Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-455/2023 04.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1972-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, orta ixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Balakən rayonu Tülü kəndində aralarında yaranmış mübahisə zamanı Balakən rayonu Qazma kənd sakini Zərərçəkmiş şəxs sifətinin sol tərəfinə bir dəfə yumruqla vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. Onun istifadəsində Qaz 2410 (pikap) markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Təxminən 2 ay əvvəl həmkəndlisi X13 ondan avtomobilini harasa getmək üçün istədiyindən avtomobili Orxana vermiş, Orxan getdikdən bir müddət sonra geri qayıtmış və onlar Balakən rayonu Qabaqçöl qəsəbəsinə getmişlər. Sonra həmin gün oğlu Nazim ona zəng vuraraq Amin adlı şəxsin yaşadıqları evə gələrək onu soruşduğunu və Aminin avtomobilinin əzdiyini deməsini ona bildirmişdir. O da həmin vaxt yanında olan Orxandan bu barədə soruşduqda, Orxanın ona Balakən rayonu Tülü kəndində hansısa avtomobili əzdiyini demişdir. Sonra oğlundan Aminin mobil nömrəsini götürərək zəng vurmuş və daha sonra Tülü kəndində Amin ilə görüşmüşlər. Aminin avtomobilinə baxdıqda avtomobilin arxa sol qanadında cızıq, arxa sol stop şüşəsində isə çat olduğunu görmüşdür. Amin ilə öz aralarında razılaşmış və bu səbəbdən polisə məlumat verməmişdir. Sonra Aminə avtomobili təmir edəcəyini deyərək, onunla razılaşmış, Amin ilə bərabər elə həmin gün avtomobil təmiri sexinə getmiş və avtomobili təmir etmək üçün danışmışlar. Avtomobilin əzilmiş hissəsinin təmir edilməsi üzrə işini yekunlaşdırdıqdan sonra Amin ilə çatlamış stop şüşəsinin qiyməti ilə maraqlandıqda qiymətinin 115 manat olduğunu öyrənmişlər. Aminə maddi vəziyyətinin yaxşı olmadığını bildirərək, həmin stop şüşəsini bir müddət sonra alıb ona verəcəyini bildirmiş, sonra maddi vəziyyəti yaxşı olmadığına görə stop şüşəsini ala bilməmişdir. Təxminən bir həftə əvvəl Amin ilə əlaqə saxlayaraq 50 manat pul vermiş və qalan pulu yaxın günlərdə verəcəyini demişdir. Buna baxmayaraq Amin və anası Yassi hər dəfə ona zəng vuraraq qalan pulu istəmişlər. xx.xx.2023-cü il tarixdə qonaqları ilə kafelərin birində olduğu zaman ailə üzvləri ona zəng vuraraq, Aminin evlərinə gələrək pul istədiyini demişlər. O, bir müddət sonra evə getmiş, evə çatdıqda Aminə zəng vuraraq onu axtardığını və evdə olduğunu demişdir. Sonra həmin gün saat 23 radələrində Amin, Yassi və yanlarında tanımadığı bir nəfər şəxs ilə küçələrinə gəlmiş və onu küçəyə çağırmışlar. Küçəyə çıxdıqda Yassi ondan qalan pulu istədikdə pulu olmadığını demiş, sonra aralarında mübahisə yaranmışdır. O, Aminin və anası Yassinin hər dəfə ondan pulu tələb etdiklərindən və onu daim narahat etdiklərindən əsəbləşərək yüngülvari yumruq zərbəsi ilə Yassinin sifətinin sol tərəfinə vurmuşdur. Mübahisədən bir az müddət sonra olduqları yerə polis əməkdaşları gəlmişlər. İnzibati xəta törətməsini etiraf edib bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Dəfələrlə Zərərçəkmiş şəxs üzr istəmiş və onu bağışlanmasını xahiş etmişdir. İndi də Zərərçəkmiş şəxs üzr istəyir. Həmçinin Aminə borclu olduğu pulu da tezliklə ödəyəcəkdir. Himayəsində bir azyaşlı uşaq vardır. İlk dəfədir ki, inzibati xəta törədir. Bu halların ona inzibati tənbeh verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Balakən rayonu Qazma kəndində X18 ilə birlikdə yaşayır. Aminin istifadəsində “Lada Priora” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Təxminən 2 ay əvvəl Amin ona Nəzir adlı şəxsin idarə etdiyi avtomobil ilə onun avtomobilini vurduğunu, ilk olaraq həmin hadisəni Nəzirin törətməsini bilmədiyini, lakin sonradan bu barədə öyrəndiyini demişdir. Amin ilə Nəzir avtomobilə dəymiş ziyan barədə öz aralarında razılaşmışlar. Amin ilk olaraq avtomobilin dəmir hissəsini düzəltdiyindən Nəzir həmin təmirə düşən pulu vermiş, lakin avtomobilin arxa sağ stop işığının şüşəsinin sınması nəticəsində vurulmuş ziyanı ödəməmişdir. Amin həmin stop şüşəsini ehtiyyat hissələrinin satışı mağazasından soruşduğu zaman qiymətinin 110 manat olmasını bilmiş və həmin stopun avtomobilə bağlanmasının 5 manat xərci olduğunu öyrənmişdir. Təxminən 15 gün əvvəl Nəzir yaşadıqları kəndə gələrək 50 manat pulu onlara vermiş, lakin qalan 65 manat pulu bir müddət sonra verəcəyini demişdir. Həmin gündən bu tərəfə onlar Nəzirdən 65 manat pulu istəsələr də, Nəzir hər dəfə bir bəhanə edərək pulu onlara verməmişdir. Nəzirdən pulu istəmək üçün zəng vurduqları zaman Nəzir onlara xx.xx.2023-cü il tarixdə evinə gəlmələrini bildirmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə axşam saatlarında Nəzirin yaşadığı evə getmiş, lakin Nəzir evdə olmadığından geri qayıtmışlar. Həmin gün Nəzirin özü onlara zəng vuraraq evdə olduğunu və onlara gəlmələrini demiş, bu səbəbdən də həmin gün saat 23 radələrində Amin və qonşuları Fərid adlı şəxs ilə Nəzirin yaşadığı evin qarşısına getmiş, yoldan Nəziri çağırmışlar. Sonra Nəzir ucadan nalayiq ifadələr işlədə-işlədə küçəyə gəlmiş, Nəzir küçəyə gəldikdən sonra Amini vurması üçün üzərinə getmişdir. Lakin ozü araya girdiyindən Amini vura bilməmiş, sonra araya girdiyi üçün Nəzir onun qolundan tutmuşdur. Həmin vaxt Nəzir spirtli içkinin təsirində olmuşdur. Sonra Nəzirə ondan uzaq durmasını bildirmiş, lakin Nəzir qəfil bir dəfə yumruqla sifətinin sol tərəfindən vurmuşdur. Nəzir onu vurduqdan sonra Amin və Fərid araya girərək, Nəziri ondan kənarlaşdırmışlar. Fərid 102 xidmətinə zəng vuraraq olanlar barədə məlumat vermişdir. Nəzir ona yumruqla vuranda yanlarında Nəzirin adını bilmədiyi oğlu və arvadı olmuş, başqa da heç kimin olmamış, sonradan küçəyə bir neçə nəfər tanımadığı şəxslər gəlmişlər. Lakin Nəzir ona vurduğu zaman həmin şəxslər orada olmamışlar. X18 Nəzir adlı şəxsin ona məxsus avtomobili vurduğu barədə polisə məlumat verməmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X4, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 200 nömrəli rəyində göstərilmişdir ki, Vət. Eminovada müəyyən edilmiş xəsarət-sifətinin sol aşağı səthində zəif nəzərə çarpan şişkinlik-küt əşyanın təsirindən törənmişdir,xx.xx.2023cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vət.Eminovda yuxanda qeyd edilmiş xəsarətin əmələ gəlmə şəraitinin təhqiqat yolu araşdırılması daha məqsədə uyğundur. İş materiallarında olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X8 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs, X10 və X2 izahatları, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 200 nömrəli rəyi və işdəki digər sübutlarla xx.xx.2023-cü il tarixdə saat 23 radələrində aralarında yaranmış mübahisə zzamanı Balakən rayonu Tülü kənd sakini Şəxs Zərərçəkmiş şəxs sifətinin sol tərəfindən bir dəfə yumruqla vuraraq Zərərçəkmiş şəxs sağlamlığına dərəcəsi təyin olunmayan xəsarət yetirməsi müəyyən edilmiş, Balakən rayonu Qazma kənd sakini Zərərçəkmiş şəxs müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan həmin şəxsin qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin Balakən RPŞ-nin X3 göndərilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, həmçinin X6 əməlində Azərbaycan Respublikası İXM-nin 327.6 və 332.2-ci maddələrinin tərkib əlamətləri olduğundan həmin şəxslərin qeyd edilən maddələr əsasında inzibati məsuliyyətə cəlb edilmələri məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin Balakən RPŞ-nin X17 Bölməsinə göndərilməsi, Zərərçəkmiş şəxs məhkəmə orqanına müraciət etmək hüququnun olmasının izah edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Zərərçəkmiş şəxs göndərilməsi qərara alınmışdır. Həmin qərarda xx.xx.2023-cü il tarixdə Balakən RMX-dan Balakən RPŞ-yə daxil olmuş 373 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna istinad edilməklə Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş olduğu qeyd edilmişdir. İş materiallarından həmçinin görünür ki, Şəxs əvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir və onun himayəsində xx.xx.2009-cu il tarixdə doğulmuş X5 olmaqla bir azyavşlı uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, inzibati xəta törətməsindən səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və himayəsində bir azyaşlı uşağın olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsində inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Qanun normasının tələbinə və iş materiallarına əsasən inzibati xətanı sərxoş halda törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıram. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, inzibati xəta törətməsindən səmimi peşmançılığı, ilk dəfə inzibati xəta törətməsi və himayəsində bir azyaşlı uşağın olması kimi məsuliyyətini yüngülləşdirilən halları və inzibati xətanı sərxoş halda törətməsi kimi məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** saylı hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-455/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-455/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver