Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-433/2025 17.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Balakən rayonunun Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx,subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Şərif kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs işlədiyi, Balakən şəhəri M.Müşfiq küçəsində yerləşən “Elit” adlı kafeyə gələrək orada sonuncunu ucadan nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı pozmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici izahatı, zərərçəkmişin ifadəsi və digər sübutlarla tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis şöbəsinin TB-nin baş təhqiqatçısı , polis mayoru Natiq Muradovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları alınmış və Balakən rayonu Şərif kənd sakini, xx.xx.1993-cü il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmiş və protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsində göstərdi ki, 3 ildən çoxdur ki, Balakən rayonu Qullar kənd sakini Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq dini kəbinlə ər-arvad münasibələrində yaşayır.Bir həftədir ki, Ramilə “Elit” adlı kafedə ofisiant kimi işləməyə başlamışdır. Ramilənin həmin kafedə işləməsini istəməmiş, bu səbəbdən aralarında narazılıq yaranmış və ayrılmışlar. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Ramilə ona zəng edərək işlədiyi “Elit” kafeyə çağırmış, həmin gün kafeyə getmiş, Ramilə ilə kafenin daxilində oturaraq çay içmişdir. Həmin vaxt aralarında mübahisə olmuş, o, Ramiləni təhqir etmişdir. xx.xx.2025-ci il tarixdə Ramilə ona zəng edərək nə üçün qızı Aytacın olduğu videonu “Tik-Tok” səhifəsində paylaşdığını normal qaydada soruşmuş və videonu silməyini demişdir. Ramiləyə Aytacın olduğu videoda həmçinin idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusun olduğunu, avtomaşını paylaşdığını, videonu siləcəyini bildirmiş və videonu dərhal silmişdir. Həmin videonu qəsdən paylaşmamışdır. Sonradan Ramilənin ondan DİN-in 102 xidmətinə şikayət etməsini eşitmişdir. Törətdiyi əməldən peşmandır.Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 3 ildir Şəxs ilə qeyrirəsmi olaraq ər-arvad münasibətlərində yaşayır, lakin Famil yaşadığı müddətdə onun xərclərini qarşılamır, bu səbəbdən 10 gündür ki Famillə ayrılmış və 3 gündür ki, Balakən şəhərində yerləşən “Elit” çay evində ofisiant kimi işləməyə başlamışdır. Famil onun işləməsini istəməmiş, bu səbəbdən xx.xx.2025-ci il tarixdə axşam saat 21 radələrində Famil onun iş yerinə gəlmiş, onu axtarmışdır.Həmin gün icazəli olduğundan Famil onu görə bilməmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 14 radələrində Famil yenidən onun işlədiyi çay evinə tək gəlmiş, ona niyə onun arxasınca danışdığını bildirmişdir. Familə əgər kiminsə yanında danışıbsa üzləşdirməsini dedikdə, Famil onu əxlaqsız sözlərlə təhqir etmişdir. Həmin gün Famildən şikayət etməmiş, lakin xx.xx.2025-ci il tarixdə “TikTok” səhifəsinə daxil olduqda Familin istifadə etdiyi “famil5120” adlı səhifəsində qızı Aytac Mamedovanın olduğu normal video görüntünü onun icazəsi olmadan paylaşmasını görmüş, zəng edərək Familə videonu silməsini bildirdikdə, sonuncu videonu silməyəcəyini, gah da videonu gizlətməsini ona demişdir. Şəxs şikayətçidir,onun barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 17 noyabr 2025-ci il tarixli ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 17:00-da azad edilmişdir. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Şəxs xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00-dan xx.xx.2025-ci il tarixdə saat 17:00-a kimi inzibati qaydada tutulub saxlandığından həmin bir gün müddət inzibati həbs müddətinə hesablanmaqla tətbiq ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 05 (beş) gün müddətə inzibati həbs edilsin. Onun bir gün inzibati qaydada tutulub saxlandığı müddət inzibati həbs müddətinə daxil edilib həmin müddətdən çıxılsın, üzərində qəti olaraq 04 (dörd) gün müddətə inzibati həbs saxlansın. İnzibati həbs müddətinin əvvəli 17 noyabr 2025-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-433/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-433/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver