Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-477/2024 06.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, xx.xx.1990-cı ildə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş, Gürcüstan vətəndaşı, evli, orta təhsilli, Gürcüstanın Bolnisi rayonunun Muşevani kəndində yaşayan Sarıev Rakhman barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Gürcüstan vətəndaşı Sarıev Rakhman xx.xx.2024-cü il tarixdə, təxminən saat 02:00 radələrində idarə etdiyi “RENAULT” markalı, Wİ751İW/AB150B dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonunun ön hissəsinin üst tərəfindəki dolabın içərisində 3 ədəd “VİCTORİA'S SECRET” yazılı bədən üçün sprey və losyon, avtomobilin kabinasında olan yatağın arxa hissəsindəki boşluqda 3 ədəd zəncirbəndli qutuda qablaşdırılmış-içərisində 1 böyük və 1 balaca olmaqla üzərində “VİCTORİA'S SECRET” yazılı çantalar, yataq hissəsinin altındakı alətlər qoymaq üçün nəzərdə tutulan boşluqda “VİCTORİA'S SECRET” yazılı 20 ədəd sprey, 21 ədəd losyon və hər qutunun içərisində 1 ədəd sprey və 1 ədəd losyon olmaqla 3 qutu, hər qutunun içərisində 1 ədəd losyon və 1 ədəd ətir olmaqla 10 qutu “VİCTORİA'S SECRET” yazılı kosmetik vasitələri, yük nəqliyyat vasitəsinin qoşqusunda gömrük rəsmiləşdirilməsi üçün daşınan “Ford Fusion” markalı minik nəqliyyat vasitəsində 4 qutu “VİCTORİA^S SECRET” yazılı losyon və ətirlər və həmin minik nəqliyyat vasitəsinin ön oturacağının altından 2 qutu-hər birinin içərisində 1 böyük və 1 balaca olmaqla “VİCTORİA'S SECRET” yazılı kosmetik vasitələr daşımaq üçün nəzərdə tutulan çantaları- az miqdarda- ümumilikdə 3895 manat dəyərində “VİCTORİA'S SECRET” yazılı kosmetik vasitələri Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin “Mazımqara” Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirtmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Sarıev Rakhman məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Sarıev Rakhmanın iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sarıev Rakhmanın yuxarıda qeyd edilən inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan Sarıev Rakhman Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.1990-cı il tarixdə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş və Gürcüstanın Bolnisi rayonu Musevani kəndində yaşayır. Uzun müddətdir ki, yük avtomobili idarə edir. Hazırda bibisi Sarıeva Asmara məxsus “RENAULT” markalı, Wİ751İW/AB150B yük nəqliyyat vasitəsini idarə edir və təyinat yerinə çatdırdığı yük müqabilində sürücü məvacibi alır. Əsasən Gürcüstandan Azərbaycana gömrük rəsmiləşdirilməsi aparılmalı olan nəqliyyat vasitələrini daşıyır. Sonuncu dəfə Marneuli səhərindən nəqliyyat vasitələri idarə etdiyi vük nəqliyyat vasitəsinə yüklənmiş və Azərbaycana gətirmək üçün yola düşmüşdür. 17 oktyabr 2024-cü il tarixində saat 02:00 radələrində “Mazımqara” gömrük postuna gəlib çatmış, posta daxil olmuş, əvvəlcə maşını tərəziyə sürmüşdür. Maşın çəkildikdən sonra avtomobili yük avtomobilləri üçün nəzərdə tutulmuş xəttdə saxlamış və sərhədçilər pasportunu qeydiyyata almışdır. Daha sonra isə avtomobilin və malın qeydiyyatının aparılması üçün sənədləri gömrük əməkdaşına təqdim etmiş, digər gömrük əməkdaşı yaxınlaşıb üzərində və maşınında gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olubolmadığını soruşmuşdur. O, nəqliyyat vasitəsində gömrük orqanlarına bəyan olunmalı hər hansı malın olmadığını bildirmişdir. Avtomobil bir müddət postda saxlandıqdan sonra yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsindən, həmçinin qoşqu hissəsində daşıdığı və müvafiq gömrük rəsmiləşdirilməsi üçün təyinat gömrük orqanına apardığı “Ford Fusion” markalı minik nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlətdiyi “VİCTORİA'S SECRET” markalı kosmetik vasitələr və çantalar aşkar edilmiş, protokollasdırılaraq götürülmüşdür. Gömrük nəzarətindən gizlədilən həmin kosmetik vasitələri Gürcüstanın Marneuli səhərində yerləşən bazar adlanan ərazidəki qadın mağazasından 680 lari, azərbaycan valyutası ilə 425 manat pul ödəyərək almış və ölkə ərazisinə qanunsuz şəkildə keçirməklə metro, avtovağzal kimi yerlərdə bu işlə məşğul olan şəxslərə satacaqdır. İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası Ticarət X1 “Azərekspertiza” Birliyinin 21 oktyabr 2024-cü il tarixli 05-Ş nömrəli ekspertiza aktından görünür ki, : təqdim edilmiş ümumilikdə 3 ədəd “VİCTORİA SECRET” yazılı bədən üçün sprey və losyon, 3 ədəd zəncirbəndli qutuda qablaşdırılmış içərisində 1 böyük və 1 balaca olmaqla, üzərində “VİCTORİA S SECRET” yazılı çantalar, “VİCTORİA'S SECRET” yazılı 20 ədəd sprey, 21 ədəd losyon və hər qutunun içərisində 1 ədəd sprev və 1 ədəd losyon olmaqla, 3 qutu, hər qutunun içərisində 1 ədəd losyon və 1 ədəd ətir olmaqla 10 qutu “VİCTORİA'S SECRET” yazılı kosmetik vasitələr, 4 qutu “VİCTORİA'S SECRET” yazılı losyon və ətirlər, 2 qutu hər birinin içərisində 1 böyük və 1 balaca olmaqla “VİCTORİA'S SECRET” yazılı kosmetik vasitələr daşımaq üçün nəzərdə tutulan çantaların xx.xx.2024cü il tarixə mövcud olan bazar qiyməti 3895 manatdır. Qeyd: Malların adı və sayı təqdim edilən sənədə əsasən götürülmüşdür. İş materiallarında olan sənədlərdən görünür ki, 3 ədəd “VİCTORİA SECRET” yazılı bədən üçün sprey və losyon, 3 ədəd zəncirbəndli qutuda qablaşdırılmış içərisində 1 böyük və 1 balaca olmaqla, üzərində “VİCTORİAS SECRET” yazılı çantalar, “VİCTORİA'S SECRET” yazılı 20 ədəd sprey, 21 ədəd losyon və hər qutunun içərisində 1 ədəd sprey və 1 ədəd losyon olmaqla, 3 qutu, hər qutunun içərisində 1 ədəd losyon və 1 ədəd ətir olmaqla 10 qutu “VİCTORİA'S SECRET” yazılı kosmetik vasitələr, 4 qutu “VİCTORİA'S SECRET” yazılı losyon və ətirlər, 2 qutu hər birinin içərisində 1 böyük və 1 balaca olmaqla “VİCTORİA'S SECRET” yazılı kosmetik vasitələr daşımaq üçün nəzərdə tutulan çantalar Balakən Gömrük İdarəsinin saxlanc anbarında saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Sarıev Rakhman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sarıev Rakhmanın şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Gürcüstan vətəndaşı Sarıev Rakhman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə təqsirli bilinsin, ondan aşkar olunaraq götürülmüş və Balakən Gömrük İdarəsinin saxlanc anbarında saxlanılan, 3895 manat dəyərində 3 ədəd “VİCTORİA SECRET” yazılı bədən üçün sprey və losyon, 3 ədəd zəncirbəndli qutuda qablaşdırılmış içərisində 1 böyük və 1 balaca olmaqla, üzərində “VİCTORİA'S SECRET” yazılı çantalar, “VİCTORİA'S SECRET” yazılı 20 ədəd sprey, 21 ədəd losyon və hər qutunun içərisində 1 ədəd sprey və 1 ədəd losyon olmaqla, 3 qutu, hər qutunun içərisində 1 ədəd losyon və 1 ədəd ətir olmaqla 10 qutu “VİCTORİA'S SECRET” yazılı kosmetik vasitələr, 4 qutu “VİCTORİA'S SECRET” yazılı losyon və ətirlər, 2 qutu hər birinin içərisində 1 böyük və 1 balaca olmaqla “VİCTORİA'S SECRET” yazılı kosmetik vasitələr daşımaq üçün nəzərdə tutulan çantalar dövlət nəfinə müsadirə edilsin; iş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-477/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-477/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver