Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-474/2025 09.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin (Balakən şəhəri, Rafiq Səmədov, küçəsi ev 16, mənzil 15, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X5nin baş əmək müfəttişi X9 tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 24 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X6 və X1 müraciətlərilə bağlı sorğu məktubları göndərilmiş, lakin Cəmiyyət tərəfindən İXM-nin 539.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının tələblərilə bağlı bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı məlumat və sənədlər təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndəsi üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etməmişdir. İXM-in 61.3-cü maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb onlara qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X6 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X2 ünvanlanan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, uzun illər bundan öncə “Caspian Leasing" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsinə əsasən işləmişdir. Sonradan həmin şirkətdə əmək münasibətini dayandırmışdır. Buna baxmayaraq hazırki tarixə qədər həmin şirkətdə əmək müqaviləsinin qüvvədə olması görünür və bu da hüquqlarını pozur. Şəxs hazırda fəaliyyətini dayandırmışdır. Bu səbəbdən onun Şəxs ilə olan əmək müqaviləsinə xitam verilməsini təmin etmələrini xahiş etmişdir. Hazırda işəgötürənin olmadığından əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş sistemə daxil edilməsi mükün deyildir. Göstərilənləri nəzərə alaraq onun “Caspian Leasing" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə olan əmək müqaviləsinə xitam verilməsini təmin etmələrini xahiş etmişdir. X7 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X2 ünvanlanan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, uzun illər bundan öncə “Caspian Leasing" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsinə əsasən işləmişdir. Sonradan həmin şirkətdə əmək münasibətini dayandırmışdır. Buna baxmayaraq hazırki tarixə qədər həmin şirkətdə əmək müqaviləsinin qüvvədə olması görünür və bu da hüquqlarını pozur. Şəxs hazırda fəaliyyətini dayandırmışdır. Bu səbəbdən onun Şəxs ilə olan əmək müqaviləsinə xitam verilməsini təmin etmələrini xahiş etmişdir. Hazırda işəgötürənin olmadığından əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş sistemə daxil edilməsi mükün deyildir. Göstərilənləri nəzərə alaraq onun “Caspian Leasing" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə olan əmək müqaviləsinə xitam verilməsini təmin etmələrini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X5 tərəfindən “Caspian Leasing" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan 25 noyabr 2025-ci il tarixli, 3-17-5/2-108839/2025 nömrəli məktubdan görünür ki, vətəndaş X3 əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsi barədə müraciətinə X10 Xidmətinin X5ndə baxılır. Qeyd edilənləri nəzərə alaraq vətəndaşın (Cəmil Məhərrəmov) əmək müqaviləsinə verilməməsinin səbəbləri (əgər xitam verilməsi mümkündürsə təsdiqedici sənədlər edilmləklə) barədə məlumatın 7 (yeddi) iş günü ərzində X10 Xidməti X2 təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan 25 noyabr 2025-ci il tarixli sorğunun göndərilməsinə dair elektron sistemdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5nin 25 noyabr 2025-ci il tarixli, 3-17-5/2-108839/2025 nömrəli məktubu hüquqi şəxsə çatdırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X5 tərəfindən “Caspian Leasing" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan 25 noyabr 2025-ci il tarixli, 3-17-5/2-108839/2025 nömrəli məktubdan görünür ki, X1 əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsi barədə müraciətinə X10 Xidmətinin X5ndə baxılır. Qeyd edilənləri nəzərə alaraq vətəndaşın (Cəmil Məhərrəmov) əmək müqaviləsinə verilməməsinin səbəbləri (əgər xitam verilməsi mümkündürsə təsdiqedici sənədlər edilmləklə) barədə məlumatın 7 (yeddi) iş günü ərzində X10 Xidməti X2 təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan 25 noyabr 2025-ci il tarixli sorğunun göndərilməsinə dair elektron sistemdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5nin 25 noyabr 2025-ci il tarixli, 3-17-5/2-108839/2025 nömrəli məktubu hüquqi şəxsə çatdırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X5 tərəfindən “Caspian Leasing" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan 17 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, X1 əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsi barədə müraciətinə X10 Xidmətinin X5ndə baxılır. Həmin müraciətin araşdırılması ilə əlaqədar olaraq onlara xx.xx.2025-ci tarixli 3-17-5/2-3-17-5/2- 108839/2025 nömrəli sorğu məktubu, göndərilmiş və müvafiq sənədlərinin təqdim olunması bildirilmişdir. Lakin, hal-hazırki tarixədək sənədlər təqdim olunmamışdır. Bu səbəbdən inzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etmələri məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 11:00-da X10 Xidmətinin X2 (Şəki şəhəri, M.F.Axundov prospekti 56 “a”, tel: (***-***-**-** və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platformas üzərindən) dəvət olunmuşlar. Həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədlərin müzakirə zamanı təqdim edilməsi tələb olunmuşdur. Onların və ya səlahiyyətli nümayəndələrinin iştirakını təmin etmələri və iş üzrə bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi - İnternet vergi idarəsindən əldə olunan xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, “Caspian Leasing" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti aktivdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. 15.5-ci maddəsinə əsasən əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Beləliklə, tədqiq edilmiş inzibati xəta haqqında protokol və materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, vətəndaş X6 və X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 şikayəti əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə 25 noyabr 2025-ci il tarixli, 3-17-5/2-108839/2025 nömrəli məktub göndərilərək, şikayətin araşdırılması məqsədi ilə lazımi sənədlərin 7 iş günü ərzində idarəyə təqdim edilməsi xahiş edilmişdir. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfindən səlahiyyətli orqanın tələblərilə bağlı İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı məlumat və sənədlər təqdim olunmamışdır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-474/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-474/2025
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver