Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-47/2021 03.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Balakən şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 232-1-cı maddəsi ilə icraatı başlanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən Şəxs 22.06.2020-ci il tarixində, saat 22:00 radələrində Zərərçəkmiş şəxs məxsus, “Samsunq A50” markalı, təxminən qiyməti 700 manat olan mobil telefonu qardaşı Natiq Həsənovun evinin həyətindəki ayaqyolunun quyusuna atmaqla Zərərçəkmiş şəxs əmlakını qəsdən zədələməklə az miqdarda mülkiyyətinə ziyan vurması əsası ilə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 16 fevral 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. ünvan 3yə müəllimi işləyir. X3 onun doğma və böyük qardaşıdır. Qardaşı Namiq ailəsi ilə özünə məxsus olan və Balakən rayonu Gərəkli kəndində yerləşən evində yaşayır. Onların sərhəd qonşusu olan Zərərçəkmiş şəxs son vaxtlar tanımışdır. Son zamanlar qardaşının ailəsi ilə onların arasında narahatçılıqlar yaranmışdır. Sonradan eşitdiyinə görə 16 iyun 2020-ci il tarixdə Elza qardaşının həyəti ilə sərhəddə od qaladığı, qardaşı Namiqin həyətində açıq olduğuna görə və ota od düşə biləcəyi üçün Elzaya iradlarını bildirdikdə mübahisələri yaranmışdır. 22.06.2020-ci il tarixdə axşam tərəfi o və arvadı Günay qardaşı Namiqə baş çəkməyə gəlmişlər. Həmin vaxtı Namiq işdən gəlməmişdir. Bir qədər sonra qardaşı Namiq işdən evə gəlmişdir. Bundan sonra ona məlum olmuşdur ki, qardaşı Namiqin qonşuları olan Elza və onun anası Cəmilə onlara gəlirlər. O başa düşmüşdür ki, onlar mübahisəyə gəlirlər. Həmin tarixdə, saat təxminən 22 radələrində Cəmilə və qızı Elza qardaşı Namiqin həyətinə gəlmiş, Namiqə onların söhbətinə qarışmamasını, qadınlar özləri söhbət edəcəklərini bildirmişlər. Onlar həyətə daxil olaraq, qardaşı Namiqin arvadı Gülnarədən biədəb ifadələrlə qardaşı Namiqi soruşmuş, o da həmin şəxslərə iradlarını bildirmişdir. Bu vaxt Cəmilə ona da, arvadına da söyüş söymüşdür. Sonra Elza əlindəki mobil telefonla Gülnarənin başına zərbələr vurduqda o, telefonu Elzanın əlindən alıb kənara atmışdır. Onun fikrincə telefonu Elzanın əlindən alıb, kənara atanda yaxınlıqdakı ayaqyoluna düşmüşdür. Namiq onları ayırmaq istəmiş, Elza həyətdə olan beli götürüb Namiqin qoluna vurmuşdur. Elza ilə Cəmilə Gülnarə ilə dartışma zamanı üst geyimləri cırılmışdır. Gülnarə onlara paltar vermiş, Namiq bu barədə dərhal Balakən RPŞyə məlumat vermişdir. Bir qədər sonra polis işçiləri gəlmiş və onları polis şöbəsinə dəvət edilmişlər. Bundan sonra o, yoldaşı ilə öz evinə getmişdir. Zərərçəkmiş şəxs vurulmuş ziyanı tam olaraq ona ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olsa da, hazırda Balakən rayonunun Gərəkli kəndində uşaqları ilə birlikdə yaşayır. X14 Rusiya Federasiyasındadır. 16 iyun 2020-ci il tarixdə, saat təxminən 18 radələrində evlərinin arxasında ocaq qalayıb, uşaqlara kabab bişirmək istəmişdir. Həmin vaxt qonşusu Namiqin arvadı Gülnar öz həyətlərindən ona «yaxınlıqda quru ot var, ota od düşə bilər» deyə bildirmişdir. O, yaxınlıqda ot tayalarının olduğunu bilməmiş və narahat olmamasını deyərək, odu söndürmüşdür. Bundan sonra Gülnarın əri öz həyətlərində ona qarşı kobudluq etmiş, nalayiq söyüşlər söymüşdür. 22 iyun 2020-ci il tarixdə, saat 21 radələrində anası Cəmilə onlara gəlmiş, o, baş verənləri anasına bildirmişdir. Bundan sonra anası Cəmilə ilə birlikdə qonşuları Namiqin həyətinə getmiş və nə üçün onu söyüb təhqir etdiklərini soruşmuşlar. Həmin vaxt Gülnar anasına əcəb edib söydüyünü, əri Namiqin gəlib paylarını verəcəyini demişdir. Həmin vaxt Namiq gəlmiş, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Namiq, Namiqin qardaşı Fariz və Gülnar onları nalayiq söyüşlərlə təhqir etmiş, yumruqla onları vurmuşlar. Şəxs onun əlində olan 2020-ci ildə aldığı “Samsung” A50 markalı 64 QB mobil telefonu əlindən alaraq, ayaqyoluna atmış və ona maddi ziyan vurmuşdur. Hazırda Şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ona ödənilmişdir. O, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ondan bu iş üzrə heç bir şikayət və tələbi yoxdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-ninin 232.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş «xxxx» MMC-nin 19.04.2021-ci il tarixli, 29 nömrəli qiymətləndirmə rəyindən görünür ki, «Samsung» A50 markalı 64 QB operativ 4 QB mobil telefonun 2020-ci il tarixə qiyməti 630-650 manat arasında dəyişirdi; «Samsung» A50 markalı 64 QB operativ 4 QB mobil telefonun 2021-ci il tarixə qiyməti 300-320 manat arasında dəyişir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs yazdığı qəbzdən görünür ki, telefonla bağlı ziyana görə Şəxs 500 AZN pul almış və bu barədə qəbz yazıb imzalamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Şəxs barəsində İXM-nin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə etirazı yoxdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati məsuliyyət nəzərdə tutulur. Yəni qanun normasında özgənin əmlakını qəsdən məhv etməsi və ya zədələməsi nəticəsində yaranacaq məsuliyyətdən bəhs edilir. Bu maddənin «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsi analogiya üzrə tətbiq edilməklə Şəxs haqqında Azərbaycan Respubliukası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə başqlanmış inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən vurulmuş ziyanın tamamilə ödənilməsi və zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan tam şəkildə ona ödənilmişdir və onlar barışmışlar. Zərərçəkmiş şəxs Şəxs vurulmuş ziyanı tamamilə ona ödədiyini və onunla barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını, Şəxs qarşı Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmiş, Şəxs da barəsində İXM-qnin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin vurulması ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin Qeyd hissəsində inzibati xətanı törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatın xitam verilməsi üçün əsas kimi göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsində Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin zərər çəkmiş şəxslə barışması və İXM-nin 53.1.10-cu maddəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatın xitam verilməsi üçün əsaslar kimi müəyyən edilmişdir. Bu konteksdə məhkəmə qeyd edir ki, hüquq münasibətləri və onlardan irəli gələn mübahisələrin həlli hüquq normaları ilə tənzimlənir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsində qeyd olunur ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Yenə də həmin Qanunun 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Göründüyü kimi, qanun norması o cümlədən cinayət və inzibati xətalara dair qanunvericilikdə şəxsin məsuliyyətə cəlb olunması, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi halları istisna olunmaqla hüququn və qanunun analogiyasından istifadə olunmasına məhdudiyyət qoymur. Azərbaycan Respublikasının qanunvericiliyində Cinayət-Prosessual qanunvericiylindən analogiya üzrə istifadə edilməsinə isə ümumiyyətlə qadağa qoyulmamışdır. Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində və 232-1-ci maddəsinin Qeyd hissəsində İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vurulmuş ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışması əsasında iş üzrə icraata xitam verilməsi nəzərdə tutulmasa da, bu əsasla həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məsələsi şəxsin məsuliyyətə cəlb edilməsi, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarını müəyyən etmədiyindən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, hazırki işdə həmin məsələnin həlli üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsi qanunun analogiyası üzrə tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasnıda həyata keçirildikdə) başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Qanunun bu analogiyasının tətbiqi həmçinin beynəlxalq qanunvericiliyə əsasən inzibati xətaların, o cümlədən İXM-nin 232-1 maddəsində nəzərdə tutulan inzibati xətanın bir sıra parametrlərinə görə cinayət ittihamı sayılmasından da irəli gəlir. Belə ki, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və 7-ci maddələrinə və bu maddələrin tətbiqi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən bir çox hallarda inzibati xətalar da cinayət ittihamını özündə ehtva edir. Avropa Məhkəməsinin presedent praktikasında inzibati xətanın Avropa Konvensiyasının 6-cü və 7-ci maddələrində nəzərdə tutulmuş cinayət ittihamı anlayışını ehtiva edib-etməməsi üçün meyarlar göstərilmişdir. Belə ki, bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan 3 (üç) meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. İkinci və üçüncü meyarlar alternativ qaydada istifadə olunur və onların bir yerdə əmələ gəlməsi mütləq şərt deyildir. Ancaq onların ayrılıqla analizi işdə cinayət ittihamının verilməsi nəticəsinə gəlməyə tam əsas yaratmırsa, həmin meyarlar bir yerdə də istifadə oluna bilər (bax: Yussila Finlandiyaya qarşı və Ezex və X1rşı işlər). Məhkəmə nəzərə çatdırır ki, əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayət-hüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. X10rşı işdə (32- 34-cü bəndlər) Avropa Məhkəməsi bildirmişdir ki, hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır. Belə ki, bu halda ikinci və ya üçüncü meyarlar ön plana keçir. İkinci meyar, yəni hüquq pozuntusunun xarakteri tətbiq edilərkən daxili qanunvericilik normalarının və onların tətbiqi dairəsinin həmin hüquq sistemindəki digər cinayət əməlləri ilə müqayisəsi aparılır (Engelin işi, 80-85-ci bəndlər). Öztürk Almaniyaya qarşı işdə (53-cü bənd). Avropa Məhkəməsi vurğulamışdır ki, konkret cinayət əməlinin cəzalandırılmasına yönələn daxili qanunvericilik normaları prinsipcə «cinayət-hüquqi» xarakter daşıyır, lakin bəzi hallarda cəzalandırma məqsədi çəkindirmə məqsədi ilə yanaşı, yəni birgə mövcud olur. Bu o deməkdir ki, konkret sanksiyada bu məqsədlərin hər ikisi mövcud ola bilər və beləliklə, onlar qarşılıqlı surətdə bir-birini istisna etmir. Kempbell və X7rşı işdə (101-ci bənd) Avropa Məhkəməsi bildirdi ki, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı adətən həmin pozuntunun «cinayət» xarakteri daşımasının önəmli göstəricilərindən biridir, digər bir mühüm göstərici isə onun ağırlıq dərəcəsinin yüksək olmasıdır. Birinci və ikinci Engel meyarları əsasında aparılmış təhlil nəticə vermədikdə, məhkəmə üçüncü Engel meyarını nəzərdən keçirir (Eze və X1rşı iş, 108-130-cü bəndlər). Bu, alternativ və son meyardır. Bu meyar üzrə təhlil apararkən, Engelin işindəki kimi Avropa Məhkəməsi qərara ala bilər ki, hüquq pozuntusu xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin olunmuş sanksiya xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Avropa Məhkəməsi Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinə görə milli qanunvercilikdə cinayət kimi nəzərdə tutulmamasından asılı olmayaraq, inzibati xətaları da cinayət saya bilər. Məsələn, Avropa Məhkəməsi Meneşeva Rusiyaya qarşı işdə, ərizəçinin 5 sutka həbs edildiyi inzibati xətanı Konvensiyanın 6-cı maddəsi mənasında cinayət əməli saymışdır. Malofeyeva Rusiya qarşı işdə (7 sutka inzibati həbs) və Nemtsov Rusiyaya qarşı işdə (15 sutka həbs) inzibati xətalar cinayət sayılmış və onlara 6-cı maddənin müdafiəsi tətbiq edilmişdir. Kasparov və başqaları Rusiyaya qarşı işdə daha az inzibati həbs tətbiq edilən inzibati xəta da məhkəmə tərəfindən cinayət ittihamı saylımışdır. Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Avropa Məhkəməsi X4rşı və Meneşeva Rusiyaya qarşı işlərdə göstərmişdir ki, Rusiya və oxşar qanunvericilik sistemlərində inzibati sahəyə aid edilmiş hüquq pozuntuları əslində öz mənasına görə cinayət əməlləridir, lakin onlara cinayət və cinayət-prosessual hüquq normalarının tətbiqi üçün az əhəmiyyətlidirlər. Bu hüquqi mövqedən çıxış edən məhkəmə qeyd edir ki, əslində Azərbaycan Respublikasının qanunvericilik sistemi ilə Rusiya qanunvericilik sistemi bu sahədə oxşar xüsusiyyətlərə malikdir. Belə ki, Rusiya Federasiyasında olduğu kimi, Azərbaycan Respublikasınının qanunvericiliyində də inzibati xətalar və onlara görə inzibati tənbehin verilməsi ayrıca hüquq sahəsinə aid edilmişdir. Qanunvericilikdə inzibati xəta adlanan hüquq pozuntuları cinayət əməllərinə aid edilməmiş və onlara görə avtonom tənbeh növləri nəzərdə tutulmuşdur. Baxmayaraq ki, bir sıra inzibati xətaların sanksiyalarında yüksək məbləğdə cərimələr və həbslər nəzərdə tutulmuşdur ki, həmin cəzalar cinayət əməllərinə görə də nəzərdə tutulmuşdur və mahiyyətinə görə əslində cinayət cəzalarıdır. Azərbaycan Respublikasıının daxili qanunvericiliyində inzibati xətalar və cinayət əməlləri ayrıca hüquq sahələri kimi təsnifləşdirildiyindən, məhkəmə belə nəticəyə gəlir ki, 1-ci Engel meyarı hazırki işdə tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə ikinci və üçüncü Engel meyarlarını tətbiq etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi, ikinci Engel meyarı, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktını və ona görə də onun ağırlıq dərəcəsinin yüksək olmasını göstərir. Üçüncü Engel meyarı isə hüquq pozuntusunun xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin oluna bilən və ya təyin olunmuş sanksiyanın xarakterinə və ağırlığına görə «cinayət-hüquqi» cəza olmasıdır. Bu meyarları hazırki işə tətbiq edən məhkəmə nəzərə çatdırır ki, mülkiyyət əleyhinə olan inzibati xətanın Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində əks olunması mülkiyyət əleyhinə olan əməllərə qarşı mübarizə məqsədini dayışır. Bu məqsəd və maraq əslində cinayət hüququnun müdafiəsi sferasına aiddir. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsində nəzərdə tutulmuş hüquq norması xüsusi statusa malik olan şəxslərə deyil, bütün vətəndaşlara şamil olunur. Yəni bu qanunvericilik norması konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlmişdir. Bu xüsusda əmlakın qəsdən məhv edilməsi və zədələnməsində ifadə olunan mülkiyyət əleyhinə mübarizənin İXM-də inzibati xəta kimi göstərilməsi heç də Avropa Konvensiyası nöqteyi-nəzərindən onun müstəqil olaraq «cinayət» əməli kimi hüquqi tövsif olunmasını aradan qaldırmır. Belə ki, «Ezex və X1rşı işdə deyildiyi kimi, X2 meyarlarına görə hüquq pozuntusunun xarakterinin cinayət ittihamı kimi müəyyən olunması üçün müəyyən ağırlıq dərəcəsinin mövcudluğunun mütləqliyi barədə heç nə deyilmir. Bundan başqa, o da qeyd edilməlidir ki, Zolotuxin Rusiyaya qarşı işdə olduğu kimi, hazrki işdə göstərilən inzibati xətanın məqsədi cəza və profilaktika olmuşdur ki, onlar da cinayət sanksiyasının tipik əlamətləridir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edildiyi Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta 2ci Engel meyarına görə, yəni qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı və onun ağırlıq dərəcəsinə görə cinayət ittihamı sayılmalıdır. İşdəki faktiki hallara hüquqi qiymət verən məhkəmə X4rşı, Engel və başqaları Niderlanda qarşı və Ezex və X1rşı məhkəmə presedentlərinə istinad edərək, həmçinin hesab edir ki, Şəxs İXM-nin 232-1 maddəsilə inzibati məsuliyyətə cəlb edildiyi inzibati xəta 3-cü Engel meyarına, yəni təyin oluna bilən sanksiyanın xarakterinə və ağırlığına görə «cinayət-hüquqi» cəza xarakteri daşıyır və bu əsasdan cinayət ittihamıdır. Bu zaman cəzanın ağırlığı İXM-nin həmin maddəsində nəzərdə tutulmuş maksimal potensial sanksiya ilə müəyyənləşdirilməlidir. Bu iş üzrə real cəzanın təyin edilə biləcəyii heç də həmin faktorun vacibliyini heçə endirməmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində sanksiya kimi vurulan ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə nəzərdə tutulmuşdur. Bunlar Şəxs İXM-nin 232-1 maddəsilə məsuliyyətə cəlb edildiyi inzibati xətanın cinayət ittihamına bərabər sayılması üçün yetərli əsaslardır. Avropa Məhkəməsinin yuxarıda göstərilən presedentlərində qeyd edildiyi kimi, hüququn aliliyi prinsipinə sədaqətli olan cəmiyyətlərdə azadlıqdan məhrum etməni nəzərdə tutan sanksiya və azadlıqdan məhrum etmənin şəxsə qarşı real tətbiq olunduğu sanksiya mövcud prezumpsiyaya görə şəxsə verilən ittiham, bu inzibati xəta olsa belə cinayət ittihamı sayılır. Bu prezumpsiya yalnız o hallarda rədd edilə bilər ki, ittihamın xarakteri, davamlılığı və bu cəzanın icrası üsullarına görə bu azadlıqdan məhrum etmə şəxs üçün hiss olunacaq dərəcədə əzabverici olmasın. Ancaq işin hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, hazırki işdə bu istisna halları mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda sadalanan 2-ci və 3-cü Engel meyarlarına-hüquq pozuntusunun xarakteri və mümkün və tətbiq oluna bilən cəzanın xarakteri və ağırlığı dərəcəsinə görə Avropa Konvensiyasının 6 və 7-ci maddələri, həmçinin həmin Konvensiyaya 7 saylı Protokolun 4-cü maddəsi baxımından Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi cinayət xarakterlidir və ona qarşı irəli sürülən cinayət ittihamı sayılmalıdır. Ona görə də Şəxs barəsində Avropa Konvensiyasının 6 və 7-ci maddələri, həmçinin Enqel və başqaları Niderlanda qarşı iş qərarda və yuxarıda sadalanan sair işlər üzrə qərarlarda müəyyən olunmuş meyarlar tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddələrinin analogiyası əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödəniliməsi və zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilmədir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsinə əsasən (İ və V hissələr) Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir; Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiasının əsas mətninə zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən (İ hissə) Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən (İİİ hissə) Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Qanuna görə «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikasının qanunları Konstitusiyaya, o cümlədən onun ayrılmaz hissəsi olan Konstitusiya qanunlarına zidd olduqda Azərbaycan Respublikası Konstitusiyasının, o cümlədən Konstitusiya qanunlarının müddəaları tətbiq olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddələri qanunun analogiyası üzrə tətbiq edilməklə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi və zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddələri qanunun analogiyası üzrə tətbiq edilməklə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi və zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-47/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-47/2021
03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver