Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-460/2025 26.12.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Protokol tərtib etmiş Baş Dövlət Yol Polisi İdarəsinin V Tağım polis baş serjantı X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN (xxxxxxx) orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsilə Baş Dövlət Yol Polisi İdarəsi Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Baş Dövlət Yol Polisi İdarəsinin V Tağım polis baş serjantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarını pozması nəticəsində Zərərçəkmiş şəxs maddi zərər vurulmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş V Tağım polis baş serjantı X1 Rəisət Heybullah qızının Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini, inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu, Zərərçəkmiş şəxs surət həddini aşmadığını bildirərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, mal-qara hər gün həmin yerdən keçir. Zərərçəkmiş şəxs inəklər yolun kənarında olmasına baxmayaraq, içkili olmuş, sürət həddini aşmış və inəkləri vuraraq öldürmüşdür. Yol nəqliyyat hadisəsi onun özünə maddi zərər dəymişdir, zərərçəkmiş şəxsdən ona dəymiş zərərin ödənilməsini tələb edir. Barəsində qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında, 09 dekabr 2025-ci il tarixində Qullar yaşayış məntəqəsini keçdikdən sonra hava qaranlıq və dumanlı olduğundan qarşısını görməyərək dörd baş inək vurduğunu, içkli olmadığını, barəsində hadisə ilə əlaqədar heç bir protokol tərtib edilmədiyini, hadisə nəticəsində maşına 7000-8000 manat ziyan dəydiyini, lakin qarşı tərəfdən dəymiş zərərlə bağlı hər hansı tələbinin olmadığını, barışdıqlarını bildirmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 09 dekabr 2025-ci il tarixli Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolu 156-cı km istiqamətində baş verən yol nəqliyyat hadisəsi nəticəsində HYUNDAİ Sonata markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsində olan mal-qaranı vurmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1691 saylı tibbi müayinə aktından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:14-də müayinə zamanı Zərərçəkmiş şəxs qanda alkoqolun konsentrasiyasının 0 promilli olmasına əsasən ayıq olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılan ərizədən görünür ki, Şəxs barəsində hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 338.5-ci maddəsinə əsəsən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə səksən manat məbləğində cərimə edilir. 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinin Vİ bəndi: Vİ. At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə: 1) mal-qaranı yolda nəzarətsiz qoymaq; 2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa); 3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Məhkəmə protokol tərtib etmiş vəzifəli şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatına, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməli İXM-nin 338.7-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli hesab etməməsi ilə bağlı irəli sürdüyü dəlillər əsassızdır. Məhkəmə onun bu ifadəsini özünümüdafiə xarakteri daşıyan və məsuliyyətdən azad olunmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Şəxs məsuliyyətini yüngülləşdirən hal zərərçəkmiş şəxslə barışması müəyyən edilmiş, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-460/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-460/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver