Məhkəmə qərarları › İş №3(019)-443/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-443/2022

29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-443/2022 29.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X2 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1ində yaşayan Şəxs barəsində Balakən rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 16 dekabr 2022-ci il tarixdə saat 01:00 radələrində ünvan 1ində yerləşən, yaşadığı fərdi yaşayış evində pul müqabilində kart ilə qumar oyununda iştirak etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri, polis serjantı Cahid Məmmədovun raportu əsasında başlanmış inzibati xəta haqqında icraatın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin ifadələri alınmış və ünvan 1i ünvanında yaşayan xx.xx.1968-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərdi ki, o, həyat yoldaşı Pərişan Qurbanova ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 20.00 radələrində həyat yoldaşı Konserv zavoduna gecə növbəsinə işə getmişdir. O, uzaq qonşusu olan Rafiq Hətəmova zəng edərək onu özlərinə dəvət etmişdir. Saat təxminən 21 radələrində Rafiq onlara gəlmiş və onlar oturub söhbət etməyə başlamışlar. Bu zaman tanışı Ramil Saramanov və onun tanışı olan İlham Kazımov onlara qonaq gəlmişdilər. Onlar bir qədər oturub çay içmiş və sonra pul ilə poker oynamaq qərarına gəlmişlər. Saat təxminən 01 radələrində polis əməkdaşları tərəfindən qumar oynamaları aşkar edilmiş və barələrində qanunamüvafiq tədbir görülməsi üçün onları rayon Polis Şöbəsinə dəvət etmişlər.Əməlində peşmandır.Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İşdə olan, şahid X1 Balakən RPŞ-nə verdiyi izahatında göstərilmişdir ki, 2012-ci ildən etibarən DİO-da, 2021 -cin ildən isə Balakən RPŞ-nin İTB-də sahə polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 01 radələrində o,Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Rəşad Şeşdirovla birlikdə ünvan 1i ərazisində xidmətdə olduğu zaman Hənifə kənd sakini Şəxs fərdi yaşayış evində qumar oynanılmasını aşkar etmiş və bundan sonra qanunamüvafiq formada oraya yaxınlaşmışlar. Burada məlum olmuşdur ki, pul müqabində kart oynayan şəxslər ünvan 1 sakinləri Şəxs, Rafiq Hətəmov, Balakən şəhər sakini Ramil Saramanov və Balakən rayonu Mahamalar kənd sakini İlham Kazımovdur. Bundan sonra həmin şəxsləri barələrində qanunamüvafiq tədbir görülməsi üçün rayon Polis Şöbəsinə dəvət etmişlər və raportla şöbə rəhbərliyinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə isə həmin Məcəllənin 525-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, Balakən Rayon Polis Şöbəsində saxlanılan oyun ləvazimatı, qumara qoyulmuş 130.30 (bir yüz otuz manat 30 qəpik) manat pul dövlət nəfinə müsadirə edilməklə 3000 (üç min) manat miqdarında cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar