Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-478/2023 02.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə Türkiyə Respublikası vətəndaşı, xx.xx.1969-cu il təvəllüdlü, Türkiyə Respublikasının Trabzon şəhərində anadan olmuş, Türkiyə Respublikası Trabzon şəhəri, Pelitli məhəlləsi, Atak küçəsi №1, mərtəbə 1, ev 3 ünvanında qeydiyyatda olan və yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 480-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: xx.xx.2023-cü il tarixdə, təxminən saat 00.45 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postuna daxil olan Şəxs idarə etdiyi «Mersedes- Benz» markalı,61ACC769/61BV055 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə “Mazımqara” gömrük postunun idxal nəzarət xəttinə daxil olub, maşını talvarın altında saxladıqdan sonra, onunla şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmış, Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində və avtomobildə qanunla qadağan olunmuş heç bir predmetin olmadığını bildirmiş, daha sonra gömrük əməkdaşları tərəfindən avtomobilə keçirilən gömrük yoxlaması zamanı kabinada, yataq yerinin baş üzərindəki gecə işığının arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 10 qutu (1 blok) «Marlboro» markalı və 60 qutu (6 blok) «LARK» markalı siqaret aşkar olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, lakin o, məhkəməyə ərizə ilə müraciət edərək, hazırki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi X2 göstərimşdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 00.45 radələrində Şəxs avtomobilinə keçirilən gömrük yoxlaması zamanı kabinada, yataq yerinin baş üzərindəki gecə işığının arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 10 qutu (1 blok) «Marlboro» markalı və 60 qutu (6 blok) «LARK» markalı siqaret aşkar olunmuşdur. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsilə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil müdafiə etdiyi Şəxs barəsində qanuni və ədalətli qərarın çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan «Mazımqara» gömrük postunun rəisi X3 Gömrük İdarəsinin rəisi Elçin Rüstəmova yazdığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 00.45 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postuna daxil olan Şəxs idarə etdiyi «Mersedes- Benz» markalı,61ACC769/61BV055 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə ilə “Mazımqara” gömrük postunun idxal nəzarət xəttinə daxil olub, maşını talvarın altında saxladıqdan sonra, onunla şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmış, Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində və avtomobildə qanunla qadağan olunmuş heç bir predmetin olmadığını bildirmiş, daha sonra gömrük əməkdaşları tərəfindən avtomobilə keçirilən gömrük yoxlaması zamanı kabinada, yataq yerinin baş üzərindəki gecə işığının arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 10 qutu (1 blok) «Marlboro» markalı və 60 qutu (6 blok) «LARK» markalı siqaret aşkar olunmuşdur. Aşkar olunmuş hüquqpozma predmetləri protokol tərtib olunaraq götürülmüşdür. xx.xx.2023-cü il tarixdə, təxminən saat 00.45 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postuna daxil olan Şəxs idarə etdiyi «Mersedes- Benz» markalı,61ACC769/61BV055 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə ilə “Mazımqara” gömrük postunun idxal nəzarət xəttinə daxil olub, maşını talvarın altında saxladıqdan sonra, onunla şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılması, Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində və avtomobildə qanunla qadağan olunmuş heç bir predmetin olmadığını bildirməsi, daha sonra gömrük əməkdaşları tərəfindən avtomobilə keçirilən gömrük yoxlaması zamanı kabinada, yataq yerinin baş üzərindəki gecə işığının arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 10 qutu (1 blok) «Marlboro» markalı və 60 qutu (6 blok) «LARK» markalı siqaretin aşkar olunması xx.xx.2023-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlaması haqqında protokolla, xx.xx.2023-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokolla, məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7472 nömrəli rəyi ilə, 19 oktyabr 2023-ci il tarixli, 11000-00224/23 №-li inzibati xəta haqqında protokolla və digər iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan 26.09. 2023-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğusual edilməsi haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında xx.xx.2023-cü il tarixində saat 00.45 radələrində idarə etdiyi avtomaşınla Gürcüstandan «Mazımqara» gömrük postuna daxil olduqda idarə ediyi «Mersedes-Benz» makalı nəqliyyat vasitəsinin kabinasında, yataq yerinin baş üzərindəki gecə işığının arxasındakı boşluqda gömrük nəzarətindən gizlədilmiş 10 qutu (1 blok) «Marlboro» markalı və 60 qutu (6 blok) «LARK» markalı siqaretin aşkar olunduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06.10. 2023ci il tarixli, 9/7472 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunəyə (şəkil 1) əsasən aksiz markası olmayan 02 adda siqaretlərin xx.xx.2023-cü il tarixə olan ümumilikdə orta bazar qiyməti təxminən 490,00 manat müəyyən edilir (60 qutu «LARK» markalı siqaret 420 manat, 10 qutu «Marlboro gold» markalı siqaret 70 manat). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2023-ci il tarixli, 9/7472 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda,Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, Şəxs fiziki şəxs olduğu üçün iş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsində saxlanılan 10 (on) qutu «Marlboro gold» markalı və 60 (altmış) qutu «LARK» markalı siqaretlər müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçirilsin); iş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-478/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-478/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver