Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-481/2023 24.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X17 müdafiəçisi Vəkil və Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi-X19 iştirakları ilə, X17 Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X22 05 sentyabr 2023cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X6 rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X22 05 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X22 05 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X25 şikayətini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qullar kənd sakinidir. X2 Balakən rayonu Qullar kənd Hacı Nəsibov adına kolxozun 25 iyun 1994-cü il tarixli 3 nömrəli qərarı ilə maşınların təmiri üçün bina tikilməsi ilə bağlı Laqodexi Balakən yolunun kənarındakı boş yararsız sahədən 0.01 ha torpaq sahəsi ayrılmışdır. X4 1995-ci ildə həmin ərazidə 7x12 m ölçüdə bir mərtəbəli maşın təmiri üçün tikili inşa etmişdir. 2006-cı ildə həmin tikilinin bir hissəsini söküb yeni tikili inşa etmiş, 2021-ci ildə isə həmin tikilinin üstünü artıraraq tikintini tamamlamışdır. Həmin müddət ərzində heç bir dövlət orqanı tikilinin dayandırılması ilə bağlı onlara müraciət etməmişdir. 22 avqust 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətindən müfəttiş X15, Balakən rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri X26 həmin obyektə gələrək guya onun qanunsuz tikili inşa etdiyi barədə akt yazmışlar. O, bu barədə onlara qəti etiraz etdi və aktı imzalamaqdan imtina etdi. O, onlara bildirdi ki, obyekt bir neçə il əvvəl üstü örtülüb, yeni tikili deyil, həmin tikilidən hər kəsin məlumatı olub, tikilini atası tikib, həmin torpaq sahəsi də atasına kolxoz qərarı ilə verilib. 2023-cü ilin sentyabr ayının 12-də Balakən rayonu İcra Hakimiyyəti Başçısının Aparatından ona məktub daxil olmuşdur, həmin məktubda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3.11 və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları»na əsasən rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə aparılan monitorinq zamanı tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tikintiyə icazə verilməsinin ümumi qaydalarına riayət edilmədən tikinti işlərinin aparıldığı müəyyən edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1 maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 15:00-da inzibati xəta haqqında müvafiq işə baxılması nəzərdə tutulmuşdur. Qeyd edilən vaxtda işə baxılması ilə əlaqədar Balakən RİH-nin inzibati binasında olmağı xahiş edilir. 21 sentyabr 2023-cü il tarixdə isə ona Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X22 05 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı təqdim edilmiş, həmin qərarda göstərilmişdir ki, Balakən rayonu Qullar kəndinin Bakı-Gürcüstan yolunun solunda Dövlət mülkiyyətinə aid olan torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozmaqla sahibkarlıq obyekti inşa etmişdir. Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X22 05 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam əsassız və qanunsuzdur. Belə ki, inşa edilmiş tikili 2006-cı ildə inşa edilmiş, 2021-ci ildə inşası başa çatdırılmışdır, onu inşa edən şəxs X4dur. Qeyd edilənləri nəzərə alaraq Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X22 05 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X17 müdafiəçisi Vəkil şikayəti müdafiə edərək, ona uyğun izahat vermis, əlavə olaraq həmin tikintinin Kamran Sultanovun atası Elxan Sultanov tərəfindən inşa edildiyini, tikintinin 2006cı ildə inşa edildiyini və X17 inzibati məsuliyyətə cəlb edilmə müddətinin keçdiyini bildirərək, şikayətin təmin edilməsini və X25 barəsində 05 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi-X7 Kamran Elxan oğlunun müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyekti inşa etdiyini, X20 istinad olunan İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın davam edən inzibati xəta olduğunu, qanunun tələbinə əsasən də davam edən inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmə müddətinin həmin xətanın aşkara çıxarıldığı gündən hesablandığını, ona görə də X17 inzibati məsuliyyətə cəlb etmə müddətinin keçmədiyini, Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X22 05 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 800 (səkkiz yüz) manat cərimə edildiyini, həmin qərarın tamamilə qanuni və əsaslı olduğunu göstərərək, şikayətin rədd edilməsini və Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X22 05 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 və X21 izahatlarında Balakən rayonu Qullar kəndində X17 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74,75-ci maddələrinin tələblərini pozmaqla tikinti işləri apardığını-iki mərtəbəli qeyri-yaşayış binası inşa etdiyini, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq Kamran Sultanovun obyektin inşasını davam etdirdiyini, Kamran Sultanovun sahibkarlıq obyekti tikintisinin aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərinin mövcud olmadığını bildirmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktda göstərilir ki, aşağıda imza edənlər 1.M.R.Əlisoltanov Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə RİH-də yaradılan nəzarət bölgüsünə əsasən Qullar İƏD üzrə rayon icra hakimiyyətinin məsul işçisi;2.İ.M.Əsəbəliyev RİH başçısının Qullar İƏD üzrə nümayəndəsi,3.X25- qanunsuz tikinti aparan şəxs tərtib edirlər həmin aktı ona görə ki, «Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq yuxarıda göstərilən tarixdə Qullar kəndində yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirdikdə aşağıdakılar müəyyən edildi:şəhər sakini X1 özünə məxsus sahədə qanunsuz tikinti işləri aparmışdır;sahibkarlıq 7X8, 5 m. hündürlükdə. X3 tikilinin zəruri sənədlərini hazırlayanadək tikinti işlərinin dayandırılması tövsiyə edilmiş, müvafiq əsas olmadan tikinti işlərinə başlaması barəsində məlumatların tikinti işlərinin dayandırıdlması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arixitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə göndəriləcyi ona bildirilmiş, qanunda nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri barədə xəbərdarlıq edilmişdir. Aktı M.R.Əlisoltanov İ.M.Əsəbəliyev və K.E.Sultanov imza etmişlər. Akta fotoşəkil əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akta əlavə olunmuş fotoşəkildə X25 tərəfindən inşa edilən sözügedən tikinti obyektinin başa çatdırılmadığı, tikintinin dam örtüyünün bağlanmadığı və orada tikinti işlərinin davam etdiyi görünür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktda göstərilir ki, aşağıda imza edənlər Balakən RİH-nin memarlıq və tikinti şöbəsinin müdiri T.Rəcəbov, Qullar kənd İƏD-nin nümayəndəsi İ.Əsəbəliyev, ƏMDK-nin Şəki ərazi şöbəsinin müfəttişi Q.İsmayılov, Balakən RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri M.Əlisoltanov, Balakən şəhəri sakini K.Sultanov yuxarıda göstərilən tarixdə Qullar kəndində Balakən şəhər sakini X25 dövlət mülkiyyətinə aid olan torpaq sahəsində dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq iki mərtəbəli qeyri-yaşayış obyekti inşa etmişdir. Sahibkarlıq obyektinin ölçüləri 7,7x12,0 m olmaqla heç bir hüquq müəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74,75-ci maddələrinin tələblərini pozmaqla tikinti işləri aparır. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri X18 tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 rayonu Qullar kəndinin Bakı-Gürcüstan yolunun solunda dövlət mülkiyyətinə aid torpaq sahəsində AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozaraq sahibkarlıq obyektini tikmişdir. Bununla da X25 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh törədilmişdir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X22 05 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarından görünür ki, 22 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolla X6 rayonu Qullar kəndinin Bakı-Gürcüstan yolunun solunda dövlət mülkiyyətinə aid torpaq sahəsində AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozaraq sahibkarlıq obyektini tikdiyi müəyyən olunmaqla X25 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək, 800 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti başçısı İslam Rzayev tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubova ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-36/2-01- 1393/2023 nömrəli məktubda göstərilir ki,Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11. və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə monitorinq keçirilmişdir. Monitorinq zamanı Balakən rayonu Qullar kəndi ərazisində X27 tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin, tikintiyə icazə verilməsinin ümumi qaydalarına riayət edilmədən qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində müəyyən edilmiş tikintiyə icazə verilməsinin ümumi qaydalarının tələblərinə əməl edilmədən tikinti işlərinin aparıldığı aşkar edilmiş qeyri-yaşayış obyektinin yerləşdiyi ərazi və tikinti işini aparmış şəxs barəsində məlumatları və Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış məktubun surətini qanunvericiliyə uyğun tədbir görülməsi üçün təqdim edilir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti başçısı İslam Rzayev tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X16 Agentliyinin rəisi Cəbrayıl Xanlarova ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-36/2-01-1392/2023 nömrəli məktubda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.11. və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarr’na əsasən rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə monitorinq keçirilmişdir. Monitorinq zamanı Balakən rayonu Qullar kəndi ərazisində X25 tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin, tikintiyə icazə verilməsinin ümumi qaydalarına riayət edilmədən qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində müəyyən edilmiş tikintiyə icazə verilməsinin ümumi qaydalarının tələblərinə əməl edilmədən tikinti işlərinin aparıldığı aşkar edilmiş qeyri-yaşayış obyektinin yerləşdiyi ərazi və tikinti işini aparmış şəxs barəsində məlumatlarları qanunvericiliyə uyğun tədbir görülməsi üçün təüdim edilir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti başçısı İslam Rzayev tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-36/2-01-1394/2023 nömrəli məktubda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11. və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə monitorinq keçirilmişdir.Monitorinq zamanı Balakən rayonu, Qullar kəndi ərazisində X27 tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin, tikintiyə icazə verilməsinin ümumi qaydalarına riayət edilmədən qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində müəyyən edilmiş tikintiyə icazə verilməsinin ümumi qaydalarının tələblərinə əməl edilmədən tikinti işlərinin aparıldığı aşkar edilmiş qeyri-yaşayış obyektinin yerləşdiyi ərazi və tikinti işini aparmış şəxs barəsində məlumatlarları və Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış məktubun surəti təqdim edilir. İş materiallarında olan Azərbaycan Respublikasi Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğin Nəzarəti Xidməti X24 Yanğin Nəzarəti İdarəsinin 03 avqust 2023-cü il tarixli məktubunda göstərilir ki, X13 Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli №313-İQ Qanununa əsasən Azərbaycan Respublikası Fövqəladə Haliar Nazirliyinin X37 Xidməti, ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismar dövründə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının icbar» sığortasının həyata keçirilməsinə X37ni həyata keçirən icra hakimiyyəti orqanı olaraq, insanların həyat və sağlamlığını, mülkiyyət növündən asılı olmayaraq əmlakın yanğından qorunması istiqamətində qanuna müvafiq qaydada tədbirlər görməkdədir. Nəzərə çatdırılır ki, Balakən rayonu. Qullar kəndində müvafiq icra hakimiyyəti orqanının yazılı icazəsi olmadan X20 məxsus qeyri-yaşayış obyektinin tikintisi aparılır. “X13 Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə zidd olaraq, tikinti məqsədilə ayrılmış torpaq sahəsi, eləcə də tikintinin layihə sənədləri yanğın təhlükəsizliyi baxımından Fövqeladə Hallar Nazirliyinin X37 Xidməti ilə razılaşdırılmamışdır. Qeyd edilənləri nəzərə alaraq sözügedən ünvanda qanunla nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı üzrə göstəriş verilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Respublika X41 Filiali tərəfindən verilmiş 14 oktyabr 2020-ci il tarixli 659 nömrəli Balakən rayonu Qullar kənd H.Nəsibov adına kolxozun 25 iyun 1994-cü il tarixli 3№li ümumi iclas protokolundan Çıxarışda göstərilir ki, ərizəsi nəzərə alınaraq Qullar kənd sakini X12 maşınların təmiri üçün bina tikilməsindən ötrü Laqodexi Balakən yolunun kənarındakı boş yarasız sahədən 0,01 ha torpaq sahəsi ayrılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X17 müdafiəçisi tərəfindən məhkəməyə tikinti obyektinin aerokosmik çəkilişləri təqdim olunmuş və müdafiəçi tərəfindən həmin tikilinin 01 avqust 2023-cü il tarixdən çox-çox əvvəl tikildiyni və X17 inzibati məsuliyyətə cəlb edilmə müddətinin keçdiyini bildirmişdir. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, X25 barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilməklə Balakən rayonu Qullar kəndinin Bakı-Gürcüstan yolunun solunda yerləşən torpaq sahəsində AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozaraq sahibkarlıq obyekti tikməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi istinad olunmaqla həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, həmin protokolun surəti X20 göndərilmiş, X25 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxılması üçün rəsmi bildirişlə Balakən RİH-nə dəvət edilmişdir. Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini X22 05 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 rayonu Qullar kəndinin Bakı-Gürcüstan yolunun solunda yerləşən torpaq sahəsində AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozaraq sahibkarlıq obyektini tikməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə-800 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. X17 şikayətdə qeyd etdiyi və onun müdafiəçisi tərəfindən məhkəmədə iclasında müdafiə olunduğu- onun tərəfindən inzibati xətanın törədilməməsi, həmin tikintinin atası Elxan Sultanov tərəfindən inşa olunması, onun yalnız həmin tikintinin bir hissəsini yenidən tikməsi və tikilinin 2006-cı il tarixdə inşa olunması, onun inzibati məsuliyyətə cəlb edilmə müddətinin keçməsi və onun haqqında əsassız olaraq inzibati tənbehin tətbiq edilməsi barədə əsaslar iş materialları ilə tam təkzib olunur və barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs və onun müdafiəçisi tərəfindən bu halları təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, sözügedən tikintinin Kamran Sultanovun atası Elxan Sultanov tərəfindən inşa edilməsi və onun bir hissəsinin Kamran Sultanov tərəfindən 2006-cı ildə inşa edilməsi işdəki heç bir mötəbər sübutla müəyyən olunmur və bu barədə də məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxsin müdafiəçisi tərəfindən məhkəmə təqdim olunmuş aerokosmik fotolarda həmin tikintinin Kamran Sultanovun atası Elxan Sultanov tərəfindən tikilməsi, həmçinin həmin tikilinin bir hissəsinin məhz 2006-cı ildə Kamran Sultanov tərəfindən inşa olunması müəyyən edilmir və sübut olunmur. Ona görə də həmin aerokosmik çəkilişlərin əks olunduğu fotolar şikayətdə göstərilən bu arqumentlərin əsaslı olması və təsdiqi üçün mötəbər sübut kimi qəbul olunmur. Digər tərəfdən işdə olan X17 iştirakı ilə tərtib olunmuş və imzası ilə təsdiq olunmuş 01 avqust 2023-cü il tarixli aktdan və həmin akta əlavə olunmuş fotoşəkildən də görünür ki, həmin 01 avqust 2023-cü il tarixdə X25 tərəfindən sözügedən tikintinin inşa olunduğu, həmin tikilinin hələ başa çatdırılmadığı, dam örtüyünün vurulmadığı və tikintinin davam etdirildiyi müəyyən olunmuş, Kamran Sultanovdan həmin tikintinin dayandırılması tələb olunmuş və Kamran Sultanov da aktı tərtib edən şəxslərlə birlikdə orada iştirak etmiş və həmin aktı imzalamış, bununla da həmin 01 avqust 2023-cü il tarixli aktda göstərilən məlumatları təsdiq etmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, Kamran Sultanov 01 avqust 2023-cü il tarixdə qanunsuz tikintinin dayandırılması barədə ona edilən xəbərdarlıqlara məhəl qoymamış, tikintini davam etdirmiş və işdə olan 22 avqust 2023-cü il tarixli aktla onun həmin tikintini başa çatdırdığı müəyyən olunaraq, İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsilə onun haqqında inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İşdəki sübutlardan görünür ki, X20 İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsilə istinad olunan inzibati xəta uzanan (davam edən) inzibati xəta olmaqla həmin xəta da 01 avqust 2023-cü il tarixdə aşkara çıxarılmışdır. Belə olan halda X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsilə həmin Məcəllənin 38.1-ci maddəsində müəyyən edilmiş 4 aylıq inzibati məsuliyyətə cəlb edilmə müddəti 01 avqust 2023-cü il tarixdən başlayır və 01 dekabr 2023-cü il tarixdə başa çatır. X25 isə 05 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə-800 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Belə olan halda birmənalı şəkildə müəyyən olunur ki, X17 İnzibati xətalar Məcəlləsinin 395.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Ona görə də X17 İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi və onun əsassız olaraq inzibati məsuliyyətə cəlb edilməsi haqqında şikayətdə göstərilən və müdafiə edilən arqumentlər tamamilə əsassızdır və məhkəmə tərəfindən qəbul olunmur. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmış, o, İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmış, X5 Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cərimə edilmişdir. İş materiallarına əsasən X25 barəsində Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X22 05 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də X17 şikayəti əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında… İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X17 verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, X25 barəsində Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini X22 05 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X17 şikayəti təmin edilməsin. X25 barəsində Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini X22 05 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-481/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-481/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver