Məhkəmə qərarları › İş №3(019)-432/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-432/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-432/2023 13.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, İkili vətəndaş (Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşı) xx.xx.1974-cü ildə Azərbaycan Respublikasının Xanlar rayonunda anadan olan, Azərbaycan Respublikası, Goranboy rayonu, Nazim Hikmət küçəsi, ev 6 və Rusiya Federasiyası, Sank- Peterburq vilayəti, Primorskiy rayonu, Şuvalovskiy prospekti, ev 41, mənzil 318 ünvanında daimi pasport qeydiyyatında olan, Azərbaycan Respublikası vətəndaşlığı-pasport: AZE C02317345 və Rusiya Federasiyası vətəndaşlığı-pasport: RUS ********* seriyalı pasportların sahibi, evli, orta təhsilli Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 480-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: 29 avqust 2023-cü il tarixində, saat 22:20 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postuna daxil olan və Azərbaycan Respublikası ərazisinə minik nəqliyyat vasitələri yükü gətirən Gürcüstan Respublikası vətəndaşı Badalov Badalın idarə etdiyi “RENAULT” markalı, TT700TF/TT5911 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “HCVG vizual SMİTH detection” stasinoar rentgen qurğusunda baxış keçirilən zaman yük nəqliyyat vasitəsinin qoşqusunun ikinci mərtəbəsinin arxa hissəsində olan “BMW X6” markalı, buraxılış ili 2020-ci il olan, P002PK178 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinin yük yeri (baqaj) hissəsində şübhəli cizgilər müşahidə olunmuşdur. “BMW X6” markalı, P002PK178 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilən zaman nəqliyyat vasitəsinin yük yerinin sağ və sol divarlarındakı örtüklərinin (obşivka) arxasındakı boşluqlardan və yük yerinin döşəməsindəki örtüyün altından gömrük nəzarətindən gizləşdilmiş 1 ədədi sınıq və 1 ədədi boş halda üzərində “LEGEND OF KREMLİN” yazısı olan araq şüşəsi, aksiz markası ilə markalanmamış 18 ədəd “LEGEND OF KREMLİN 0.7 İ” yazısı olan araq, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “ÇARSKİY 0.5İ” yazısı olan likor, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “GLEN SCANLAN 0.7İ yazısı olan viski, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “GLENHİLLS 0.71” yazısı olan viski, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “WİLLİAM LAWSONS 0.5İ” yazısı olan viski aşkar edilmişdir. Aşkar olunmuş hüquqpozma predmetləri protokol əsasında götürülmüşdür. Bununla əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən 25 sentyabr 2023-cü il tarixli, 00500-00219/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, onun ikili vətəndaşlığı var. Həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyası vətəndaşıdır. Milliyətcə azərbaycanlıdır. Azərbaycan Respublikasının Goranboy rayonundandır. Rusiya Federasiyasında ticarətlə məşğul olduğu üçün Rusiya Federasiyasında da yaşayır. Lakin qohumları və ailəsi Azərbaycan Respublikasında yaşadığı üçün Azərbaycan Respublikasına tez-tez gəlib-gedir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə özünə məxsus olan “BMW X6” markalı, P002PK178 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə Rusiya Federasiyasından Gürcüstan Respublikasına getmişdir. Çünki orada çoxlu dostları var və özü də mütəmadi olaraq spirtli içki içən olduğu üçün oraya maşınında çox sayda araq, viski və likor aparıbmış. Həmin spirtli içkilərin bir hissəsini dostları ilə Gürcüstan Respublikasında içibmiş. Orada təxminən 20 gün qaldıqdan sonra hava yolu ilə özü Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycana gəlməzdən əvvəl olan “BMW X6” markalı, P0Q2PK178 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Gürcüstanda fəaliyyət göstərən “Nəbioglu” daşıma şirkəti ilə müqavilə bağlayaraq Azərbaycana qöndərmişdir. Daşıma şirkətindən ona bildirilmişdir ki, bir neçə gün sonra nəqliyyat vasitəsi Azərbaycana yola düşəcək. Nəqliyyat vasitəsini daşıma şirkətinə təhvil verərkən Rusiyadan Gürcüstana apardığı spirtli içkilərin bir hissəsi, yəni 20 ədəd “LEGEND OF KREMLİN 0.7 L” markalı araq, 1 ədəd “ÇARSKİY 0.5 L” markalı likor, 1 ədəd “GLEN SCANLAN 0.7 L” markalı viski, 1 ədəd “GLENHİLLS 0.7 L" markalı viski, 1 ədəd “WİLLİAM LAWSONS 0.5 L’’ markalı viski maşında olmuşdur. Həmin içkiləri nəqliyyat vasitəsinin yük verinin saq və sol divarlarının örtüklərini çıxardıb arxasındakı boşluğlarda və yük verinin döşəmə örtüyünün altındakı boşluğlarda olmuşdur. Həmin içkiləri o, özü oraya qoyubmuş. Çünki uzun illərdir Rusiya Federasiyasında yaşayır və həmişə də Rus içkiləri içmişdir. Digər ölkələrin istehsalı olan spirtli içkiləri içə bilmir. Azərbaycanda da təxminən 1 av qalmaq fikri olduğu üçün Azərbaycanda olduğu zaman özü içmək üçün həmin spirtli içkiləri Azərbaycana gətirmək istəmişdir. Bu səbəbdən də həmin içkiləri nəqliyyat vasitəsinin yuxarıda qeyd etdiyi verlərində gizlətmişdir. Nəqliyyat vasitəsini ondan təhvil alarkən daşıma şirkətinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin salonuna və yük verinə kənardan baxış keçirilmiş və maşını ondan təhvil alıblar. Maşında spirtli içkilərin olması barədə daşıma şirkətinin nümayəndələrinə heç bir söz deməmişdir. Bundan sonra hava yolu ilə Azərbaycana gəlmişdir, xx.xx.2023-cü il tarixdə daşıyıcı şirkətin nümayəndəsi ona zəng edərək Azərbaycan Respublikası tərəfdə gömrük postunda keçirilən yoxlama zamanı nəqliyyat vasitəsindən spirtli içkilər aşkar edildiyini və bu səbəbdən də nəqliyyat vasitəsinin gömrük postunda saxlanıldığını bildirmişdir. O, həmin spirtli içkiləri öz şəxsi istifadəsi üçün gətirmiş və satmaq niyyəti olmamışdır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. İnzibati materialda olan X1 rəisi X2 Gömrük İdarəsinin rəisi Elçin Rüstəmova yazdığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 29 avqust 2023-cü il tarixində, saat 22:20 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postuna daxil olan və Azərbaycan Respublikası ərazisinə minik nəqliyyat vasitələri yükü gətirən Gürcüstan Respublikası vətəndaşı Badalov Badalın idarə etdiyi “RENAULT” markalı, TT700TF/TT5911 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “HCVG vizual SMİTH detection” stasinoar rentgen qurğusunda baxış keçirilən zaman yük nəqliyyat vasitəsinin qoşqusunun ikinci mərtəbəsinin arxa hissəsində olan “BMW X6” markalı, buraxılış ili 2020ci il olan, P002PK178 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinin yük yeri (baqaj) hissəsində şübhəli cizgilər müşahidə olunmuşdur. “BMW X6” markalı, P002PK178 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilən zaman nəqliyyat vasitəsinin yük yerinin sağ və sol divarlarındakı örtüklərinin (obşivka) arxasındakı boşluqlardan və yük yerinin döşəməsindəki örtüyün altından gömrük nəzarətindən gizləşdilmiş 1 ədədi sınıq və 1 ədədi boş halda üzərində “LEGEND OF KREMLİN” yazısı olan araq şüşəsi, aksiz markası ilə markalanmamış 18 ədəd “LEGEND OF KREMLİN 0.7 İ” yazısı olan araq, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “ÇARSKİY 0.5İ” yazısı olan likor, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “GLEN SCANLAN 0.7İ yazısı olan viski, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “GLENHİLLS 0.71” yazısı olan viski, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “WİLLİAM LAWSONS 0.5İ” yazısı olan viski aşkar edilmişdir. Aşkar olunmuş hüquqpozma predmetləri protokol əsasında götürülmüşdür. 29 avqust 2023-cü il tarixində, saat 22:20 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postuna daxil olan və Azərbaycan Respublikası ərazisinə minik nəqliyyat vasitələri yükü gətirən Gürcüstan Respublikası vətəndaşı Badalov Badalın idarə etdiyi “RENAULT” markalı, TT700TF/TT5911 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun ikinci mərtəbəsinin arxa hissəsində olan “BMW X6” markalı, buraxılış ili 2020-ci il olan, P002PK178 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinin yük yerinin sağ və sol divarlarındakı örtüklərinin (obşivka) arxasındakı boşluqlardan və yük yerinin döşəməsindəki örtüyün altından gömrük nəzarətindən gizləşdilmiş 1 ədədi sınıq və 1 ədədi boş halda üzərində “LEGEND OF KREMLİN” yazısı olan araq şüşəsi, aksiz markası ilə markalanmamış 18 ədəd “LEGEND OF KREMLİN 0.7 İ” yazısı olan araq, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “ÇARSKİY 0.5İ” yazısı olan likor, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “GLEN SCANLAN 0.7İ yazısı olan viski, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “GLENHİLLS 0.71” yazısı olan viski, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “WİLLİAM LAWSONS 0.5İ” yazısı olan viskinin aşkar olunması xx.xx.2023-cü il tarixli yoxlama və götürmə haqqında protokolda və xx.xx.2023-cü il tarixli, 00500-00219/23 №-li inzibati xəta haqqında protokolda və digər iş materiallarında öz təsdiqini tapmışdır. Badalov Badal Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinə verdiyi 30 avqust 2023-cü il tarixli izahatında göstrmişdir ki, Gürcüstan Respublikası vətəndaşıdır və Gürcüstan Respublikası, Bolnisi rayonu, Faxralı kəndi yaşayır. Milliyətcə azərbaycanlıdıt və ana dili Azərbaycan dilidir. Ali təhsillidir və ali təhsilini Bakı şəhərində “Təfəkkür” üniversitetində almışdır. Gürcüstan Respublikasında fəaliyyət göstərən “Nəbioğlu” daşıma şirkətində sürücü işləyir. Etibarnamə əsasında idarə etdiyi “RENAULT” markalı, TT700TF/TT5911 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Gürcüstan Respublikasından xarici ölkələrə, əsasən də Azərbaycan Respublikasına yük qismində minik nəqliyyat vasitələri daşıyır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasının Marneuli şəhərindəki terminaldan 8 ədəd minik nəqliyyat vasitəsini yük qismində götürüb Azərbaycan Respublikasının Bakı şəhərinə aparmaq üçün yola düşmüşdür. xx.xx.2023-cü il tarixdə təxminən saat 22:00 radələrində Azərbaycan Respublikası tərəfdə Mazımqara gömrük postuna çatdı. Bir qədər növbə gözləyib postun idxal gömrük nəzarəti xəttinə daxil olduqdan sonra burada gömrük əməkdaşı ona yaxınlaşıb üzərində və nəqliyyat vasitəsinin kabinasında olan malları gömrük nəzarətinə bəyan etməsini təklif etdi. O, ona bəyan ediləsi hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra gömrük əməkdaşı tərəfindən nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirildi, lakin qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmayan hər hansı bir predmet aşkar edilmədi. Bundan sonra gömrük əməkdaşı ona bildirdi ki, nəqliyyat vasitəsinə stasionar rentgendə baxış keçiriləcək və buna görə də nəqliyyat vasitəsini stasionar rentgenin konteynrinə sürməsini bildirdi. Nəqliyyat vasitəsi ilə rentgenin konteynrinə daxil olduqdan sonra vizual baxış keçirildi və gömrük əməkdaşı ona bildirdi ki, nəqliyyat vasitəsinin qoşqusunun ikinci mərtəbəsinin arxa hissəsində olan “BMW X6” markalı minik nəqliyyat vasitəsinin yük yeri (baqaj) hissəsində şübhəli məqamlar müşahidə edilib və buna görə də həmin minik nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilməlidir. O, maşını X1 terminalına sürdü və orada nəqliyyat vasitəmin qoşqusunun ikinci mərtəbəsinin arxa hissəsində olan “BMW X6” markalı, buraxılış ili 2020-ci il olan, P002PK178 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinin yük yeri (baqaj) hissəsinə gömrük yoxlaması həyata keçirildi. Yoxlama zamanın qeyd etdiyi minik nəqliyyat vasitəsinin yük yerinin sağ və sol divarlarındakı örtüklərin (obşivka) və yük yerinin döşəməsindəki örtüyün altından spirtli içkilər, yəni araqlar, viskilər və likor aşkar edildi, gömrük əməkdaşı tərəfindən aşkar edilmiş spirtli işkilərə baxış keçirilən zaman “LEGEND OF KREMLİN” markalı araqların 1 ədədinin qırıldığı, 1 ədədinin şüşəsinin boş olduğu və bunlardan başqa aksiz markası ilə markalanmamış 18 ədəd “LEGEND OF KREMLİN” markalı araqlar, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd “ÇARSKİY 0.5İ” markalı likor, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd “GLEN SCANLAN 0.7İ” markalı viski, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd “GLENHİLLS 0.7İ” markalı viski və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd “WİLLİAM LAWSONS 0.5İ” markalı viski olduğu müəyyən edildi. Daha sonra gömrük əməkdaşı tərəfindən müəyyən sənədlər tərtib edilərək aşkar edilmiş spirtli içkilər götürüldü və o da həmin sənədlərin müvafiq yerlərində imzalar etdi. İş materiallarına əlavə edilmiş materialların məhkəmə ekspertizası və məhkəmə iqtisadi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4711-9/7714 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən,adları, növləri, həcm və miqdarları 1 saylı cədvəldə göstərilən alkoqollu içkilər yoxlanılan orqanoleptik və fiziki-kimyəvi göstəricilərə əsasən qablaşdırmaları üzərindəki etiket göstəricilərinə və müvafiq standartların tələblərinə cavab verirlər. Ekspertiza tədqiqatına təqdim edilmiş spirtli içkilərin xx.xx.2023cü il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 486,0 manat müəyyən edilir (içkilərinin bir ədədinin və ümumilikdə qiyməti 2 saylı cədvəldə göstərilmişdir.) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 08 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/4711-9/7714№-li bildirişindən görünür ki, iş üzrə aparılmış Materialların məhkəmə ekspertizası, Məhkəmə iqtisadi ekspertizası tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda, Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə 200 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azterminalkompleks” Birliyində saxlanılan 486 manat dəyərində 1 ədəd sınıq və 1 ədəd boş halda üzərində “LEGEND OF KREMLİN” yazısı olan araq şüşəsi, aksiz markası ilə markalanmamış 18 ədəd “LEGEND OF KREMLİN 0.7 l” yazısı olan araq, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “ÇARSKİY 0.5 l» yazısı olan likor, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “GLEN SCANLAN 0.7l” yazısı olan viski, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində "GLENHİLLS 0.7l” yazısı olan viski və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 1 ədəd üzərində “WİLLİAM LAWSONS 0.5d” yazısı olan viski müsadirə edilsin; iş üzrə 200 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar