Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-46/2023 07.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1968-cı ildə Balakən rayonu Qaysa kəndində anadan olmuş, ali təhsilli, evli, Balakən Rayon Mərkəzi Xəstəxanasında həkim işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qaysa kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 30 yanvar 2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1887/2022 saylı, xx.xx.2022-cı il tarixli icra sənədi üzrə borclu Şəxs 6000 manat borcu tələbkara ancaq maaşından tutularaq ödəyəcəyini birdəfəlik ödəyə bilməyəcəyini bildirmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1887/2022 saylı, xx.xx.2022-cı il tarixli icra sənədinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2021-ci il tarixli, 2(107)-1065/2021 nömrəli qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilmiş, Şəxs X5 xeyrinə vurulmuş mənəvi zərərə görə tutulan məbləğ 5000 manat, ümumilikdə tutulan məbləğ 7435,84 manat müəyyən edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2021 -ci il tarixli, 2(107)-1065/2021 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda borclu Şəxs 6000 manat borcu qalmışdır. Şəxs 6000 manat borcu tələbkara ancaq maaşından tutularaq ödəyəcəyini, birdəfəlik ödəyə bilməyəcəyini bildirmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1887/2022 saylı, xx.xx.2022-cı il tarixli icra sənədinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2021-ci il tarixli, 2(107)-1065/2021 nömrəli qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilmiş, ondan X5 xeyrinə vurulmuş mənəvi zərərə görə tutulan məbləğ 5000 (beş min) manat, ümumilikdə tutulan məbləğ 7435,84 manat müəyyən edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2021 -ci il tarixli, 2(107)-1065/2021 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu günədək onun əmək haqqından 2040 manat tutularaq X5 bank hesabına ödənilmişdir. Onun əmək haqqından başqa heç bir aylıq qazancı, gəliri yoxdur. Eyni zamanda pensiya və müavinət almır, tələb yönəldilə biləcək hər hansı torpaq sahəsi, qeyri-kommersiya obyekti, digər daşınmaz əmlakı, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaları, banklarda milli və xarici valyuta ilə əmanətləri mövcud deyildir. Ali Məhkəmənin icra sənədi üzrə tələb onun əmək haqqına yönəldilmişdir və hər ay da onun əmək haqqından 600 manat tutulur. O, bankdan da kredit götürmüşdür və əmək haqqından bankdan götürdüyü krediti də ödəyir. O, icra sənədi üzrə borcu ödəməkdən heç vaxt imtina etməmişdir. Borcu hər ayda əmək haqqından 600 manat tutulmalar hesabına ödəyir. Onun əməlində həmin inzibati xətanın tərkibi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs X11 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə zərərçəkmiş şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1887/2022 saylı, xx.xx.2022-cı il tarixli icra sənədindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2021-ci il tarixli, 2(107)-1065/2021 nömrəli qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilmiş, Şəxs X5 xeyrinə vurulmuş mənəvi zərərə görə tutulan məbləğ 5000 (beş min) manat, ümumilikdə tutulan məbləğ 7435,84 manat (yeddi min dörd yüz otuz beş manat səksən dörd qəpik) müəyyən edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2021-ci il tarixli, 2(107)- 1065/2021 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından həmçinin görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1887/2022 saylı, xx.xx.2022-cı il tarixli icra sənədi icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari tibbi Sığorta üzrə X14 Rayon Mərkəzi X12 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 448 nömrəli arayışda göstərilir ki, Şəxs həqiqətən Doğum şöbəsinin şöbə müdiri vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 635.70 (altı yüz otuz beş manat 70 qəpik) təşkil edir. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmururu Nümayəndə tərəfindən həmin şöbənin böyük inspektoru X2 və iş üzrə borclu Şəxs həyat yoldaşı X3 iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixdli aktdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 (102)-1887 saylı icra sənədinin icrası olaraq borclu Şəxs yaşadığı Qaysa kəndindəki evinə baxış keçirilmiş, baxış zamanı evdə və həyətdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada üzərinə həbs qoyulası əmlak və ya əşya aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi ərazi X7 X22 Balakən Rayon Mərkəzi X12 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PHŞ/6.27-2-2022-259 nömrəli arayışda göstərilir ki, Ginekologiya və Doğum şöbəsinin şöbə müdiri Şəxs aylıq əmək haqqısı 1535.70 (bir min beş yüz otuz beş manat yetmiş qəpik) manat gəlir vergisi və digər tutulmalardan sonra əlinə aldığı vəsait 1217.62 (bir min iki yüz on yeddi manat altmış iki) manat vəsait təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 595N ödəniş tapşırığından görünür ki, Şəxs 600 manat vəsait tutularaq X5 bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi ərazi X7 X22 Balakən Rayon Mərkəzi X12 Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ/6-27/3-76-2023 nömrəli arayışda göstərilir ki, Ginekologiya və doğum şöbəsinin müdiri Şəxs əmək haqqısından 2040.00 (iki min qırx manat) manat vəsait tutularaq X5 bank hesabına ödənilmişdir. İş materiallarına əlavə olunmun Azərbaycan BB-nın Balakən filalının 29 dekabr 2022-ci il tarixli arayışından və Access Bank QSC-nin Zaqatala filialının ödəniş cədvəlindən görünür ki, Bicilova X4 Bankdan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək götürdüyü kreditin ödənişini həyata keçirmiş, onun əri X9 26 noyabr 2021-ci il tarixdə Access Bank QSC-nin Zaqatala filalından 3 illik müddətə 30000 manat məbləğində kredit götürmüşdür və həmin tarixdən kredit ödənişini həyata keçirir. Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1887/2022 saylı, xx.xx.2022-cı il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən və bu icra sənədini icra etməkdən yayınmamış, həmin icra sənədinin icrası ilə bağlı onun əmək haqqından hər ay 600 manat tutulmaqla bu vaxtadək 2040 manat tutularaq tələbkara ödənilmişdir və bu tədbir davam etdirilir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs «Balakən Rayon Mərkəzi Xəstəxanası» X18 Ginekologiya-doğum şöbəsinin müdiri işləyir, «Balakən Rayon Mərkəzi Xəstəxanası» X19 22 iyun 2022-ci il tarixli 448 saylı arayışına əsasən onun əmək haqqısı 635.70 manat olduğu halda, bu məbləğ artırılaraq 29 dekabr 2022-ci il tarixli arayışa əsasən hazırda əmək haqqısı 1535.70 manat olmaqla gəlir vergisi və digər tutulmalardan sonra əlinə aldığı vəsait 1217.62 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1887/2022 saylı, xx.xx.2022-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar Şəxs aldığı bu əmək haqqından da vaxtaşırı olaraq hər ay 600 manat tutulmaqla tələbkar X8 ödənilir. Eyni zamanda iş materiallarından, həmçinin məhkəməyə təqdim edilmiş icra işinin materiallarından da görünür ki, icra məmuru tərəfindən müxtəlif orqanlara göndərilən sorğular əsasında Şəxs aldığı əmək haqqından başqa, digər aylıq qazancı (gəliri), tələb yönəldilə biləcək daşınmaz əmlakı, tələb yönəldilə biləcək rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaları və digər daşınar əşyaları, milli və xarici banklarda milli və xarici valyutada olan bank əmanətləri müəyyən edilməmişdir, o, pensiya və digər sosial müavinət almır, sahibkarlıq fəaliyyəti, pedaqoji və elmi fəaliyyətlə məşğul olmur. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icra edilməsindən və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etməmişdir. Şəxs sözügedən icra sənədini icrasıyla bağlı 2040 manat tələbkara pul ödəmişdir və bu icra sənədini icra etməkdə davam edir. Belə ki, onun yeganə qazanc (gəlir) mənbəyini təşkil edən aylıq əmək haqqından hər ay 600 manat tutulub tələbkara ödənilir. X6 yeganə qazanc (gəlir) mənbəyini təşkil edən aylıq əmək haqqından başqa digər qazancı və tələb yönəldilə biləcək əmlakları və pul vəsaitləri olmadığı halında ondan icra sənədi üzrə pul məbləği ödənişinin birdəfəlik icra formasında tələb edilməsi qanunvericiliyin tələbinə ziddir, həmçinin ədalətli deyildir. Bu xüsusda birdəfəlik icranın həyata keçirilməməsi borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi və bu icra ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə əsasən borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 65.3-ci maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 65.4-cü maddəsinə əsasən tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Göründüyü kimi, qanunvericilikdə məcburi icra tədbirlərinin tətbiqi ardıcıllığı müəyyən edilmişdir. Borclunun tələb yönəldilə biləcək əmlakı olmadıqda, tələbin icra edilməsi üçün bu əmlak kifayət etmədikdə, mili və xarici valyutada olan banklardakı pul vəsaitləri müəyyən olunmadıqda, tələb onun əmək haqqına yönəldilir. Hazırki işdə də borclunun tələb yönəldilə bilən əmlakı, milli və xarici valyutada olan əmlakı və sair qanunda nəzərdə tutulan əmlakı müəyyən odlunmadığı üçün tələb oqnun əmək haqqına yönəldilmiş və onun əmək haqqından qanunda nəzərdə tutulmuş məbləğdə icra sənədi üzrə tutulmalar edilir. Qanunun tələbinə görə də bu hal icra sənədinin icra edilməsinə yönəldilmiş hərəkətlər kimi ehtiva edilir. İş materiallarına əsasən yalnız yeganə qazanc (gəlir) mənbəyi olan əmək haqqından icra sənədində göstərilən pul məbləğinin birdəfəlik ödənilməsi qanunun tələbinə zidd olmaqla (İcra haqqında Qanunun 65-ci maddəsinə) borclu üçün əsassız ağır maddi məhrumiyyətlər yaratmış olardı və ədalətsiz bir addım olardı. Belə ki, qanunvericilik belə olan təqdirdə borclunun əmək haqqından müvafiq olaraq 50 faiz, İcra haqqında Qanunun 65.3-cü maddəsində müəyyən olunmuş hallarda isə əmək haqqından 70 faizədək tutulmaların həyata keçirilməsini təsbit edir. Belə faizlər nisbətində tutulmalar da borcu tərəfindən deyil, qanunvericiliyin tələbinə əsasən icra məmuru tərəfindən həyata keçirlir. Əmək haqqından qanunda nəzərdə tutulmuş faiz nisbətində tutulmaların deyil, icra sənədindəki məbləğin birdəfəlik ödənilməsi üçün tam tutulmanın həyata keçirilməsi isə əmək haqqından başqa digər qazancı (gəliri) müəyyən edilməyən borclunun yaşayış vasitəsindən tam məhrum edilməsi deməkdir ki, bu da qanuna və ədalətə zidd bir addımdır və qəbuledilməzdir. Belə olan halda Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi və onun icrasıyla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinin nədə ifadə olunması müəyyən edilmir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1887/2022 saylı, xx.xx.2022-cı il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən bu vəzifə həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materialları ilə Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1887/2022 saylı, xx.xx.2022-cı il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsi, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması sübut olunmur. Onu da nəzərə çatdırmaq lazımdır ki, İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyaya (Avropa Konvensiyası) dair 4 saylı Protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu tələb eyni zamanda BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktının 1-ci maddəsində və Azərbaycan Respublikasında İnsan Hüquq və X1 Tənzimlənməsi Haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsində də təsbit olunmuşdur. Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsi və yuxarıda göstərilən digər qanun normaları insanın azadlığı və ləyaqəti anlayışından fərqli olaraq, sadəcə fərdin konkret öhdəliyini yerinə yeirməsi üçün maddi vəsaitin olmadığına görə onun istənilən şəkildə azadlıqdan məhrum edilməsini qadağan etməyə yönəlib. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi 22 iyul 2021-ci il tarixli Kərimov və başqaları Azərbaycana qarşı şikayəti üzrə qərarında ərizəçilər Vahid Kərimov, Mahir Abbasov və Mübariz Bayramovun borclarını ödəmək iqtidarında olmadıqlarına görə həbs olunmaları ilə bağlı Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsində nəzərdə tutulmuş hüquqlarının pozuntusunu müəyyən etmiş və ərizəçilərin hər birinə 3600 avro təzminat ödənilməsini qərara almışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 18 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 18 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-46/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-46/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver