Məhkəmə qərarları › İş №3(019)-462/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-462/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-462/2024 17.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, X1 tərəfindən Balakən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli İXP-6005984 nömrəli inzibati tənbeh vermə haqqında protokolundan verilmiş şikayətə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq , m ü ə y y ə n e t d i m: X1 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsi barədə xx.xx.2024-cü il tarixli,İXP-6005984 nömrəli protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, X1 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, X1 inzibati xəta haqqında iş üzrə qərardan deyil, barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş İXP-6005984 nömrəli inzibati xəta haqqında protokoldan şikayət vermişdir. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli,İXP-6005984 nömrəli protokolun tərtib edilməsindən 08 aydan artıq müddət keçmişdir. İşin yuxarıda qeyd edilən hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X1 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 128-130-cu maddələrini rəhbər tutub, qəraraaldım: X1 tərəfindən verilmiş Balakən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, İXP- 6005984 nömrəli,inzibati xəta haqqında protokoldan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar