Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-431/2023 13.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, hüquqi ünvanı Zaqatala rayonu Əliabad qəsəbəsi olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixində rəsmiləşdirdiyi **********2846 nömrəli gömrük bəyannaməsi üzrə “fındıq ləpəsi” yükünün İtaliya Respublikasına ixrac etdiyi ümumi dəyəri 57600 ABŞ dollar dəyərindəki (97920 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) yükün müqabilində qaytarılmalı olan məbləğdən 768 ABŞ dolları (1305.6 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) vəsaitin "xxxx" MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Bununla əlaqədar hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXMnin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən 26 sentyabr 2023-cü il tarixli, 00500-00221/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilməyərək, izahatında göstərdi ki, Şəxs MMC-nin əsas fəaliyyət istiqaməti fındıq məhsullarının, yəni fındıq ləpəsi və qabığının tədarükü və ixracından ibarətdir. İxracı adətən Türkiyə və İtaliya Respublikalarında fəaliyyət göstərən şirkətlərə edirlər. İxrac etdikləri malları həmişə quru yolu ilə, yəni yük maşınlarıı ilə göndərirlər. Cox vaxt malları ixrac etdikdən sonra idxalatçı şirkət tərəfindən ixrac etdikləri malların pulu onlarıın müvəkkil bank hesabına köçürülür. Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə, **********2846 saylı qömrük bəyannaməsi ilə Qərb Ərazi Bas Gömrük İdarəsinin Balakən qömrük postunda rəsmiləşdirilərək İtaliya Respublikasında yerləşən “X7 SRL” şirkətinə 12000 kq. çəkidə və 57600 ABŞ dolları dəyərində “fındıq ləpəsi” yükü ixrac edilmişdir. Həmin yükün müqabilində qaytarılmalı olan vəsaitin böyük bir hissəsi MMC-nin "xxxx" ASC-nin Zaqatala filialındakı müvəkkil bank hesabına köçürülmüş, lakin 768 ABŞ dolları məbləğində vəsait isə köçürülməmişdir. Həmin vəsaitin köçürülməməsinin səbəbi isə, yük gedib təyinat verinə çatana qədər məhsulda quruma getməsi və çəkisinin azalması olmuşdur. İdxalatçı şirkət isə malın təyinat verinə çatan zaman faktiki çəkisinə görə onlara ödəniş edir. Buna görə də həmin məbləğ MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Bu xətanın törədilməsində heç bir təqsirləri yoxdur. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi X3 bildirdi ki, “AZERNUTS" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixində rəsmiləşdirdiyi **********2846 nömrəli gömrük bəyannaməsi üzrə “fındıq ləpəsi” yükünün İtaliya Respublikasına ixrac etdiyi ümumi dəyəri 57600 ABŞ dollar dəyərindəki (97920 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) yükün müqabilində qaytarılmalı olan məbləğdən 768 ABŞ dolları (1305.6 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) vəsaitin "xxxx" MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə **********2846 saylı gömrük bəyənnaməsi üzrə rəsmiləşdirilməklə ixrac olunmuş « fındıq ləpəsi» yükünün müqabilində qaytarılmalı olan 768 ABŞ dolları (1305,6 manat, kurs:1 ABŞ dolları=1,70) məbləğində vəsaitin müvəkkili bank hesabına köçürülməməklə xaricdən qaytarılmaması xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsi, Balakən gömrük postunun Rəsmiləşdirmə mərkəzinin rəisi vəzifələrini müvəqqəti icra edən vəzifəli şəxsinin xx.xx.2023-ci il tarixli raportu, 26 sentyabr 2023-cü il tarixli 00500-00221/23 nömrəli inzibati xəta haqqında protokol və sair işdə olan sənədlərlə təsdiq olunur. Belə ki, həmin sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən İtaliyaya xx.xx.2023-cü il tarixində **********2846 saylı gömrük bəyənnaməsi ilə dəyəri 57600 ABŞ dolları olan «fındıq ləpəsi» yükü rəsmiləşdirilərək ixrac olunmuş və ixrac olunan malın müqabilində 768 ABŞ dolları məbləğində valyuta vəsaiti cəmiyyətin bank hesabına daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyət nəzərdə tutulmuşdur. İXM-nin 483-cü maddəsinin «Qeyd» hissəsinə əsasən Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, “AZERNUTS" MMC 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə düzgün tövsif edilmişdir. Bu xüsusda Şəxs MMC-nin nümayəndəsinin izahatında göstərdiyi Şəxs MMC-nin həmin inzibati xətanın törədilməsində təqsirli olmaması barədə mülahizələri qəbul olunmur. Belə ki, ixrac olunmuş 768 ABŞ dolları dəyərində fındıq ləpəsi məhsulunun təyinat yerinə çatana qədər məhsulda quruma getməsi və çəkisinin azalması, idxalatçı şirkət tərəfindən malın qəbul edildiyi vaxt olan faktiki çəkisinə görə ödəniş etməsi inandırıcı deyildir və Şəxs MMC də bu halları, yəni 768 ABŞ dolları dəyərində məhsulun təyinat yerinə çatana qədər məhsulda quruma getməsi və çəkisinin azalmasına aid sənədləri məhkəməyə təqdim etməmişdir Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarına istinad etməklə İXM-nin 483-cü maddəsi üzrə tərkibin yaranması üçün ixrac olunan məhsulların yalnız konsiqnasiya ilə edilməsi, hazırki halda konsiqnasiya yolu ilə malların ixrac edilməməsi, ona görə də 180 gün müddət ərzində vsaitin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi barədə müddəanın tətbiq edilə bilməməsi mülahizəsi də əsaslı deyildir. Belə ki, konsiqnasiya hər hansı verilən müddətə yox malın satılıb qurtardıqdan sonra satıcı tərəfindən malın maya dəyərinin tələb etdiyi pul vəsaitini ehtiva edir. İş materiallaırndan görünür ki, sözügedən xurma dilimləri yükü kömrük orqanında bəyan olunmuş və xaricə göndərilmişdir. Belə olan halda Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarında göstərilən müddət hazırki hala şamil edilir. Qanunvericiliyin tələbinə əsasən Şəxs MMC-nin göndərdiyi malın dəyərini təşkil edən 768 ABŞ dolları valyuta məbləği xarici təşkilat tərəfindən Azərbaycan Respublikasının müvəkkil bank hesabına köçürülməli idi ki, həmin vəsait də köçürülməmişdir. Bu vəsaitin köçürülməməsi Şəxs MMC-nin təqsiri nəticəsində baş vermişdir ki, bu faktoloji hal da İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinin tələbinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC təqsirli bilindiyi İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın-768 ABŞ dolları dəyərinin otuz faizi- 230,4 ABŞ dolları (768 ABŞ dollarının 30 %-i=230,4 ABŞ dolları) məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-431/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-431/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver