Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-435/2025 01.12.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, xx.xx.1968-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN 0UBP1C4, orta təhsilli, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Gərəkli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 5-ci taqımı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 08 avqust 2025-ci il tarixdə saat 22:00 radələrində iki rəst atı nəzarətsiz qoymuş, nəticədə atlar yolun hərəkət hissəsinə çıxaraq Balakən rayonunun Qullar kəndinin “Göy-göl” adlı ərazisində qaranlıq vaxtı yolda hərəkətdə olan X2 idarə etdiyi “QAZ-3110 ” pekap markalı 08BJ962 dövlət qeydiyyat nişanlı avtomaşının qarşısına çıxmış və nəqliyyat vasitəsinin atlara dəyməsi nəticəsində avtomobilə ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 62.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işdə olan sənədlərin bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərilmişdir ki,onun özünə məxsus bir baş atı vardır. Həmin atı o, kənd işlərində istifadə edir. İstifadə olunmadıqda isə atı meşənin yaxınlığıda olan özünə məxsus kənarları bağlı bağ sahəsinə buraxır. Ondan başqa həmkəndlisi olan Elnur da öz atının müəyyən hallarda onların bağına buraxır. 09 avqust 2025-ci il tarixdə o bağa getdikdə bağın qapısının açıq olduğunu və atların olmadığını görmüşdür. Elnura zəng edərək bu barədə dedikdə, Elnur öz atının buraxdıqdan sonra məlumatı olmadığını bildirmiş və meşəyə baxacağını bildirmişdir. O, da kənd ərazisində atı axtarmağa başlamış, bir neçə gün Elnurla axtarmış, lakin tapmamışlar.Təxminən 4-5 gün sonra adının xatırlamadığı şəxs zəng edərək atların avtomobil ilə vurulduqlarını və atların Qullar Bələdiyyəsinin ağılında saxlandığını bildirmişdir. O,həmin yerə getdiyində Elnurun həmin yerə gələrək atları apardığını görmüşdür. Evə getdikdə atın Elnurun evinin yanında olduğunu və atın sinə hissəsində yara olduğunu görərək evə aparmış və atı müalicə etmişdir. İş materiallarında olan X2 izahatında göstərilmişdir ki,onun özünə məxsus Qaz-3110 pikap markalı 08BJ-96 dövlət qeydiyyat nişanlı avtomobili vardır.Həmin avtomobili o etibarnamə ilə idarə edir. Həmçinin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır.Həmin avtomobili o öz işlərinə sürür. 09 avqust 2025-ci il tarixdə o, həmin avtomobillə Balakən rayonundan Qullar kəndi istiqamətində getmişdir. Avtomobilində arvadı Xədicət də olmuşdur. Qullar kəndində “Göy-göl” adlı yerə yaxınlaşdığı zaman saat təxminən 22 radələri olardı. Həmin vaxt qəfildən yolun solundan iki at yolun sağına doğru qaçmağa başlamışdır. O, atları görən kimi tormoz etmiş, lakin məsafə az olduğundan avtomobil hər iki ata çırpılaraq dayanmışdır. Zərbədən atın biri avtomibilin şüşəsinə, digəri isə avtomobilin önünə çırpılaraq yerə yıxılmışlar. Atlar ayağa qalxdıqdan sonra polis əməkdaşları gəlmişlər. Atların həmin vaxtı sahibi bilinmədiyindən bələdiyyənin ağılına vermişlər.İki gündən sonra o, atların sahiblərinin həmkəndliləri Elnur və Sahib olduğunun öyrənmişdir.Atları onların özlərinə təhvil vermişdir.Onun avtomobilinə baş vermiş hadisə nəticəsində təxmninən 1200 manat maddi ziyan dəymişdir. İş materiallarında olan X1 izahatında göstərilmişdir ki, onun özünə məxsus bir baş atı və həmin atın balası vardır. Həmin atı o, kənd işlərində istifadə edir. Həmin atı gündüz işlədikdən sonra balasını evdə saxlayaraq özünü isə evinin yaxınlığında olan Sabirin bağına otlamaq üçün salmışdır. Həmin bağda Sabirin də bir baş atı olur.Bağın kənarları bağlıdır. Atlar bağda kəndirsiz olurlar. 09 avqust 2025-ci il tarixdə o, atı evdə işlədikdən sonra yenə həmin bağa buraxmışdır. O atı bağa buraxdığı zaman Sabirin atı da orada olmuşdur. 09 avqust 2025-ci il tarixdə o meşədə olduğu zaman Sabir ona zəng edərək atların bağda olmadığınıl bildirmişdir. O, Sabirə meşə istiqamətində baxacağını bildirmiş, ona da yaxın ərazilərə baxmağı demişdir. Atları buraxdığı bağ meşəyə yaxın olduğundan atların meşəyə getmə ehtimalları var idi. Bir neçə gün axtarsalar da atları tapa bilməmişlər.Təxminin 4-5 gün sonra bir şəxs gələrək atları rayonun Qullar kəndi ərazisində maşın vurduğunu və atların Bələdiyyənin saxlanc yerində saxlanıldığını bildirmişdir. O, gedib baxdıqda Sabirin atının yaralı olduğunu görmüşdür. Onun atında zədə olmamışdır. O, atları evə gətirmiş və Sabirin atını özünə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 11 sentyabr .2025-ci il tarixli 1524 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, X2 hər hansı alkoqol qəbul etmədiyi, ayıq vəziyyətdə olduğu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 338.4-cü maddəsində velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 338.4.5. nasaz velosipeddən istifadə etməyə; 338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə inzibati məsuliyyət; 338.4-1-ci maddəsində kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4-1.1. avtomagistral hesab edilməyən ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla hərəkət edilməsinə; 338.4-1.2. velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət edilməsinə; 338.4-1.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4-1.4. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4-1.5. sükan olduğu halda, sükanı tutmadan nəqliyyat vasitəsinin idarə edilməsinə; 338.4-1.6. nasaz nəqliyyat vasitəsindən istifadə edilməsinə; 338.4-1.7. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4-1.8. sərnişin daşınmasına; 338.4-1.9. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə inzibati məsuliyyət; 338.5-ci maddəsində at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə inzibati məsuliyyət; 338.7-ci maddəsində bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində aşağı həddə cərimə cəzasının tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İnzibati Xətalar Məcəlləsinin: 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən hesab edirəm ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə hazırkı vəziyyətdə baxılması mümkün deyildir. Zərərçəkmiş şəxs X3 izah olunmalıdır ki, mülki mühakimə icraatı qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinsin, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxs X3 izah olunur ki, mülki mühakimə icraatı qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-435/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-435/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver