Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-431/2025 26.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi ilə, xx.xx.1991-ci ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, Rusiya Federasiyası, Novosibirsk şəhəri, Zabaloyeva küçəsi, ev 5/1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Rayon Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Rusiya Federasiyasının vətəndaşı Mamedzade X3 istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “MAN” markalı, QQ156HH/QU020N dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin üzərində olan “TOYOTA CAMRY” markalı, “M727CC154” dövlət nömrə nişanlı minik avtomobilində olan əl çantasında üzərində “TEMP 10X28” yazılmış 1 (bir) ədəd qutuda 25 (iyirmi beş) ədəd olmaqla hər birinin üzərində “10x28 RA” yazılmış travmatik tapança üçün güllələri xx.xx.2025-ci il tarixdə saat 05:00 radələrində Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən Mazımqara Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirtmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Balakən Gömrük İdarəsinə verdiyi izahatında göstərmişdir ki, ailəlidir və ailəsi ilə birlikdə Rusiya Federasiyası, Novosibirski şəhəri, Zabaloyeva küçəsi, ev 5/1 ünvanında yaşayır. Əslən azərbaycanlıdır. 2011-ci ildən Rusiyada yaşayır. Sibirstroy şirkətinin direktorudur. Onların şirkətinin fəaliyyəti istiqaməti yol tikintisidir. Ailə üzvüləri Azərbaycanda yaşayır, o da onları görmək üçün il ərzində 2-3 dəfə bura gəlir. xx.xx.2025-ci il tarixdə ona məxsus olan “TOYOTA CAMRY” markalı, “M727CC154” xarici dövlət nömrə nişanlı minik avtomobili ilə Rusiya ərazisindən keçərək Gürcüstana getmişdir. Quru sərhədləri bağlı olduğu üçün idarə etdiyi avtomobili Azərbaycana gətirmək məqsədi ilə Gürcüstan Respublikasının Marneuli şəhərinin Candarmassiv qəsəbəsinə tır parka gəlmişdir. Bura gəlməzdən əvvəl Akmedov Eldanizlə telefon vasitəsi ilə əlaqə saxlamış və onunla 250 dollar müqabilində “TOYOTA CAMRY” markalı, “M727CC154” xarici dövlət nömrə nişanlı minik avtomobili Azərbaycana gətirməsi üçün razılığa gəlmişdir. Akmedov Eldaniz ilə şəxsi tanışlığı yoxdur, sadəcə dostları və qardaşı minik nəqliyyat vasitələrini Gürcüstan ərazisindən Azərbaycana gətirərkən onunla əlaqə saxlayır. Bu səbəbdən o da minik avtomobilini gömrük sərhədindən keçirməsi üçün onunla razılığa gəlmiş və öz adından sürücüyə etibarnamə vermişdir. Daha sonra Gürcüstanın Tbilisi şəhərinə gedərək hava nəqliyyatı vasitəsi ilə Bakı şəhərinə gəlmişdir.Həmin güllələr ona məxsusdur. Həmin güllələr “Grand Power t11” markalı tapançada istifadə olunmaq üçün nəzərdə tutulub. Qeyd etdiyi tapança ona məxsusdur və travmatik silahdır. “Grand Power t11” markalı tapançanı xx.xx.2022-ci il tarixdə Novosibirsk şəhəri, Vatutina 19 ünvanında yerləşən OOO “0i016” adlı silah satışı həyata keçirən mağazadan almışdır. Həmin silahın lisenziyası və üzərində daşınması üçün icazə sənədi mövcuddur. Silahı almaqda məqsədi özünü müdafiə etməkdir. “Grand Power t11” markalı tapançanın və sənədlərin şəklini izahatına əlavə edir. Həmin güllələri sərhəddən keçirmək məqsədi olmayıb. “Grand Power t11” markalı tapança və güllələr hər zaman idarə etdiyi nəqliyyat vasitəsində olur. Azərbaycana gəlməzdən əvvəl tapançanı Rusiyada yaşadığı mənzilə qoymuş, güllələr isə əl çantasında olduğu üçün yadından çıxaraq minik avtomobilində qalmışdır. Bu səbəbdən də belə bir hadisə baş vermişdir. İnzibati xəta haqqında materialda olan ”X2 rəisi Elfaq Yusifli tərəfindən Balakən Gömrük İdarəsinin rəisi Kamran Yusifova ünvanlanmış xx.xx.2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində, təxminən saat 05:00 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “MAN” markalı, QQ156HH/QU020N dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Gürcüstan Respublikasının vətəndaşı Akhmedov Eldaniz ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olubolmaması barədə sorğu-sual aparılmışdır. Gürcüstan Respublikasının vətəndaşı Akhmedov Eldaniz üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin üzərində olan “TOYOTA CAMRY” markalı, “M727CC154” dövlət nömrə nişanlı minik avtomobilində olan əl çantası HCVG vizual SMİTH detection rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlər müşahidə olunduğundan əl çantasına baxış keçirilmiş və içərisindən üzərində “TEMP 10X28” yazılmış 1 (bir) ədəd qutuda 25 (iyirmi beş) ədəd olmaqla hər birinin üzərində “10x28 RA” yazılmış travmatik tapança üçün güllə aşkar edilmişdir. Aşkar olunan “TEMP 10X28” yazılmış 1 (bir) ədəd qutuda 25 (iyirmi beş) ədəd olmaqla hər birinin üzərində “10x28 RA” yazılmış travmatik tapança üçün güllə protokol əsasında götürülmüşdür. Yuxarıda göstərilənləri nəzərə alaraq müvafiq tədbir görülməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirik.” İnzibati xəta haqqında materialda olan 03 noyabr 2025-ci il tarixli yoxlama və götürmə haqqında protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixində, təxminən saat 05:00 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “MAN” markalı, QQ156HH/QU020N dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Gürcüstanın vətəndaşı Akhmedov Eldaniz ilə şifahi olaraq üzərində nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olubolmaması barədə sorğu sual aparılmışdır. Akhmedov Eldaniz üzərində nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin üzərində olan “TOYOTA CAMRY” markalı, “M727CC154” dövlət nömrə nişanlı minik avtomobilində olan əl çantası HCVG vizual SMİTH detection rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlər müşahidə olunduğundan əl çantasına baxış keçirilmiş və içərisindən üzərində “TEMP 10X28” yazılmış 1 (bir) ədəd qutuda 25 (iyirmi beş) ədəd olmaqla hər birinin üzərində “10x28 RA” yazılmış travmatik tapança üçün güllə aşkar edilmişdir.Aşkar olunan “TEMP 10X28” yazılmış 1 (bir) ədəd qutuda 25 (iyirmi beş) ədəd olmaqla hər birinin üzərində “10x28 RA” yazılmış travmatik tapança üçün güllə bu protokol əsasında götürülmüşdür. İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən 06 noyabr 2025-ci il tarixli 17/791 nömrəli ekspert rəyindən görünür ki, -Tədqiqata təqdim olunmuş 25 (iyirmi beş) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş travmatik tapançalarda istifadə edilən 10mm kalibrli travmatik patronlardır, döyüş sursatı hesab edilmirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə,bu az miqdarda olduqda,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. 68,30 manat ekspertiza xərci Şəxs tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Rusiya vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə təqsirli bilinsin, ondan aşkar olunaraq götürülmüş və Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsində saxlanılan, “TEMP 10X28” yazılmış 1 (bir) ədəd qutuda 25 (iyirmi beş) ədəd olmaqla hər birinin üzərində “10x28 RA” yazılmış travmatik tapança üçün güllələr dövlət nəfinə müsadirə edilsin. 68,30 manat ekspertiza xərci Şəxs tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-431/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-431/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver