Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-447/2022 21.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X2 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1952-ci ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuş, orta təhsilli, evli, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Mahamalar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Qarayev X3 rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin dirrik hissəsində bir ədəd hündürlüyü 1 m 24 sm, çəkisi 90.0 qram olan əkib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisini kultivasiya (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) etmişdir. Həmin narkotik tərkibli çətənə bitkisi xx.xx.2022-ci il tarixdə Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olundu . İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi, polis kapitanı Natiq Hacıyevin raportu əsasında, onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, şahidlərin ifadələri alınmış və Balakən rayonu Mahamalar kənd sakini xx.xx.1952-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərdi ki, hazırda rayonun Mahamalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin avqust ayının ortalarında yaşadığı Mahamalar kəndində yerləşən evinin dirrik sahəsində 01 ədəd yabanı halda bitən narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüşdür. O, narkotik vasitə istifadə etdiyi üçün həmin bitkinin üzərindən yığaraq istifadə etməyi qərarlaşdırmışdır. Təxminən 2022-ci ilin avqust ayının sonlarında narkotik tərkibli çətənə bitkisinin yararlı hissələrini yığaraq yaşadığı evin həyətindəki altıaçığın damının üzərinə sərib qurutmuşdur. Təxminən 3-4 gün sonra həmin narkotik vasitəni iki ədəd kağız bükümə dolduraraq üzərindəki paltarın cibində öz şəxsi istifadəsi üçün saxlamışdır. Həmin narkotik vasitədən bir neçə dəfə istifadə etmiş, qalanını da həmin kağız bükümlərdə üzərində saxlamışdır. 10 sentyabr 2022-ci il tarixdə saat təxminən 20 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları yaşadığı Mahamalar kəndi ərazisində olduğu zaman ona yaxınlaşıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil X1 iştirakı ilə onu şübhəli şəxs kimi tutmuşlar, daha sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Bu zaman o, üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki gödəkcənin sağ içəri yan cibində saxladığı 2 ədəd kağız bükümü, həmçinin narkotik vasitə istifadə etmək üçün saxladığı gümüşü rəngli kağız bükümləri polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İşdə olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qarayev X3 Rayon Şöbəsinə verdiyi izahatında göstərmişdir ki,hazırda rayonun Mahamalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Bir neçə dəfə məhkum olunmuş, heç bir psixi xəstəlik keçirməmişdir. Təxminən 50 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Adətən narkotik vasitəni yaşadığı Mahamalar kəndi ərazisindəki çöllük sahədə yabanı halda bitmiş bitkilərin üzərindən yığaraq əldə edib istifadə etmişdir. 2022-ci ilin avqust ayının ortalarında yaşadığı Mahamalar kəndində yerləşən evinin dirrik sahəsində 01 ədəd yabanı halda bitən narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüşdür.O,narkotik vasitə istifadə etdiyi üçün həmin bitkinin üzərindən yığaraq istifadə etməyi qərarlaşdırmışdır. Lakin bitkinin üzərində tam olaraq narkotik vasitə olmadığı üçün bir müddət qulluq edərək yetişdirmək, daha sonra isə hissələrini yığmaq istəmişdir. Bu məqsədlə həmin bitkinin alaq otlarını təmizləyib bir müddət suvarmışdır. Bundan sonra isə təxminən 2022-ci ilin avqust ayının sonlarında narkotik tərkibli çətənə bitkisinin yararlı hissələrini yığaraq yaşadığı evin həyətindəki altıaçığın damının üzərinə sərib qurutmuşdur. Təxminən 3-4 gün sonra həmin narkotik vasitəni iki ədəd kağız bükümə dolduraraq üzərindəki paltarın cibində öz şəxsi istifadəsi üçün saxlamışdır. Həmin narkotik vasitədən bir neçə dəfə istifadə etmiş, qalanını da həmin kağız bükümlərdə üzərində saxlamışdır. 10 sentyabr 2022-ci il tarixdə saat təxminən 20 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları yaşadığı Mahamalar kəndi ərazisində olduğu zaman ona yaxınlaşıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil X1 iştirakı ilə onu şübhəli şəxs kimi tutmuşlar, daha sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində qanunsuz saxlanılan nə isə olub-olmaması, həmçinin üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Bu zaman o, üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki gödəkcənin sağ içəri yan cibində saxladığı 2 ədəd kağız bükümü, həmçinin narkotik vasitə istifadə etmək üçün saxladığı gümüşü rəngli kağız bükümləri polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilən zaman başqa qanunsuz heçnə aşkar edilməmişdir. Təqdim etdiyi 2 ədəd kağız büküm açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş və həmin narkotik vasitələr olan kağız bükümlər elektron tərəzidə çəkilmiş, kağız bükümlər ayrı-ayrılıqda 4,54 və 4,81 qram təşkil etmişdr. Daha sonra həmin 2 ədəd kağız bükümlər və narkotik vasitə istifadə etmək üçün saxladığı gümüşü rəngli kağız bükümlər bir ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənərək götürülmüşdür. Bundan sonra şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin o, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni 2022-ci ilin avqust ayının sonlarında yaşadığı evin dirrik sahəsində bitmiş 01 ədəd narkotik tərkibli çətənə bitkisindən yığdığını və şəxsi, istifadəsi üçün üzərində saxladığını bildirdiyi üçün yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Daha sonra polis əməkdaşları onun icazəsi və razılığı əsasında yaşadığı evin dirrik sahəsinə baxış keçirilməsi üçün yaşadığı ünvana getmişlər. Həmçinin yaşadığı evin həyətyanı sahəsində baxış keçirilməsinə etiraz etmədiyini və icazə verdiyini bildirmək məqsədilə polis şöbsəsinə ərizə də yazmışdır. Bundan sonra müdafiəçisinin, polis əməkdaşlarının, dəvət edilmiş mütəxəssis aqranomun və onun iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı torpaq sahəsinin dirrik hissəsində olan 01 ədəd çətənə bitkiləsinin olduğu yeri polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları tərəfindən onun göstərdiyi yerə keçirilən baxış zamanı həmin yerdən 01 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuş, həmin 01 ədəd bitkinin hündürlüyü ölçülmüş,hündürlüyü 1 metr 24 sm olmuşdur. Baxışda iştirak edən aqranom mütəxəssis həmin bitkiyə baxaraq aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra aşkar edilmiş 1 ədəd narkotik tərkibli çətənə bitkisi bir ədəd sintetik kisədə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndlirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surəti rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin X5 11 sentyabr 2022-ci tarixli 17/713 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və yaşayan Şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan 01 (bır) ədəd zərfin içərisindəki 02(iki) ədəd kağız bükülüdə ümumi təmiz çəkisi- 7,26 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər.Tədqiqata təqdim olunmuş, üzərində “Balakən rayonu Mahamalar kəndində yaşayan Şəxs məxsus. " yazısı və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, çəkisi 90.0 qram olan 01 (bir) ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom (mütəxəssis) Şahin Rəhimlinin 10 sentyabr 2022-cı il tarixli rəyinə əsasən 01 (bır) ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə -Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Balakən Rayon Polis Şöbəsində saxlanılan, Şəxs üzərindən aşkar edilmiş 1 ədəd sintetik kisədə qablaşdırılmış, ekspert tədqiqatından sonra təmiz çəkisi 89,95 qram olan 1 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi qərar qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,200 (iki yüz ) manat məbləğində inzibati cərimə edilsin. Balakən Rayon Polis Şöbəsində saxlanılan, Şəxs üzərindən aşkar edilmiş 1 ədəd sintetik kisədə qablaşdırılmış, ekspert tədqiqatından sonra təmiz çəkisi 89,95 qram olan 1 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi qərar qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-447/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-447/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver