Məhkəmə qərarları › İş №3(019)-434/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-434/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-434/2024 21.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon prokurorunun nümayəndəsi-Balakən rayon prokurorunun köməkçisi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil iştirakları ilə, xx.xx.1973-cü ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sahibkar, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Tülü kəndinə yaşayan Şəxs barəsində Balakən rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Balakən rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanmışdır ki, o, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan 2021-ci ildən 2024-cü ilədək Balakən rayonu Tülü kəndində yerləşən meyvələri alıb saxladığı yerdə fəaliyyət göstərdiyi müddət ərzində ümumilikdə təxminən 6000 manat məbləğində gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iclasında Balakən rayon prokurorunun nümayəndəsi-Balakən rayon prokurorunun köməkçisi Nümayəndə2 izahatında göstərdi ki, Şəxs 2021-ci ildən 2024-cü ilədək Balakən rayonu Tülü kəndində yerləşən meyvələri alıb saxladığı yerdə fəaliyyət göstərdiyi müddət ərzində vergi ödəyicisi kimi qeydiyyatdan keçməyərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş,6000 manat qazanc əldə etmişdir. Buna görə də Şəxs barəsində Balakən rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə 19 sentyabr 2024-cü il tarixli, inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.O,məhkəməyə ərizə göndərərək inzibati xəta nəticəsində əldə edilmiş gəliri dövlət büdcəsinə ödədiyini göstərib işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Şəxs iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Balakən rayon prokurorluğuna ünvanlanmış 09 sentyabr 2024-cü il tarixli 3-21-2-19/2- 7502/2024 nömrəli məktubda göstərilmişdir ki, “Sizin 772xid-24 nömrəli (VMİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********666200 nömrəli) məktubunuza 13 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Balakən rayonu Tülü kəndində qeydiyyatda olan Şəxs (VÖEN **********) əsas fəaliyyət növü “Kafelər tərəfindən xidmətlərin göstərilməsi” (Kod 5610002,) əlavə fəaliyyət növü “Digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət (kod 6820002) olmaqla vergi orqanında vergi uçotuna alınmışdır. xx.xx.2023-cü il tarixədək vergi orqanının məlumat bazasında vergi uçotuna alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs 2000 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı hesab edirəm ki, Şəxs üç il ərzində qanunsuz sahibkarlıqla məşğul olmağa və bu müddətdə qazandığı 6000 manat gəlir əldə etməyə görə deyil, bir il ərzində qanunsuz sahibkarlıqla məşğul olmağa görə və bir il ərzində qazandığı 2000 manat gəlir əldə etməyə görə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İşin qeyd edilən hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan 2024-cü ilin sentyabr ayınadək bir il ərzində meyvələrin alqısatqısı fəaliyyəti ilə məşğul olmaqla və 2000 manat məbləğində gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati məsuliyyətə cəlb olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət büdcəsinə 2000 manat,yəni əldə etdiyi gəlir məbləğində pul ödədiyindən o, inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində əldə edilmiş gəliri dövlət büdcəsinə ödəmişdir, onun əməlində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53,105.1, 109.2, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Əməlində inzibati xəta tərkibinin olmamasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.O,inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar