Məhkəmə qərarları › İş №3(019)-46/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-46/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-46/2024 29.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi ilə, Balakən rayon Polis Şöbəsininin DYPB-nin xx.xx.2024-cü il tarixli TP6210903 nömrəli inzibati tənbeh vermə barədə qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 rayon Polis Şöbəsinin DYPB-nin İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP-6210903 inzibati tənbeh vermə barədə qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək barəsində qəbul edilən xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqınd prtokolu tərtib edən, eyni zamanda həmin protokol əsasında qərar qəbul edən şəxslər barədə xüsusi qərardad çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X9 şikayətini onunla əsaslandırmışdır ki, o, 20 dekabr 2023-cü il tarixdə saat 14:00 rədələrində Balakən şəhəri, Heydər Əliyev prospektində özünə məxsus avtomobillə ailə üzvləri ilə hərəkətdə olduğu zaman Balakən RPŞ-nin YPX-nin əməkdaşları onu əsassız və qanunsuz olaraq saxlayaraq alkotestr müayinəsindən keçməyini tələb etmişlər. O, onlara spirtli içki içmədiyini bildirərək hansı əsasla onu saxlayaraq bunu tələb etmələrini soruşduqda ona demişlər ki, rəis İlkin Hümmətovun göstərişidir. Onlar əmri yerinə yetirirlər. Bu zaman o əmrə tabe olaraq alkotestr müayinəsindən keçmişdir.Daha sonra ona demişlər ki, cihazda problem var və xəstəxanaya getməlidirlər. O buna etiraz etsə də təkidlə onu xəstəxanaya aparmışlar. Xəstəxanada həkim geyimində olmayan bir cavan oğlan ona akt tərtib etmişdir. Daha sonra YPX-nin əməkdaşları onu başqa bir alkotestr cihazı ilə müayinə etmişlər. O, buna etiraz etmiş və onların cihazları fərqli-fərqli göstəricilərə malik olduğunu bildirmişdir. O, qan analizindən keçirilməyini tələb etmişdir. Amma ona “qulaq asan” olmamışdır. Bundan sonra onun əlindən avtomobilini alaraq dluracağa aparmışlar. O, sabahısı gün, yəni xx.xx.2023-cü il tarixdə avtomobilini duracaqdan götürmək üçün getdikdə ona avtomobili verməmişlər və avtomobili təhvil verəcəkləri təqdirdə 500 azn məbləğində pul verməyini tələb etmişlər. O, bunun qanunsuz və əsassız olduğunu bildirsədə də onu dinləyən olmamış, ümumiyyətlə onun avtomobilini verməmişlər. Bundan sonra o, Daxili İşlər Nazirliyinə onlayn müraciət etmiş, bundan sonra xx.xx.2024-cü il tarixdə o avtomobilini götürə bilmişdir. Onun qanunla qorunan hüquqlarını YPX-nin rəisi və əməkdaşları kobudcasına pozmuşlar.O, bayram günlərində ailə üzvlərini avtomobili olmadığına görə istirahətə apara bilməmişdir. X1 onu qanunsuz olaraq saxladıqdan sonra heç bir əsas olmadan onun sərxoş olub-olmadığını soruşaraq onun üzərində səlahiyyəti olmayan həkim tərəfindən sərxoşluq müayinəsi aparmış,onun ona etiraz etməyinə baxmayaraq qanunsuz hərəkətlərini davam etdirərək üzərində qanunsuz olaraq müayinə etməyi davam etdirmişdir. Amma onu müayinə edən həkim (sonradan adını və soyadını öyrəndiyi Əsgər Axundov) ixtisasca cərrahdır. Hesab edir ki, Balakən rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli TP-6210903 saylı inzibati tənbeh vermə barədə qərarı qanunsuz, əsassız və ədalətsizdir. İlki növbədə onun barəsində xx.xx.2024cü il tarixli TP-6210903 saylı inzibati tənbeh vermə barədə qərardan təsadüfən məlumatı olub, həmin qərar ona hər hansı şəkildə təqdim edilməmişdir. Barəsində tərtib olunan protokol əsasında inzibati tənbeh edilməsi barədə qərar qəbul edilərkən onun iştirakı təmin olunmamış, izahatı alınmamış, vəsatəti və etirazı olub-olmaması aydınlaşdırılmamışdır. Həmçinin qəbul edilən qərar ona təqdim olunmamış, şikayət vermək hüquqları izah edilməmişdir. Protokol üzrə inzibati xəta haqqında məsələyə baxmaq qanunla məhkəmənin salahiyyətinə aid edildiyi halda Balakən rayon Polis Şöbəsinin DYPB öz mülahizəsinə əsasən birtərəfli qaydada işə baxaraq onun 400 manat cərimə olunması qənaətinə gəlmişdir. Onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə protokol tərtib edilərkən sərxoş vəziyyətdə olub-olmamağı xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməmiş,nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında heç bir protokol tərtib olunmamış, olunsa belə ona elan və təqdim edilməmişdir. Həmin maddə ilə təqsirli bilinməyinə dair qərar verilərkən də belə sübutların olmamasına baxmayaraq 400 manat məbləğində cərimə edilmişdir. Hansı ki, maddənin qeyd hissəsində xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxorşluq vəziyyətində olduğunun hesab edildiyi bildirilir. Göründüyü kimi Balakən rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli TP6210903 saylı inzibati tənbeh vermə barədə qərarı qəbul edərkən Qanunvericiliyin yuxarıda sadalanan tələblərini kobud surətdə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X9 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə X6 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan 21 dekabr 2023-cü il tarixli 660 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, X7 xx.xx.2023-cü il tarixdə saat 14:06 radələrində 0,612% alkoqol sərxoşluğu olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli İXP-5916512 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol X9 xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə Aktdan görünür ki, VAZ-21011 **-BK-*** nömrəli avtomobil duracağa yerləşdirilmiş, xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli TP-6210903 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozduğuna görə 400 (dörd yüz) manat cərimə edilmişdir. Şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X9 xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində VAZ-21013 minik markalı,08 BK498 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Balakən şəhəri H.Əliyev prospektində idarə edərkən Balakən rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis serjantı X4 tərəfindən saxlanmış və onun sərxoşluq vəziyyəti həkimin iştirakı ilə alkotester vasitəsi ilə yoxlanmış, X7 0,612% alkoqol sərxoşluğu müəyyən edilmişdir. Elşən Heydərov VAZ-21013 minik markalı, 08BK498 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsin sərxoş vəziyyətdə idarə etdiyindən o, maşının idarə edilməsindən kənarlaşdırılmış və VAZ- 21013 minik markalı, 08BK498 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mühafizə olunan dayanacağa yerləşdirilmişdir.Balakən rayon Polis Şöbəsinin DYPB-nin polis serjantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP-5916512 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Balakən rayon Polis Şöbəsi tərəfindən həmin inzibati xəta haqqında protokol əsasında Elşən Heydərov xx.xx.2024-cü il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin sanksiyasında dörd yüz manat məbləğində cərimə və nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması tənbehləri nəzərdə tutulmuşdur. X6 xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində VAZ-21013 minik markalı,08 BK498 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Balakən şəhəri H.Əliyev prospektində 0,612% alkoqol sərxoşluğu ilə idarə etməsi iş materialları ilə təsdiq olunduğundan hesab edirəm ki, onun əməli İXM-in 333.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh düzgün tətbiq olunmuşdur. Onun spirtli içki qəbul etməməsi, sərxoşluq dərəcəsinin düzgün müəyyən edilməməsi barədə şikayətin dəlili ilə bağlı bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2-ci maddəsinə əsasən: 2.1. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarından göründüyü kimi X6 nəfəsindən alkoqollu içki qoxusu gəldiyinə görə onun sərxoşluq vəziyyəti polis əməkdaşı X2 iştirakı ilə həkim tərəfindən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitədən –alkotesterdən istifadə olunmaqla yoxlanmış, onun nəqliyyat vasitəsini 0,612% alkoqol sərxorşluğu ilə idarə etdiyi müəyyən edilmişdir. Onun alkotestr ilə müayinə edilməyə etiraz etməsi, qan analizindən keçirilməyini tələb etməsi barədə göstərdikləri iş materialları ilə təsdiq olunmur. Avtomobilinin dayanacaqda yerləşdirilməsi, qanunla qorunan hüquqlarının YPX-nin rəisi və əməkdaşları tərəfindən pozulması barədə şikayətin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 96.1 və 96.1.4-cü maddələrinə əsasən fiziki şəxslər dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 97.1 və 97.2-ci maddələrinə əsasən bu Məcəllənin 346.1 və 346.2ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Protokol üzrə inzibati xəta haqqında məsələyə baxmağın qanunla məhkəmənin səlahiyyətinə aid olduğu halda Balakən rayon Polis Şöbəsinin DYPB tərəfindən baxılması barədə şikayətin dəlili ilə bağlı izah olunur ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.1-ci maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının daxili İşlər Nazirliyi baxır. Qəbul edilən qərarın ona təqdim olunmaması, şikayət vermək hüquqlarının izah edilməməsi barədə şikayətin dəlili ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi X3 rayon YPX-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarını almış və ondan şikayət vermişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İXM-in 134-cü maddəsinə əsasən: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X6 şikayəti əsassız olduğundan təmin edilməməli, Balakən rayon YPX-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X6 şikayəti təmin edilməsin, Balakən rayon Polis Şöbəsinin YPX-nin xx.xx.2023-cü il tarixli İXP5916512 nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP- 6210903 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar