Məhkəmə qərarları › İş №3(019)-454/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-454/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-454/2023 19.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə hüquqi ünvanı Balakən rayonu Katex kəndi olan Şəxs Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsilə başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6- 1.26/2-4930/2023 məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Bununla bağlı Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq departamentinin inzibati icraat və məhkəmə işləri şödəsinin rəisi X1 tərəfindən 25 sentyabr 2023-cü il tarixli EP0087118 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və vaxtı haqqında onlara vaxtında məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Açıq Səhmdar Cəmiyyəti və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Həm də Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Mərkəzi Bankı İstehlakçılarla iş departamentinin direktoru Xəyal Babayev tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 8 avqust 2023-cü il tarixli 6-1-26/2-4930/2023 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.2-ci və 107-1.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec, ildə bir dəfədən az olmayaraq çağrılmalıdır. Eyni zamanda «Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 2022-ci ilə dair emitentin illik hesabatının 5 (beş) gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunur. Əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna bilər. Qeyd: Məsələnin daha operativ həlli məqsədilə poçt vasitəsi ilə yanaşı müvafiq sənədlərin Narmin AElektron ünvan elektron poçt ünvanına göndərilməsi mümkündür (Əlaqələndirici şəxs-Nərmin Əliyeva (***-***-**-**, daxili:733). İş materiallarındlan həmçinin görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı İstehlakçılarla iş departamentinin direktoru Xəyal Babayev tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 8 avqust 2023-cü il tarixli 6-1-26/2-4930/2023 nömrəli məktub xx.xx.2023-cü il tarixdə Şəxs ASC-yə təqdim edilmişdir. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bankı İstehlakçılarla iş departamentinin direktoru Xəyal Babayev tərəfindən Mərkəzi Bankın Baş direktoru Ziya Əliyevə ünvanlanmış 20 sentyabr 2023-cü il tarixli 6-1.26/3-9612/2023 saylı xidməti məktubda göstərilir ki, “Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Lakin aşağıda qeyd edilən səhmdar cəmiyyətlər tərəfindən 2022-ci ilin nətəcələrinə görə emitentlərin illik hesabatları Mərkəzi Banka təqdim edilməmişdir. Sözügedən hesabatların Mərkəzi Banka təqdim edilməsi tələbi, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı barədə tərəflərindən cəmiyyətlərə məcburi göstəriş məktublar ünvanlanmışdır (bununla bağlı poçt göndərişlərinin verilməsi barədə rəsmi xəbərnamələr mövcuddur). Buna baxmayaraq, göstəriş məktublarında verilməsi tələb edilən hesabatlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəmiyyətlər tərəfindən Mərkəzi Banka təqdim edilməmişdir. İnzibati Xətalar Məcəllənin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zərur iolan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarına nəzarət edən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq o cümlədən hüquqi şəxs olan Şəxs ASC (VÖEN **********) barəsində Məcəllənin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun tərtibi məsələsinə baxılmasına dair Hüquq departamentinə göstəriş verilməsi xahiş edilir. «Qiymətli kağızlar bazarı haqqında» Azərbaycan Respublikası Qanununun 75.1-ci maddəsinə əsasən emitentlərin bu Qanunun 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır. Həmin Qanunun 75.2-ci maddəsinə əsasən emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. «Qiymətli kağızlar bazarı haqqında» Azərbaycan Respublikası Qanununun 75.3-cü maddəsinə əsasən emitentlərin illik hesabatında aşağıdakılar öz əksini tapmalıdır: 75.3.1. maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi; 75.3.2. idarəetmə hesabatı. Həmin Qanunun 75.4-cü maddəsinə əsasən qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər maliyyə ilinin ilk altı ayı başa çatdıqdan sonra iki aydan gec olmayaraq yarımillik hesabatını ictimaiyyətə açıqlamalıdır. Yarımillik hesabat emitentin idarəetmə orqanı tərəfindən təsdiq olunmalı və maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməlidir. Maliyyə bazarlarına nəzarət orqanı həmin hesabatların açıqlanmasının dayandırılması haqqında bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada göstəriş vermədikdə hesabatlar ictimaiyyətə açıqlanır. Emitent yarımillik hesabatının beş il müddətində ictimaiyyət üçün açıq olmasını təmin etməlidir. «Qiymətli kağızlar bazarı haqqında» Azərbaycan Respublikası Qanununun 75.5-ci maddəsinə əsasən illik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməlidir. İllik və yarımillik hesabatlar bu Qanunun 75.12-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud özündə təhrif edilmiş məlumatlar əks etdirdikdə, təqdim edildiyi tarixdən etibarən on beş iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanı həmin nöqsanların aradan qaldırılmasını və hesabatların açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir. 75.6-cı maddəsinə əsasən bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində illik və yarımillik hesabatın açıqlanmasının dayandırılmasını maliyyə bazarlarına nəzarət orqanı tələb etmədikdə, emitent illik və yarımillik hesabatında olan məlumatların maliyyə bazarlarına nəzarət orqanına təqdim edildiyi tarixdən etibarən otuz gün ərzində öz internet səhifəsində (olduqda) və kütləvi informasiya vasitələrində açıqlanmasını təmin etməlidir. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər illik və yarımillik hesabatları, bu Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda, özünün (olduqda) və fond birjasının internet səhifəsində açıqlamalıdır. 75.7-ci maddəsinə əsasən emitent tərəfindən illik və yarımillik hesabata dəyişikliklər yalnız hesabatın ictimaiyyətə açıqlanmasından əvvəl maliyyə bazarlarına nəzarət orqanına təqdim olunmaqla edilir. Maliyyə bazarlarına nəzarət orqanı dəyişiklərdə nöqsanlar aşkar etdikdə, onların daxil olduğu tarixdən etibarən beş iş günü müddətində dəyişikliklərin hesabata daxil edilməsinin dayandırılmasını tələb edir. Həmin müddət ərzində dəyişikliklərin hesabata daxil edilməsinin dayandırılmasını maliyyə bazarlarına nəzarət orqanı tələb etmədikdə, emitent hesabatlarda dəyişikliklər etməklə bu Qanunun 75.6-cı maddəsi ilə müəyyən edilmiş müddətdə açıqlayır. 75.8-ci maddəsinə əsasən bu Qanunun 75.4-cü maddəsi ilə müəyyən edilmiş emitentlərin yarımillik hesabatlarında aşağıdakılar öz əksini tapmalıdır: 75.8.1. aralıq maliyyə hesabatı; 75.8.2. aralıq idarəetmə hesabatı. 75.9-cu maddəsinə əsasən aralıq idarəetmə hesabatında ən azı maliyyə ilinin ilk altı ayı ərzində baş vermiş vacib hadisələr və maliyyə ilinin qalan altı ayı üzrə əsas risklərin və problemlərin təsviri, habelə onların aralıq maliyyə hesabatlarına təsiri haqqında qeydlər göstərilməlidir. 75.10-cu maddəsinə əsasən aralıq maliyyə hesabatları kənar auditorlar tərəfindən yoxlanıldıqda, emitent həmin audit rəylərini öz hesabatına əlavə etməlidir. 75.11-ci maddəsinə əsasən bu Qanunun 75-ci maddəsi aşağıda göstərilən emitentlərə şamil edilmir: 75.11.1. dövlətə və bələdiyyələrə, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara və Azərbaycan Respublikasının Mərkəzi Bankına; 75.11.2. kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış borc qiymətli kağızlarının nominal dəyərinin həcmi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş dəyərdən az olan emitentlərə. 75.12-ci maddəsinə əsasən emitentin maliyyə hesabatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilərək auditor rəyi ilə təsdiq edilir, idarəetmə hesabatına dair tələbləri isə maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir. «Qiymətli kağızlar bazarı haqqında» Azərbaycan Respublikası Qanununun 83.0-cı maddəsinə əsasən qiymətli kağızlar bazarının tənzimlənmə və nəzarətin əsas vəzifələri aşağıdakılardır: 83.0.1. qiymətli kağızlar bazarında investorların hüquqlarını müdafiə etmək; 83.0.2. qiymətli kağızlar bazarının şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görmək; 83.0.3. qiymətli kağızlar bazarını təbliğ etmək; 83.0.4. qiymətli kağızlar bazarında lisenziyalaşdırılmanı həyata keçirmək və lisenziyalaşdırılan şəxslərin fəaliyyətinə nəzarət etmək; 83.0.5. qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ xarakterli aktlar qəbul etmək və onlara riayət olunmasına nəzarət etmək; 83.0.6. qiymətli kağızlar bazarında ticarətin tənzimlənməsini həyata keçirmək; 83.0.7. qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyalara yol verilməməsi və qiymətli kağızlar bazarında insayd məlumatdan istifadə etməklə həyata keçirilən əməliyyatların qarşısının alınması üçün tədbirlər görmək; 83.0.8. investorların hüquqlarının müdafiəsi və qiymətli kağızlar bazarının təhlükəsizliyinin təmin edilməsi üçün qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə ticarəti dayandırmaq, aktivlərin dondurulması və (və ya) üzərinə həbs qoyulması üzrə tələb irəli sürmək; 83.0.9. bu Qanuna və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əməl edilməsinə nəzarət etmək, onların pozulması halları aşkar edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün icrası məcburi göstərişlər vermək; 83.0.10. qiymətli kağızlar bazarına dair qanunvericiliyin tələblərini pozan şəxsləri məsuliyyətə cəlb etmək; 83.0.10-1. qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq nəzarət etmək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməli İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar, həmin Məcəllənin 33-cü maddəsində isə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. İş materiallarına əsasən Şəxs Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati xəta nəticəsində hüquq şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar