Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-479/2023 02.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu Süleyman Dadaşov küçəsi ev 6, mənzil 33 olan Şəxs (bundan sonra Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Balakən Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 20 oktyabr 2023-cü il tarixli, 00500-00341/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində **********7203 saylı gömrük bəyannaməsi ilə 12672,00 ABŞ dolları dəyərində 12672,00 kq «qurudulmuş xurma» yükü rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac olunmuş və ixrac olunan malın müqabilində 7702,72 ABŞ dolları məbləğində valyuta vəsaitinin mallar bəyan olunduğu tarixdən 180 gün ərzində şirkətin "xxxx" ASC-nin müvafiq hesabına köçürülməsi təmin edilməmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-ci maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, BALXURMA» MMC tərəfindən xx.xx.2023-cü il tarixində **********7203 saylı gömrük bəyannaməsi ilə 12672,00 ABŞ dolları dəyərində 12672,00 kq «qurudulmuş xurma» yükü rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac olunmuş və ixrac olunan malın müqabilində 7702,72 ABŞ dolları məbləğində valyuta vəsaitinin mallar bəyan olunduğu tarixdən 180 gün ərzində şirkətin "xxxx" ASC-nin müvafiq hesabına köçürülməsi təmin edilməmişdir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində **********7203 saylı gömrük bəyannaməsi ilə 12672,00 ABŞ dolları dəyərində 12672,00 kq «qurudulmuş xurma» yükünün rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac olunması və ixrac olunan malın müqabilində 7702,72 ABŞ dolları məbləğində valyuta vəsaitinin mallar bəyan olunduğu tarixdən 180 gün ərzində şirkətin "xxxx" ASC-nin müvafiq hesabına köçürülməsinin təmin edilməməsi iş materiallarında olan Balakən Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin rəisinin həmin idarənin rəisi Elçin Rüstəmova ünvanladığı xx.xx.2023-cü il tarixli raport, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi, Balakən Gömrük İdarəsinin Şəxs MMC-yə ünvanladığı 11 oktyabr 2023-cü il tarixli məktub, xx.xx.2023-cü il tarixli 00500-00341/23 nömrəli inzibati xəta haqqında protokol və sair sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə düzgün tövsif edilmişdir. İş materialları ilə müəyyən olunur ki, sözügedən mal kömrük orqanında bəyan olunmuş və xaricə göndərilmiş, lakin inzibati xətanın predmetini təşkil edən 7702,72 ABŞ dolları məbləğində vəsait qanunda nəzərdə tutulmuş 180 gün müddətində Azərbaycan Respublikasına daxil olmamışdır. Belə olan halda Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarında göstərilən müddət hazırki hala şamil edilir. Qanunvericiliyin tələbinə əsasən Şəxs MMC-nin göndərdiyi malın dəyərinə aid 7702,72 ABŞ dolları valyuta məbləği xarici təşkilat tərəfindən Azərbaycan Respublikasının müvəkkil bank hesabına köçürülməli idi ki, həmin vəsait də köçürülməmişdir. Bu vəsaitin köçürülməməsi Şəxs MMC-nin təqsiri nəticəsində baş vermişdir ki, bu faktoloji hal da İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinin tələbinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın-7702,72 ABŞ dolları dəyərinin otuz faizi- 2310,82 ABŞ dolları (7702,72 ABŞ dollarının 30 %-i=2310,82ABŞ dolları) məbləğində cərimə edilsin; həmin pul vəsaiti ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-479/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-479/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver