Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-461/2024 28.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN-**********) barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Hüquqi şəxs Şəxs MMC(VÖEN-**********) xx.xx.2024-cü il tarixdə **********0309 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 141750 ABŞ dolları olan 21000 kq dəyərində fındıq ləpəsi yükünü Balakən Gömrük İdarəsində rəsmiləşdirərək Rusiya Respublikasının Moskva şəhərində qeydiyyatda olan “KRASNİY OKTYABR” şirkəti ünvanına konsiqnasiya yolu ilə ixrac etmiş, ixrac olunan malların müqabilində 140459 ABŞ dolları şirkətin müvəkkil bankındakı hesabına köçürülsə də, yerdə qalan 1291 ABŞ dolları məbləğində valyutanın geri qaytarılması barədə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN-**********) həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu . İnzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki,hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) xx.xx.2024-cü il tarixdə **********0309 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 141750 ABŞ dolları olan 21000 kq dəyərində fındıq ləpəsi yükünü Balakən Gömrük İdarəsinin X3 rəsmiləşdirərək Rusiya Respublikasının Moskva şəhərində qeydiyyatda olan “KRASNİY OKTYABR” şirkəti ünvanına konsiqnasiya yolu ilə ixrac etmiş, ixrac olunan malların müqabilində 140459 ABŞ dolları şirkətin müvəkkil bankındakı hesabına köçürülsə də, yerdə qalan 1291 ABŞ dolları məbləğində valyutanın qanunla müəyyən edilmiş 180 gün müddətində geri qaytarılması barədə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir.Odur ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı haqqında lazımi qaydada məlumatlandırılmış hüquqi şəxs Şəxs MMC məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan "xxxx" MMC-nin icraçı direktoru X1 izahatında göstərilmişdir ki, o, xx.xx.1953-cü il tarixdə Zaqatala rayonunun Muxax kəndində anadan olmuş və hazırda həmin kənd sakinidir. 2013-cü ildən Şəxs MMC-də icraçı direktor vəzifəsində çalışır. Onların müəssisəsinin əsas fəaliyyəti Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışından ibarətdir. 12 dekabr 2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində qeydiyyatda olan “KRASNİY OKTYABR” şirkəti ilə Şəxs MMC arasında KO/AZS/2019 alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən dəyəri 141750 ABŞ dolları olan 21000 kiloqram 9-11 mm diametr ölçülü fındıq ləpəsi yükü xx.xx.2024-cü il tarixində gömrük bəyannaməsi (**********0309) ilə rəsmiləşdirilmiş və 90LG393/10ZG352 qeydiyyat nişanlı yük maşını ilə təyinat ölkəsinə yola salınmışdır. Göndərilən malın dəyərinin 140459 ABŞ dolları şirkətin müvəkkil bank hesabına köçürülmüş, lakin qalan 1291 ABŞ dolları isə ödənilməmişdir. Vəsaitin ödənməməsinin səbəbi yükü aparan avtomaşının qəzaya uğraması nəticəsində 4 kisə yükün tam yararsız hala düşməsi olmuşdur. İnzibati xəta haqqında materialda olan sənədlərdən görünür ki, Şəxs MMC (VÖEN- **********) xx.xx.2024-cü il tarixdə **********0309 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 141750 ABŞ dolları olan 21000 kq dəyərində fındıq ləpəsi yükünü Balakən Gömrük İdarəsində rəsmiləşdirərək Rusiya Respublikasının Moskva şəhərində qeydiyyatda olan “KRASNİY OKTYABR” şirkəti ünvanına konsiqnasiya yolu ilə ixrac etmiş, ixrac olunan malların müqabilində 140459 ABŞ dolları şirkətin müvəkkil bankındakı hesabına köçürülsə də, yerdə qalan 1291 ABŞ dolları məbləğində valyutanın geri qaytarılması barədə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, həmin tarixdə Balakən Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsi ilə bağlı xəbərdar edilmiş, vəsaitlərin bankda olan hesaba köçürülməsi üçün 30 gün qaldığı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Qaydaların 15.1-ci bəndinə uyğun olaraq, şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Belə ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021 -ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur Sözügedən Qərarının 1-ci bəndinə əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları’’na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Buna müvafiq olaraq “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezident müəssisə və təşkilatlar əldə etdikləri xarici valyutanı məcburi səkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qovulmur. Qanunun “Əsas anlayışlar” hissəsində cari valyuta əməliyyatlarına malların, islərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləsdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi də aiddir və resident dedikdə, həmçinin Azərbaycan Respublikasında qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslər basa düşülür. Həmçinin Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitlərinin malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur İşin hallarını, hüquqi şəxs Şəxs MMC tərəfindən ixrac olunan malların müqabilində 1291 ABŞ dolları məbləğində valyuta vəsaitin şirkətin müvəkkil bankı olan "xxxx" ASC-nin müvafiq hesabına köçürülməsinin təmin edilməməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC (VÖEN- **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin-1291 ABŞ dollarının 30 faizi məbləğində-387.30 ABŞ dolları (658.41 manat) məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-461/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-461/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver