Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-445/2024 28.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsnin şəxsi heyət üzrə şöbənin baş zabiti, mayor X6, tərcüməçi X1, inzibati xəta törətməsində şübhəli bilinən Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1995-ci ildə Pakistan İslam Respublikasının Gujranvvala şəhərində anadan olmuş,orta təhsilli, ailəli, Pakistan İslam Respublikasının vətəndaşı, Pakistan İslam Respublikasının Gujranvvala şəhərində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində şübhəli bilinən- Şəxs inzibati qaydada tutulması məsələsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin komandiri, polkovnik X11 Rayon Məhkəməsinə müraciət edərək, N №-li hərbi hissənin 7-ci sərhəd zastavasının xidməti ərazisindən qeyri-qanuni yolla Gürcüstan ərazisinə keçərkən saxlanılmiş Pakistan İslam Respublikası vətəndaşı Şəxs şəxsiyyətini təsdiq edən sənədinin olmadığına görə onun inzibati qaydada tutulması məsələsinə baxılmasını xahiş etmişdir. Pakistan İslam Respublikasının vətəndaşı olan Şəxs izahatında göstərilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə X4 Dubay şəhərindən təyyarə ilə birbaşa Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmiş və 28 may metro stansiyasının yaxınlığında yerləşən mehmanxanaların birində 27 (iyirmi yeddi) gün qaldıqdan sonra, xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrındə tanışları ilə birlikdə Bakı şəhərindən Balakən rayonuna doğru hərəkət etmişlər. xx.xx.2024-cü il saat 20:00 radələrində o, Balakən rayonuna gəzmək məqsədi ilə gəlmiş və meşəlik ərazi ilə hərəkət edərkən onları hərbçilər saxlamışlar. Hərbi qulluqçular ona qarşı heç bir zor tətbiq etməmişlər. Onun qeyri-qanuni yolla Gürcüstana keçməklə orada yaşamaq və işləmək məqsədi olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin şəxsi heyət üzrə şöbənin baş zabiti, mayor X8, N №li hərbi hissənin 7-ci sərhəd zastavasının xidməti ərazisindən qeyri-qanuni yolla Gürcüstan ərazisinə keçərkən saxlanılmiş Pakistan İslam Respublikası vətəndaşı Şəxs şəxsiyyətini təsdiq edən sənədinin olmadığına görə onun inzibati qaydada tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunan inzibati qaydada tutma haqqında 28 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 570-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində şübhəli bilinən Şəxs barəsində 28 sentyabr 2024-cü il tarixdə saat 13.45-də inzibati qaydada tutma həyata keçirilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 88.1-ci maddəsinə əsasən inzibati qaydada tutma, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 88.2-ci maddəsinə əsasən inzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır. Azərbaycan Respublikası İXM-nin 89.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 89.2-ci maddəsinə əsasən sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 570.1-ci maddəsində sərhədboyu zonaya daxilolma və ya orada yaşama qaydalarının pozulmasına görə, həmin Məcəllənin 570.2ci maddəsində isə sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılmasına, malqaranın saxlanılmasına və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tululmuşdur. İş materiallarından görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Şəxs İXM-nin 570.1 və 570.2-ci maddələrində nəzərdə ttulmuş inzibati xətanın törədilməsi istinad olunur. Həmçinin onun şəxsiyyətini təsdiq edən müvafiq sənədlərin alınması zərurəti vardır. Qeyd edilənləri, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi, həmçinin şəxsiyyətini təsdiq edən müvafıq sənədlərin alınması zərurətini nəzərə alaraq, hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsində şübhəli bilinən Şəxs 03 (üç) gün müddətə inzibati qaydada tutulmalı, tutulmanın əvvəli 28 sentyabr 2024-cü il tarixdən saat 13.45-dən hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X7, Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 18 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 89, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsində şübhəli bilinən Şəxs 03 (üç) gün müddətə inzibati qaydada tutulsun;tutulmanın əvvəli 28 sentyabr 2024-cü il tarixdən saat 13:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 18 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-445/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-445/2024
28.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver