Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-461/2025 17.12.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN-xxxxxxx , orta təhsilli, subay, fərdi əməklə məşğul olan, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Layıcov X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-152/2019 nömrəli icra sənədi üzrə tələbkar X1 olan 4609 manat borcunu ödəməkdən imtina etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs borcun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-152/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 8500 manat pul,30 manat ödənilmiş dövlət rüsümünun 24.30 manatı və nümayəndəyə ödənmiş xərcə görə 435.39 manat, cəmi 8959.69 manat alınıb iddiaçı X1 verilməlidir. Borclu Şəxs borcun bir hissəsini ödəmiş 4609 manat ödənməmiş borcu qalmışdır. Borclu qalan borcu ödəməkdən imtina etmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış, əksinə çağırışlara gəlməmiş, qaçıb gizlənmişdir. Bu səbəbdən onun barəsində axtarış elan edilmişdir. Hazırda Şəxs 4609 manat borcu vardır. O, qalan borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)- 152/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan 8500 manat pul,30 manat ödənilmiş dövlət rüsümünun 24.30 manatı və nümayəndəyə ödənmiş xərcə görə 435.39 manat, cəmi 8959.69 manat alınıb iddiaçı X1 ödəməlidir. O tələbkara olan borcundan 4351 manat ödəniş etmiş, xəstəliyi ilə bağlı qalan borcunu ödəyə bilməmişdir. Qalan borcunu da hissə-hissə ödəyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-152/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs 8500 manat pul, 30 manat ödənilmiş dövlət rüsumunun 24.30 manatı və nümayəndəyə ödənmiş xərcə görə 435.39 manat, cəmi 8959.69 manat alının iddiaçı X1 verilməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 152/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki,xx.xx.1980-cı il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını,onun borcu ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 17 dekabr 2025-ci il saat 16:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-461/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-461/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver