Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-454/2024 01.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, X1 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EPQ-1513557 saylı qərarın ləğv olunmasına dair şikayət ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EPQ-1513557 saylı qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş hazırki şikayət ərizəsinə baxaraq hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından görünür ki, X2 tərəfindən xx.xx.2024-cü il tarixli EPQ-1513557 saylı inzibati tənbeh vermə haqqında qərarın surətinin nə vaxt alınması barədə şikayətə heç bir sənədə əlavə edilməmişdir. Həmçinin onun tərəfindən xx.xx.2024-cü il tarixli EPQ- 1513557 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə heç bir vəsatət verilməmişdir. Qanunvericiliyin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan onun rəsmi qaydada verildiyi vaxtdan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallarda 20 gün müddətində, qalan hallarda isə 10 gün müddətində məhkəməyə şikayət verilə bilər. Bu zaman şikayət vermiş şəxs bu qərardan şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin buraxılmadığını sübut edən müvafiq sübutu şikayət ərizəsinə əlavə etməlidir. Həmin qərardan şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət vermiş şəxs həmin müddətin bərpası üçün məhkəməyə vəsatətlə müraciət edə bilər. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X1 xx.xx.2024-cü il tarixli EPQ-1513557 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X1 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EPQ-1513557 saylı qərarın ləğv olunmasına dair şikayət ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: X1 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EPQ-1513557 saylı qərarın ləğv olunmasına dair şikayət ərizəsi geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-454/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-454/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver