisende nezaretsiz qalib üzr isteyirem sizin yerinizdə men olsam eyni reaksiyanı vererdim men xalanıza milcek yeyib zad deməisəm sadece dermanın birini icirmisem biri qalib cantadadı dedim başqa hec ne dememisem. İşden çıxmaq lazimsa cıxacam narahat olmayın bele çıxmaq istemezdim bir il olur uje orda isleyirem hec bir valeyinle bele peoblemim yada ki bele mesuliyyetsizlik elememisdim sadece uşaqlar tek qalib mende pampers deyişirdim olan budu Bu gun evəz edici olub işde menim basim qarışıb icerde usaqhı milcek yeynide o deyib men sadece derman verin demişdim hemen vaxtda men iceride idim uşaqları pampersini deyişirdim. Bundan əlavə baxış zamanı müyyən edilmişdir ki, ***-***-**-** nömrəli mobil telefondan həmin qrupa dəfələrlə uşaqlara necə qulluq göstərilməsinə dair fotoşəkillər atılmışdır. Baxış zamanı zəruri “screen shot’lar çıxardılaraq surətləri protokola əlavə edildi. Başqa əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. Bununla da baxış sona çatdı. Şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 rayonu Qazbinə kəndində yerləşən “Şirin əllər” uşaq baxçasında(uşaq baxıcılıq evində) 2024-cü ilin aprel ayından 2025-ci ilin sentyabr ayınadək X17 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bu əməlinə görə o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X13 tərəfindən 28 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, şikayətin dəlilləri əsassızdır, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X13 28 oktyabr 2025-ci il tarixli MN-1808806 nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, X2 əməli İXM-in 192.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134-cü maddəsinə əsasən: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X13 28 oktyabr 2025-ci il tarixli MN-1808806 nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayəti təmin edilməsin; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X6 28 oktyabr 2025-ci il tarixli MN-1808806 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-430/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-430/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver