Məhkəmə qərarları › İş №3(019)-456/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-456/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-456/2023 24.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X2 iştirakı ilə, xx.xx.1994-cü ildə Balakən rayonu Talalar kəndinə doğulmuş, orta təhsilli, evli, DRST mərkəzində sosial işçi işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Vaz 21099 minik markalı 99LH956 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Balakən şəhərindən Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman Talalar kəndindən keçən hissəsində 3.20 (ötmək qadağandır) nişanının tələblərini pozaraq, onun hərəkət istiqamətində dayanmış sərnişin mikroavtobusunu ötmüş və həmin vaxt qarşıdan gələn Balakən rayonu Şərif kənd sakini X3 idarə etdiyi VAZ 21104 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol tərəfindən ehtiyatsızlıqdan vurmuş, nəticədə ehtiyatsızlıqdan sürücü Bilal Herayevin idarə etdiyi minik avtomobilində sərnişin olmuş Zərərçəkmiş şəxs Əməd qızının sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurma, X1 zərər vurmayan xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X4 izahatlarında Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Vaz 21099 minik markalı 99LH956 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Balakən şəhərindən Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman Talalar kəndindən keçən hissəsində 3.20 (ötmək qadağandır) nişanının tələblərini pozaraq, onun hərəkət istiqamətində dayanmış sərnişin mikroavtobusunu ötməsi və həmin vaxt qarşıdan gələn Balakən rayonu Şərif kənd sakini X3 idarə etdiyi VAZ 21104 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol tərəfindən ehtiyatsızlıqdan vurduğunu, nəticədə ehtiyatsızlıqdan sürücü Bilal Herayevin idarə etdiyi minik avtomobilində oturan Zərərçəkmiş şəxs Əməd qızının sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurma, X1 zərər vurmayan xəsarət almasına səbəb olduğunu təsdiq etmişlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X4 həmçinin izahatlarında Şəxs onlara vurulan ziyanı tam olaraq onlara ödədiyini və onlarla barışıq əldə etdiyini bildirmiş və Şəxs da hadisə nəticəsində ağır xəsarət aldığını və hazırda evdə xəstə yatdığını qeyd edərək, Şəxs barəsində yüngül inzibati tənbehin tətbiq olunmasını xahiş etmişlər. Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Vaz 21099 minik markalı 99LH956 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Balakən şəhərindən Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman Talalar kəndindən keçən hissəsində 3.20 (ötmək qadağandır) nişanının tələblərini pozaraq, onun hərəkət istiqamətində dayanmış sərnişin mikroavtobusunu ötməsi və həmin vaxt qarşıdan gələn Balakən rayonu Şərif kənd sakini X3 idarə etdiyi VAZ 21104 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol tərəfindən ehtiyatsızlıqdan vurması, nəticədə ehtiyatsızlıqdan sürücü Bilal Herayevin idarə etdiyi minik avtomobilində sərnişin olmuş Zərərçəkmiş şəxs Əməd qızının sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurma, X1 zərər vurmayan xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verməsi, həmçinin bu zaman özünün də ağır xəsarə alması iş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısının xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, həmin qərara əlavə olunmuş hadisə yerinin sxemi və fotoşəkilləri, Şəxs barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol, Balakən RPŞ-nin TB-nin təhqiqatçısının Balakən RPŞ-nin rəisi Çingiz Aslanova ünvanladığı xx.xx.2023-cü il tarixli raport, Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 265 №-li rəyi, X4 barəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 266 №-li rəyi, Şəxs barəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 268 №-li rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. İşə əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X2 məhkəməyə ünvanladığı yazılı ərizələrindən görünür ki, Şəxs tərəfindən onlara vurulan zərər tam ödənilmiş və onlarla barışıq əldə edilmişdir, ona qarşı tələb və şikayətləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzədə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.7-ci maddəsində törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngüləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normalarının tələbinə əsasən vurulmuş zərərin əvəzini zərərçəkmiş şəxslərə könüllü sürətdə ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ilk dəfə inzibati xəta törətməsini və hadisə nəticəsində özünün ağır dərəcəli bədən xəsarəti almasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materiallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında üç yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun bir ilədək müddətə məhdudlaşdırılma tənbehi nəzərdə tutulur. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, vurulmuş zərərin əvəzini zərərçəkmiş şəxslərə könüllü sürətdə ödəməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, ilk dəfə inzibati xəta törətməsi və hadisə nəticəsində özünün ağır dərəcəli bədən xəsarəti alması kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimənin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar