Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-440/2023 11.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, X2 icraat başlamış Balakən Rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru polis leytenantı Nümayəndə iştirakı ilə, Balakən şəhəri C,Cabbarlı küçəsində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Balakən rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə icraat başlanmış X2 materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdim Balakən Rayon Polis Şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* X2 protokol tərtib olunmuşdur ki, "xxxx" MMC-nin rəhbərliyi mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməmişdir. Məhkəmə iclasında X2 icraat başlamış Balakən Rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru polis leytenantı Nümayəndə göstərdi ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə 22 sentyabr 2023-cü il tarixli, 3-13-66/2-21525/2023 nömrəli sorğu göndərilərək xx.xx.2023-cü il tarixdə qeydə alınmış "xxxx" MMC-nin balansında olan VAZ-21214 markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşının fotogörüntüsü ilə bağlı inzibati xətanın törədilməsi zamanı avtomaşını idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın (adı,soyadı,atasının adı,sürücülük vəsiqəsinin seriyası,nömrəsi əlaqə nömrəsi və yol vərəqəsi) Balakən Rayon Polis X3 Polisi Bölməsinə verilməsi xahiş edilmişdir. Lakin "xxxx" MMC bu məlumatları Balakən Rayon Polis Şöbəsinin DYPB-nə göndərməmişdir. Odur ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə icraat başlanmış və protokol tərtib edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində X2 icraat başlanmış "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən "xxxx" MMC-n iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, barəsində X2 icraat başlanmış "xxxx" MMC barəsində Balakən rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş X2 protokol üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan, Balakən Rayon Polis Şöbəsi tərəfindən barəsində X2 icraat başlanmış "xxxx" MMC-yə ünvanlanmış 22 sentyabr 2023-cü il tarixli, 3-13-66/2- 21525/2023 nömrəli sorğuda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə qeydə alınmış "xxxx" MMC-nin balansında olan VAZ-21214 markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşının fotogörüntüsü ilə bağlı inzibati xətanın törədilməsi zamanı avtomaşını idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın (adı,soyadı,atasının adı,sürücülük vəsiqəsinin seriyası,nömrəsi əlaqə nömrəsi və yol vərəqəsi) Balakən Rayon Polis X3 Polisi Bölməsinə verilməsi xahiş edilmişdir. İşdə olan Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, barəsində X2 icraat başlamış "xxxx" MMC Balakən rayon Polis Şöbəsinin sorğusunu xx.xx.2023-cü il tarixdə almışdır. İşdə olan İXP-572127 nömrəli X2 protokoldan görünür ki, barəsində X2 icraat başlanmış "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə icraat başlanmış X2 protokol xx.xx.2023-cü ildə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Balakən Rayon Polis Şöbəsi tərəfindən barəsində X2 icraat başlanmış "xxxx" MMC-yə ünvanlanmış 22 sentyabr 2023-cü il tarixli, 3-13-66/2- 21525/2023 nömrəli sorğusu xx.xx.2023-cü il tarixdə sifarişli-xəbərnaməli poçt göndərişi ilə "xxxx" MMC-yə göndərilmiş, "xxxx" MMC həmin sorğunu 25 sentyabr 2023-cü il tarixdə almış,sorğuya daxil olduqdan sonra 5 gün müddətində, yəni 30 sentyabr 2023-cü il tarixədək cavab verilmədiyi halda "xxxx" MMC-in əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibi yarandığı halda, Balakən Rayon Polis Şöbəsi, sorğu "xxxx" MMC-yə daxil olduqdan bir gün sonra MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə X2 icraat başlamışdır. Belə olan halda isə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibi yaranmır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda X2 başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X2 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X2 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim X2 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşdəki sübutlara hüquqi qiymət verərək, yekun olaraq bu nəticəyə gəlirəm ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış X2 iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmaması əsası ilə xitam verilməli və "xxxx" MMC inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53,109.2, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış X2 iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmaması əsası ilə xitam verilsin və "xxxx" MMC inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-440/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-440/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver