Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-438/2023 27.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 barəsində olan 31 avqust 2023-cü il tarixli TP seriyalı ******* №-li X9 haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2023-cü ildə yazılmış İnzibati tənbeh etmə haqqında TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixində Balakən rayonu,Heydər Əliyev prospektində həyat yoldaşı ilə **-XC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə işə gedərkən səhər saat 09:00 radələrində Yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə avtomobilini saxlamış, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün Yol patrul xidmətinin digər əməkdaşı olan Maçanov Elbrus alkotester ilə yoxlanış həyata keçirmiş və alkoqolun konsentrasiyasının 0,3 promillidən artıq olmasını müəyyən etmiş və X9 Haqqında TP ******* qərarı tərtib etmişdir. Polis əməkdaşına texniki vasitənin düzgün işləmədiyi üçün öz etirazını və içki içmədiyini bildirərək tibbi müayinənin aparılması üçün müraciət etmişdir. Yol patrul xidməti əməkdaşı Maçanov Elbrus aşağıdakı hüquqlarını pozmuşdur:1.Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin 2-ci bəndinə əsasən heç bir əsas olmadan nəqliyyat vasitəsini dayandırmağı tələb etməsi. 2.Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin 8-ci bəndinə əsasən “Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub- olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir” polis əməkdaşının vəzifə borcu olmasına baxmayaraq tibbi müayinədən keçirilmə üçün müraciət etdiyində vaxtının olmamasını bildirməsi. 3.Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması qaydalarına əsasən tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir.Buna baxmayaraq Poliş Şöbəsinin əməkdaşı olan Maçanov Elbrus ilə Balakən rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə üçün müraciət etdiyində yoxlanışı yenidən eyni alkotester ilə Balakən rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşı Qurbanova Rəna tərəfindən keçirilmişdir.Yoxlanışın müvafiq qanun qaydalara əsasən aparılmasını tələb etdiyində isə “Bizdə analiz götürülmür” deyə cavab verdi. Bundan sonra Zaqatala rayon Mərkəzi Xəstəxanası və digər özəl xəstəxanalara müraciət etməyinə baxmayaraq, polis əməkdaşlarından heç biri tibbi müayinəni keçirmək üçün onunla gəlmədiklərinə görə tibbi müayinədən keçə bilməmişdir. 4.Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin 10-cu maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərar tərtib edir və nəqliyyat vasitəsinin ən yaxın mühafizə edilən duracağa aparılmasını təmin edir.Buna baxmayaraq Mercedes markalı **- XC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili polis əməkdaşları tərəfindən icazəsi olmadan Balakən rayon Polis Şöbəsinə gətirilmiş və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixinədək orada saxlanılmışdır. 5.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.3 maddəsinə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir.Buna baxmayaraq xx.xx.2023-cü il tarixində saxlanılsa da qərarı xx.xx.2023-cii il tarixində yazılmışdır.Eyni zamanda Balakən rayon Mərkəzi Xəstəxanasının həkimi olan X7 vəziyyətinin tibbi müayinəsi Aktını xx.xx.2023-cü ıl tarixində vermişdir. Bildirmək istəyir ki, həkim İsgəndərov İbrahimi xx.xx.2023-cu li tarixində görməmiş və onu müayinə etməmişdir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarına əsasən yoxlanışı həyata keçirən polis əməkdaşı protokolu tərtib etməlidir. Buna baxmayaraq Yol Polis əməkdaşları 5 gün ərzində avtomobilini cərimə meydançasında saxlamış və yoxlanışda heç bir iştirakı olmayan Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixində Protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Hazırki şikayətin baxılmasının yeri və müddəti barədə vaxtında məlumat verilməsinə baxmayaraq, X4 barəsində 31 avqust 2023-cü il tarixli TP seriyalı ******* №-li X9 haqqında qərarı qəbul etmiş Balakən RPŞ-nin DYPB-nin inspektoru və Balakən RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı ilə baxılması barədə vəsatət verməmiş və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də hazırki şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir; Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon Mərkəzi Xəstəxanasının həkimi Şahid izahatında göstərmişdir ki, X6 Balakən rayon Mərkəzi Xəstəxanasında müayinə olunmuş və onda 0,385 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. Nəticədə X6 barəsində 07 avqust 2023-cü il tarixli 371 nömrəli sərxoşluq vəziyyətinin tibbi mayinəsi aktı tərtib olunmuş, o da həmin akta imza etmişdir. X6 barəsində alkotestr məlumatı onun şadisə vaxtı 0,385 promili alkoqol sərxoşluğunda olmasını təsdiq etmişdir. İşdə olan Balakən RPŞ DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə tərtib etdiyi xx.xx.2023-cü il tarixli İXP5611662 №-li inzibati xəta haqqında potokoldan görünür ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrilə inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İşə əlavə olunmuş 07 avqust 2023-cü il tarixli, 371 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, tibbi müayinə zamanı X1 hadisə vaxtı (alkotestr) 0,385 alkoqol sərxoşluğu aşkar edilmişdir. İşdə olan Balakən RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli TP5971741 nömrəli elektron qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinərək, barəsində İXM-nin 333.1-ci maddəsilə 400 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X1 idarə etdiyi MERCEDES 200 minik markalı 10XC255 qeydiyyat nömrəli avtomaşın xx.xx.2023-cü il tarixdə avtonəqliyyat vasitəsinin saxlanma duracağına yerləşdirilmiş və xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. İşə əlavə olunan Balakən rayon Mərkəzi Xəstəxanasının qeydiyyat jurnalına baxış keçirilməklə həmin jurnalın müvafiq səhifələrinin kserosurətindən görünür ki, X6 alkoqol sərxoşluğu halı ilə bağlı müayinə olunması üçün Balakən rayon Mərkəzi Xəstəxasına xx.xx.2023-cü il tarixdə gətirilmiş və həmin tarixdə bu barədə qeyd edilmişdir. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Balakən RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli TP5971741 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 114.1 və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən X9 haqqında qərar çıxarılır. Qanunda inzibati xəta haqqında işə baxılarkən çıxarılmış qərarlardan, o cümlədən X9 qərardan şikayət və ya protest vermək hüququ nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134-cü maddəsində isə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən hansı qərarların qəbul edilməsi göstərilmişdir. Hazırki şikayət ərizəsindən görünür ki, X6 barəsində olan xx.xx.2023-cü il tarixli TP5971741 saylı X9 haqqında qərarın ləğv edilməsini xahiş edir. İş materiallarından görünür ki, inzibati xəta hadisəsi 07 avqust 2023-cü il tarixdə saat 10.42-də aşkar olunmuş, həmin vaxt X2 alkotestrlə 0,385 promili alkoqol sərxoşluğu müəyyən edilmiş, o, alkoqol sərxoşluğunu göstərən alkotestr məlumatına etiraz etdiyinə görə qanunun tələbinə əsasən həkim müayinəsinə aparılmış və həkim narkoloqun sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı 07 avqust 2023-cü il tarixdə tərtib olunub yol polisi bölməsinə təqdim olunduğu üçün İXM-nin 101.2-ci maddəsinə əsasən onun barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib olunmuşdur. Yəni bu protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib olunması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs barəsində məlumatların əlavə aydınlaşdırılmasının tələb olunduğu halla bağlı olmuşdur. Bu da qanunvericiliyin tələbinə tam uyğundur (İXM-nin 101.2-ci maddəsi). X1 barəsində olan xx.xx.2023-cü il tarixli TP5971741 nömrəli X9 haqqında qərarının ləğvi barədə şikayətinə gəldikdə isə hesab edirəm ki, şikayət əsassızdır və həmin xx.xx.2023-cü il tarixli TP5971741 nömrəli X9 haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokolda X6 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1ci maddələrilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, xx.xx.2023-cü il tarixli TP5611662 saylı X9 haqqında qərarla o, Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrilə təqsirli bilinərək, İXM-nin 34.2 və 34.3-cü maddələrinin tələbləri qaydasında daha ciddi xəta sayılan İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilmişdir (400 manat cərimə). Belə ki, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində inzibati tənbeh kimi qırx manat məbləğində cərimə, həmin Məcəllənin 333.1-ci maddəsində isə dörd yüz manat məbləğində cərimə və nəqliyyat vasitəsini idarə etmə hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddir. Belə olan halda qanunvericilik bir neçə inzibati xətala dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halında şəxsin daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində tənbeh edilməsini müəyyən edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqnıda» 15 fevral 2016-cı il tarixli 795 №-li Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən baxılması müəyyən edilmişdir. Belə olan halda Balakən RPŞ DYPB tərəfindən bu xətalar haqqında işə baxılması və xx.xx.2023-cü il tarixli TP5971741 nömrəli X9 haqqında qərarla X1 haqqında daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 manat cərimə tənbehinin tətbiq olunması qanunun tələblərinə uyğundur. Məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X6 sözügedən vaxtda təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməklə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı və alkoqol sərxoşluğunda olmaqla Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işdəki sübutlarla təsdiq olunur. X6 şikafət ərizəsində sözügedən vaxtda təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməklə bağlı Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsini mübahisələndirməmiş, yalnız sərxoş olmadığı halda İXM-nin 333.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsini əsassız hesab etmiş və bu əsasla barəsində şikayət etdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən xüsusi texniki vasitələrlə yoxlanılması zamanıi alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasını müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibb müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Yenə də həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir göstərən malddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. İşdəki sübutlardan görünür ki, X6 07 avqust 2023-cü il tarixdə Balakən rayonu Heydər Əliyev prospektində şəxsi istifadəsində olan MERCEDES 200 minik markalı 10XC-255 minik markalı avtomobilini idarə edərkən Balakən RPŞ DYPB-nin yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, alkotesrtdən keçirilmiş və alkotestr müayinəsi zamanı onda 0,385 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. Həmçinin bu alkotestr cihazının məlumatı ilə razılaşmayan X6 həkim narkoloqun müayinəsindən keçirilməsi üçün Balakən rayon Mərkəzi Xəstəxanasına aparılmış və tibbi müayinədən sonra onda 0,385 promili alkoqol sərxoşluğu müəyyən edilərək, bu barədə xx.xx.2023-cü il tarixli, 371 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, 371 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə X3 0,385 promili alkoqol sərxoşluğunun olması təsdiq edilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinin tələbi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın tələbinə əsasən xüsusi texniki vasitə və həkim narkoloqoun müayinəsi ilə X2 alkoqolun konsentrasiyasının 0,3 promilindən artıq olması (0,385 promili) müəyyən edildiyi üçün onun həmin vaxt avtomaşını alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi faktoloji hal olaraq müəyyən edilmişdir. Ona görə də X6 haqlı olaraq Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, daha ciddi xəta sayılan İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X6 sözügedən vaxtda təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməməsi və alkoqol sərxoşluğu vəziyyətində avtomobili idarə etməməsi, Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməməsi və İXM-nin 333.1-ci maddəsilə əsassız olaraq 400 manat məbləğində cərimə olunması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qanunvericiliyin tələbinə əsasən (İXM-nin 96.2-ci maddəsi) şəxsin o cümlədən alkoqol sərxoşluğu vəziyyətində olması xüsusi texniki cihazın göstəricilərinə əsasən və ya həkim müayinəsi ilə müəyyən olunur. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əsasən şəxsin o cümlədən alkoqol sərxoşluğu vəziyyətində olması alkotestrdən keçmə yolu və ya həkim-narkoloqun tibbi müayinəsinin nəticələri ilə müəyyən edilir. İşdə olan alkotestr məlumatı və həkim-narkoloqun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 371 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə X1 həmin vaxt avtomaşını idarə edərkən alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Balakən RPŞ DYPB-nin X1 Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsinin faktoloji və hüquqi əsaslar baxımdan əsaslı olması tam təsdiq edilmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmışdır. Həmçinin aydınlaşdırılmışdır ki, işdə barəsində şikayət edilən xx.xx.2023-cü il tarixli TP5971741 nömrəli qərarın ləğv edilməsi üçün qanunda nəzərdə tutulmüş əsaslar, o cümlədən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Ona görə də həmin qərarın ləğv edilməsi barədə şikayətdə göstərilən dəlillər əsassızdır və heç bir faktoloji hal və hüquqi əsaslara malik deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında… İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, yekun olaraq bu nəticəyə gəlirəm ki, X1 verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, Balakən Rayon Polis X10 Polisi Bölməsinin X1 Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli TP5971741 nömrəli X9 haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 şikayəti təmin edilməsin. Balakən Rayon Polis X10 Polisi Bölməsinin X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli TP5971741 nömrəli X9 haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-438/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-438/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver