Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-434/2022 20.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə X3 Qərb Ərazi Gömrük İdarəsinin rəis müavini X1 xx.xx.2022-ci il tarixli, N 11000/4233 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə ona əlavə olunmuş sənədlərlə birlikdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X6 məhkəməyə şikayət ərizəsi verərək, Qərb Ərazi Gömrük İdarəsinin rəis müavini X1 xx.xx.2022-ci il tarixli N 11000/4233 nömrəli barəsində tərtib edilmiş inzibati tənbeh tətbiqinə dair qərarın ləğv edilməsinə və işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Qərb Ərazi Gömrük İdarəsinin rəis müavini X4 xx.xx.2022-ci il tarixdə ona 11000-4140/22 nömrəli protokol yazaraq AR İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini göstərərək, inzibati xətanın bilavasitə obyekti olan 1283,50 manat məbləğində valyutanın 40 faizi, yəni 513,40 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli N 11000/4233 nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar” tərtib etmişdir. Qərarın surətini poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə almışdır. Şikayət vermə müddətini ötürməmişdir. Qərarla razı deyil, ona görə ki, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi yoxdur. Belə ki, konsiqnasiya yolu ilə ixrac olunan malların müqabilində vəsaitlər bəyan olduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülmüşdür. Hesabına köçürülmüş vəsait barəsində müvəkkil edilmiş bank olan Azərbaycan Respublikası Beynəlxalq Bankının Zaqatala filialı ona köçürülmüş vəsait barədə Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə vaxtında məlumat vermədiyinə görə Gömrük İdarəsinin həmin vəsaitdən məlumatı olmamış, buna görə də ona inzibati tənbeh tədbirinə dair qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin ona ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bəyannamə üzrə ixrac etdiyi malın müqabilində köçürüləcək vəsait olan 755 ABŞ dollarının bankda olan hesabına köçürülməsinə 30 gün qalmışdır. xx.xx.2022-ci il tarixdən 30 gün hesabladıqda bu xx.xx.2022-ci il tarixi deməkdir. Lakin X5 rayon filialının təqdim etdiyi kredit haqqında bildiriş və hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə onun hesabına malları göndərdiyi şəxs (hüquqi, fiziki) malların müqabilində ödəniləcək 755 dolları göndərmiş və xx.xx.2022-ci il tarixdə həmin məbləğ hesaba oturmuşdur. Lakin bu əməliyyat barəsində X5 filialı Gömrük İdarəsinə məlumat verməmişdir. Beləliklə, təqdim olunmuş sənədlərdən görünür ki, o, hər hansı bir inzibati xəta törətməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayət ərizəsini müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Gömrük İdarəsinin rəis müavini X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 133.2.4-cü maddəsinə əsasən şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Gömrük İdarəsinin rəis müavini X1 iştirakı olmadan hazırki şikayətə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Gömrük İdarəsinin rəis müavini X1 X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, inzibati xətanın bilavasitə obvekti olan 1283,50 (bir min iki vüz səksən üc manat əlli qəpik) manat məbləğində valyutanın 40 (qırx) faizi, yəni 513.40 (bes vüz on üc manat qırx qəpik) manat məbləğində cərimə edilməsi ilə bağlı 21 noyabr 2022-ci il tarixli, 11000/4233 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və İXM-nin 53-cü maddəsinə əsasən X6 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Gömrük İdarəsinin rəis müavini X1 xx.xx.2022-ci il tarixli, 11000/4233 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6, Azərbaycan Respublikası İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə inzibati xətanın bilavasitə obvekti olan 1283,50 (bir min iki vüz səksən üc manat əlli qəpik) manat məbləğində valyutanın 40 (qırx) faizi, yəni 513.40 (bes vüz on üc manat qırx qəpik) manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə olunmuş xx.xx.2021-ci il tarixli Gömrük bəyannaməsi ilə, xx.xx.2021 saylı müqaviləyə dair invoice ilə təsdiq olunur ki, xx.xx.2021-ci il tarixdə X2 Kargo Taşımacılık və Turizm Ticarət Limited Şirkəti ilə X6 arasında 01 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi dəyəri 18200 ABŞ dolları olan “Qoz ağacından hazırlanmış silah istehsalı ücün bicmələr” yükü xx.xx.2021-ci il tarixdə **********7598 saylı gömrük bəyannaməsi ilə Balakən Gömrük İdarəsində rəsmiləşdirilərək ixrac edilmişdir. Şikayətə əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankının kredit haqqında bildirişlərindən və hesabdan çıxarışlarından görünür ki, həmin müqavilə üzrə 11445 ABŞ dolları və 6000 ABŞ dolları ABB-nın Zaqatala filialına ödənilmişdir. Şikayətə əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankının kredit haqqında bildirişindən və hesabdan çıxarışdan görünür ki, sözügedən malın dəyərindən qalan 755 ABŞ dolları (həmin vaxtın məzənnəsi ilə 1283,50 manat) xx.xx.2022-ci il tarixdə ixracatçının müvəkkil bankda olan hesabına (ABB-nin Zaqatala filialındakı hesabına) ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından və X3 şikayət ərizəsindən və məhkəmədə verdiyi izahatından görünür ki, ümumi dəyəri 18200 ABŞ dolları olan “Qoz ağacından hazırlanmış silah istehsalı ücün bicmələr” yükünün dəyərindən qalan 755 ABŞ dolları (həmin vaxtın məzənnəsi ilə 1283,50 manat) xx.xx.2022-ci il tarixdə ixracatçının müvəkkil bankda olan hesabına ödənilmişdir. İşdəki sübutlar X3 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini, X3 aid olunan Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermədiyini, inzibati xəta hadisəsinin olmadığını göstərir. Bu hal isə şəxs haqqında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsasdır. X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış və inzibati tənbeh tətbiq etmiş vəzifəli şəxs tərəfindən X3 xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması və bununla da ona aid Azərbaycan Respublikası İXM-nin İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməsi və həmin xətanın törədilməsində təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəmyə təqdim edilməmiş, həmin vaxt inzibati xəta hadisəsinin baş verməsini və Kamil Şabanovun ona istinad olunan inzibati xətanın törədilməsində təqsirli olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə bu vəzifə həmin vəzifəli şəxslərin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Lakin işin bütün faktiki halları araşdırılmadan, gəlinən nəticə işin faktiki hallarına uyğun olmadan, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən, qanun norması düzgün tətbiq edilmədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Gömrük İdarəsinin rəis müavini X4 tərəfindən xx.xx.2022-ci il tarixli, 11000/4233 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obvekti olan 1283,50 (bir min iki vüz səksən üc manat əlli qəpik) manat məbləğində valyutanın 40 (qırx) faizi, yəni 513.40 (bes vüz on üc manat qırx qəpik) manat məbləğində cərimə edilmişdir. Ona görə də sözügedən 21 noyabr 2022-ci il tarixli qərar ləğv olunmalı və inzibati xəta hadisəsi olmadığı üçün X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edidir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: …135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması… Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X3 şikayəti əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Gömrük İdarəsinin rəis müavini X1 X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, inzibati xətanın bilavasitə obvekti olan 1283,50 (bir min iki vüz səksən üc manat əlli qəpik) manat məbləğində valyutanın 40 (qırx) faizi, yəni 513.40 (bes vüz on üc manat qırx qəpik) manat məbləğində cərimə edilməsi ilə bağlı 21 noyabr 2022-ci il tarixli, 11000/4233 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105.1, 109.2, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Qərb Ərazi Gömrük İdarəsinin rəis müavini X1 X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, inzibati xətanın bilavasitə obvekti olan 1283,50 (bir min iki vüz səksən üc manat əlli qəpik) manat məbləğində valyutanın 40 (qırx) faizi, yəni 513.40 (bes vüz on üc manat qırx qəpik) manat məbləğində cərimə edilməsi ilə bağlı 21 noyabr 2022-ci il tarixli, 11000/4233 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-434/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-434/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver