Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-465/2024 30.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Hüquqi şəxs Şəxs MMC xx.xx.2024-cü il tarixdə saat 16:06 radələrində Türkiyə Respublikasının vətəndaşı Uğurlu Messutun idarə etdiyi “RENAULT” markalı, 35HZU15/35HUY88 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə idxal etdiyi yüklərin içərisindən mal-müşayiət sənədlərində qeyd olunmayan ,az miqdarda - 1458.00 manat dəyərində,üzərində “DAO” yazısı olan 27 qutu, hər qutunun içərisində 1 ədədi 1500 ml həcmində 9 ədəd olmaqla , ümumi sayı 243 ədəd yuyucu vasitəni gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs MMC-nin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilir. İşdə olan 09 oktyabr 2024-cü il tarixli yoxlama və götürmə haqqında protokolda göstərilmişdir ki, Uğurlu Messutun idarə etdiyi “RENAULT” markalı, 35HZU15/35HUY88 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid mal-müşayiət sənədləri VAİS proqram təminatında qeydə alınarkən yükün tərəzi qəbzindəki faktiki çəkisinin mal-müşayiət sənədlərindəki çəkisindən çox olması səbəbindən “RENAULT” markalı, 35HZU15/35HUY88 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük yerinə gömrük yoxlaması həyata keçirildi.xx.xx.2024-cü il tarixində, saat 16:06 radələrində Gürcüstan istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan və Türkiyə Respublikasında qeydiyyatda olan “Solmazer Dış Ticaret ve Makine Sanayi LTD.ŞTİ” və “X3 ve Tic A.Ş” şirkətindən Azərbaycan Respublikası ünvan 2 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxsnə idxal olunan yükü gətirən Türkiyə Respublikasının vətəndaşı Uğurlu Messutun idarə etdiyi “RENAULT” markalı, 35HZU15/35HUY88 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı yüklərin içərisindən mal-müşayiət sənədlərində qeyd olunmayan üzərində “DOA” yazısı olan 27 qutu, hər qutunun içərisində 1 ədədi 1500 ml həcmində 9 ədəd olmaqla, ümumi sayı 243 ədəd yuyucu vasitə aşkar edilmişdir.Aşkar olunmuş hüquqpozma predmeti olan yuyucu vasitələr bu protokol əsasında götürüldü və “Mazımqara” gömrük postunun anbarında saxlanılır. İşdə olan Şəxs MMC-nin nümayəndəsi X1 izahatında göstərilmişdir ki, o, xx.xx.1992ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda anadan olmuşdur. xx.xx.2024-cü ildən Şəxs MMC-də idxal şöbəsinin rəhbəri vəzifəsində çalışır, müəssisənin əsas fəaliyyəti pərakəndə satışdan ibarətdir. İxracatçı şirkətin yalnış olaraq artıq sayda yuyucu vasitəni yükləməsi səbəbindən bu hal baş vermişdir. Bu barədə nəqliyyat vasitəsi ölkə ərazisinə gəldikdən sonra ixracatçı şirkət ilə əlaqə saxlamışlar. Onlar malların onlara aid olmaması ilə bağlı elektron qaydada məktub ünvanlayıblar. Həmin məktubu izahata əlavə edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə verilmiş 03-Ş nömrəli ekspert rəyindən görünür ki, 243 ədəd üzərində «DOA» yazısı olan yuyucu vasitənin cəmi məbləği 1458.00 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə isə İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin şəxsiyyətini, törədilmiş xətanın xarakterini nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, ondan aşkar olunaraq götürülmüş və Balakən Gömrük İdarəsində saxlanılan, 1458 manat dəyərində üzərində “DOA” yazısı olan 27 qutu-ümumi 243 ədəd yuyucu vasitə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-465/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-465/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver