Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-480/2024 26.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2 və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxsn nümayəndəsi Nümayəndə1 Kamal oğlunun iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) 18 sentyabr 2024-cü il tarixində Türkiyə Respublikasının vətəndaşı Doğan Alinin idarə etdiyi “Mercedes Benz” markalı 27AHZ003/27APK546 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasında qeydiyyatda olan “X1 Gida Ta. X6,” Şirkətindən Azərbaycan Respublikasına idxal etdiyi və gömrük orqanına xx.xx.2024 tarixli MSF**********812 saylı invovsunda düzgün bəyan olunmamış az miqdarda-44126,8 manat dəyərində 420 ədəd üzərində “PANTENE PRO-V” 275 ml yazısı olan saç baxım kremi, 3360 ədəd üzərində “Gillette Blue3” yazısı olan təraş bıçağı, 1872 ədəd üzərində “Colgate" 50 ml üçlü etki yazılı diş məcunu, 600 ədəd üzərində “ABC” KREM 750 ml yazılan təmizləyici vasitələri,1200 ədəd üzərində “ABC" CAM TEMİZLEYİCİ 500 ml yazılı təmizləyici mayeləri,1200 ədəd üzərində “Sleepy” X4 yazılan nəm salfetləri, 350 ədəd üzərində “FİNİSH” POWERBALL ULTİMATE 15 TABLET yazılı qabyuyan tabletləri,360 ədəd üzərində “ELİDOR” BELİRGİN BUKLELER 265 ml yazılı saç baxım kremini, 450 ədəd üzərində “Yumoş” 1200 ml UZMAN AÇİK HAVA ETKİSİ az yuyucu vasitəni, 360 üzərində “Fınish” POWERBALL ULTİMATE PLUS 40 TABLET yazılı qabyuyan vasitələri, 664 ədəd üzərində “Fınish” POWERBALL ULTİMATE DERİN TEMİZLİK VE PARLAKLİK 85 TABLET yazılı qabyuvan tabletləri, 1200 ədəd üzərində “DOMESTOS” KÖPÜK GÜCÜ yazılı 450 ml təmizləyici vasitəni, 300 ədəd üzərində “Selpak” EXTRA KAĞİT HAVLU 8 yazılı salfetləri və 200 ədəd üzərində “Selpak” KAĞİT HAVLU 12 yazılı salfetləri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirtmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin həmin inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında göstərdi ki,18 sentyabr 2024-cü il tarixində Türkiyə Respublikasında qeydiyyatda olan “X1 Gida Ta. X6,” Şirkətindən Azərbaycan Respublikası ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-yə idxal olunan yükü gətirən Türkiyə Respublikasının vətəndaşı Doğan Alinin idarə etdiyi “Mercedes Benz” markalı 27AHZ003/27APK546 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda gömrük yoxlaması və onlara gömrük baxışı həyata keçirilərkən müəyyən olunmuşdur ki,Şəxs MMC yükün xx.xx.2024 tarixli MSF**********812 saylı invoysunda üzərində “PANTENE PRO-V” 275 ml yazısı olan saç baxım kremi 180 ədəd olduğu halda, faktiki olaraq 600 ədəd , üzərində “Gillette Blue3” yazısı olan təraş bıçağı 2400 ədəd olduğu halda, faktiki olaraq 5760 ədəd, üzərində “Colgate" 50 ml üçlü etki yazılı diş məcunu 1440 ədəd olduğu halda, faktiki olaraq 3312 ədəd, üzərində “ABC” KREM 750 ml yazılan təmizləyici vasitələr 600 ədəd olduğu halda, faktiki olaraq 1200 ədəd, üzərində “ABC" CAM TEMİZLEYİCİ 500 ml yazılı təmizləyici mayelər 1200 ədəd olduğu halda faktiki olaraq 2400 ədəd, üzərində “Sleepy” X5 yazılan nəm salfetlər 1200 ə d ə d olduğu halda, faktiki olaraq 2400 ədəd, üzərində “FİNİSH” POWERBALL ULTİMATE 15 TABLET yazılı qabyuyan tabletlər 350 ədəd olduğu halda faktiki olaraq 700 ədəd, üzərində “ELİDOR” BELİRGİN BUKLELER 265 ml yazılı saç baxım kremi 360 ədəd olduğu halda faktiki olaraq 720 ədəd, üzərində “Yumoş” 1200 ml UZMAN AÇİK HAVA ETKİSİ az yuyucu vasitə 450 ədəd olduğu halda,faktiki olaraq 900 ədəd,üzərində “Fınish” POWERBALL ULTİMATE PLUS 40 TABLET yazılı qabyuyan vasitələr 240 ədəd olduğu h a l d a , faktiki olaraq 600 ədəd, üzərində “Fınish” POWERBALL ULTİMATE DERİN TEMİZLİK VE PARLAKLİK 85 TABLET yazılı qabyuyan tabletlər 200 ədəd olduğu halda, faktiki olaraq 864 ədəd, üzərində “DOMESTOS” KÖPÜK GÜCÜ yazılı 450ml təmizləyici vasitə 600 ədəd olduğu halda, faktiki olaraq 1800 ədəd, üzərində “Selpak” EXTRA KAĞİT HAVLU 8 yazılı salfetlər 300 ədəd olduğu halda, faktiki olaraq 600 ədəd, üzərində “Selpak” KAĞİT HAVLU 12 yazılı salfetlər 200 ədəd olduğu halda, faktiki olaraq 400 ədəd aşkar edilmiş və bu barədə protokol tərtib olunmuşdur.Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. O, əlavə olaraq göstərdi ki, hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 Kamal oğlunun göstərdikləri həqiqəti əks etdirmir. Balakən Gömrük İdarəsi tərəfindən aşkar edilmiş və düzgün bəyan edilməmiş 44126,80 manat dəyərində malların dövlət rüsumu ödənməmiş, həmin mallar gömrük əməkdaşları tərəfindən aşkar olunana kimi heç bir yeni bəyannamə verilməmişdir. Hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır.Hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbehin tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 Kamal oğlu məhkəmə iclasında göstərdi ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Belə ki, müəssisə tərəfindən ilkin olaraq idxal olunan mallar barədə xx.xx.2024 tarixli MSF**********812 saylı invoysda malların sayı düzgün göstərilməsə də,sonradan müəssisənin rəhbəri Faiq Quliyev mallarının sayının düzgün göstərildiyi invoysu Bakı Gömrük İdarəsinə təqdim etmiş və həmin malların dövlət rüsumunu ödəmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, malların bir hissəsi Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda saxlanmışdır. Şəxs MMC barəsində inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan 18 oktyabr 2024-cü il tarixli nəqliyyat vasitəsindəki malların yoxlanılması haqqında protokoldan görünür ki, 18 sentyabr 2024-cü il tarixində Türkiyə Respublikasında qeydiyyatda olan “X1 Gida Ta. X6.” Şirkətindən Azərbaycan Respublikası ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC-yə idxal olunan yükü gətirən Türkiyə Respublikasının vətəndaşı Doğan Alinin idarə etdiyi “Mercedes Benz” markalı, 27AHZ003/17APK546 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilərkən yük müşayiət sənədlərində düzgün göstərilməyən və gömrük orqanına düzgün bəyan edilməyən mallar aşkar edilmişdir. Belə ki, yükün xx.xx.2024 tarixli MSF**********812 saylı invoysunda üzərində “PANTENE PRO-V” 275 ml yazısı olan saç baxım kremi 180 ədəd olduğu halda, faktiki olaraq 600 ədəd , üzərində “Gillette Blue3” yazısı olan təraş bıçağı 2400 ədəd olduğu halda, faktiki olaraq 5760 ədəd, üzərində “Colgate" 50 ml üçlü etki yazılı diş məcunu 1440 ədəd olduğu halda, faktiki olaraq 3312 ədəd, üzərində “ABC” KREM 750 ml yazılan təmizləyici vasitələr 600 ədəd olduğu halda, faktiki olaraq 1200 ədəd, üzərində “ABC" CAM TEMİZLEYİCİ 500 ml yazılı təmizləyici mayelər 1200 ədəd olduğu halda faktiki olaraq 2400 ədəd, üzərində “Sleepy” X5 yazılan nəm salfetlər 1200 ə d ə d olduğu halda, faktiki olaraq 2400 ədəd, üzərində “FİNİSH” POWERBALL ULTİMATE 15 TABLET yazılı qabyuyan tabletlər 350 ədəd olduğu halda faktiki olaraq 700 ədəd, üzərində “ELİDOR” BELİRGİN BUKLELER 265 ml yazılı saç baxım kremi 360 ədəd olduğu halda faktiki olaraq 720 ədəd, üzərində “Yumoş” 1200 ml UZMAN AÇİK HAVA ETKİSİ az yuyucu vasitə 450 ədəd olduğu halda, faktiki olaraq 900 ədəd, üzərində “Fınish” POWERBALL ULTİMATE PLUS 40 TABLET yazılı qabyuyan vasitələr 240 ədəd olduğu h a l d a , faktiki olaraq 600 ədəd, üzərində “Fınish” POWERBALL ULTİMATE DERİN TEMİZLİK VE PARLAKLİK 85 TABLET yazılı qabyuyan tabletlər 200 ədəd olduğu halda, faktiki olaraq 864 ədəd, üzərində “DOMESTOS” KÖPÜK GÜCÜ yazılı 450ml təmizləyici vasitə 600 ədəd olduğu halda, faktiki olaraq 1800 ədəd, üzərində “Selpak” EXTRA KAĞİT HAVLU 8 yazılı salfetlər 300 ədəd olduğu halda, faktiki olaraq 600 ədəd, üzərində “Selpak” KAĞİT HAVLU 12 yazılı salfetlər 200 ədəd olduğu halda, faktiki olaraq 400 ədəd aşkar olunmuşdur. Düzgün bəyan edilməmiş mallar protokol əsasında götürülmüş və həmin mallar “Mazımqara” gömrük postunun anbarında saxlanılır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/7868/2024 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 14 adda təmizlik və yuyucu vasitələrinin orta bazar qiymətinin ümumilikdə 44126,8 manat olduğu müəyyən olunmuşdur.Həmin əşyaların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 146.1-146.2-ci maddələrində göstərilmişdir ki, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsi, malların sayının düzgün göstərilmədiyi ilkin bəyannamə verildikdən sonra yenidən malların sayının düzgün göstərildiyi yeni bəyannamənin verilməsi, Gömrük postunda saxlanılan malların rüsumunun ödənməsi barədə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 Kamal oğlunun məhkəmə iclasında verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığından məhkəmə onun həmin ifadəsini sübut kimi qəbul etmir. Belə ki, hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Hüseynov X3 Gömrük idarəsinə verdiyi izahatında özü göstərmişdir ki, düzgün bəyan olunmayan mallar qarşı tərəfin, yəni Türkiyə Respublikasında qeydiyyatda olan “X2 Gida Tarım ve Sanavi Ticaret” şirkətinin təqsiri və diqqətsizliyi ucbatından baş vermişdir.Qarşı tərəfə gömrük orqanına ilkin invoys sənədində qeyd olunmuş saylarda mal sifariş vermişlər, lakin həmin şirkət tərəfindən 27AHZ003/17APK546 dövlət nömrə nişanlı yük avtomobilinə sifariş verdikləri saylardan əlavə olaraq mallar vurulmuşdur. Həmçinin inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 Kamal oğlunun göstərdikləri həqiqəti əks etdirmir. Balakən Gömrük İdarəsi tərəfindən aşkar edilmiş və düzgün bəyan edilməmiş 44126,80 manat dəyərində malların dövlət rüsumu ödənməmiş, həmin mallar gömrük əməkdaşları tərəfindən aşkar olunan kimi heç bir yeni bəyannamə verilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, hüquqi şəxs Şəxs MMC düzgün bəyan olunmamış malların Balakən Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkar olunduğunu bildikdən sonra məsuliyyətdən yayınmaq üçün yeni sənədlər təqdim etməyə çalışmışlar. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmiş xətanın xarakterini, hüquqi şəxsin təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin- 44126,80 manatın otuz faizi məbləğində-13238,04 manat (on üç min iki yüz otuz səkkiz manat dörd qəpik) cərimə olunsun. Hüquqi şəxs Şəxs MMC-nin idxal etdiyi, düzgün bəyan olunmamış, Balakən Gömrük İdarəsinin “Mazımqara” Gömrük postunun anbarında saxlanılan, 44126,80 manat dəyərində mallar gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra hüquqi şəxs Şəxs MMC-yə verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-480/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-480/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver