Məhkəmə qərarları › İş №3(019)-481/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-481/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-481/2024 06.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1, zərərçəkmiş şəxs X1 nümayəndəsi Nümayəndə2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Balakən Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu ildə Rusiya Federasiyasının Volqoqrad şəhərində doğulmuş, orta təhsilli, subay, "xxxx" MMC-də müxbir işləyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olan və Balakən şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan- Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Borclu Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-646/2022 nömrəli icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Balakən Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(019)-509/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat inzibati cərimə olunduqdan sonra Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)- 646/2022 nömrəli icra sənədinə əsasən tələbkar X2 ödəməli olduğu 35946 manatdan 670 manat ödəniş etmiş, qalan borcu yenə də üzürsüz səbəbdən ödəməmiş, bununla da bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın təkrar törətmişdir. Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1 göstərdi ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-646/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs əsas borca görə 33000 manat, borc məbləğinin gecikdirilməsinə görə 2750 manat və ödənlmiş 200 manat dövlət rüsumu xərcinin 196 manatı, cəmi 35946 manat alınıb X1 xeyrinə ödənilməlidir. Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-646/2022 saylı icra sənədini icra etməmiş, həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(019)-509/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra Şəxs əmək haqqısından 670 manat pul tutulmuşdur. Şəxs qalan borcunu ödəməyə bilməyəcəyini bildirmişdir. Hazırda da Şəxs borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində inzibati tənbeh tətbiq ediməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-646/2022 saylı icra sənədinə əsasən ondan əsas borca görə 33000 manat, borc məbləğinin gecikdirilməsinə görə 2750 manat və ödənilmiş 200 manat dövlət rüsumu xərcinin 196 manatı, cəmi 35946 manat alınıb X1 xeyrinə ödənilməlidir. O, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)- 646/2022 saylı icra sənədini icra etməkdən və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən heç vaxt imtina etməmişdir. Maddi imkanı olmadığından və maddi vəziyyəti ağır olduğundan həmin icra sənədini tam icra edə bilməmişdir. Belə ki, Balakən şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də işləyir. Onun əmək haqqından 670 manat pul tutulmuşdur. Əmək haqqından başqa onun heç bir qazancı və ya gəliri yoxdur. Həmçinin banklarda əmanətləri, tələb yönəldilə biləcək daşınar və daşınmaz əşyaları yoxdur, sosial müavinət almır və sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Himayəsində xx.xx.2007-ci il tarixdə doğulmuş X3 adında bir yetkinlik yaşına çatmayan uşağı vardır. Aldığı həmin əmək haqqı hesabına uşağını da saxlayır. O, icra sənədi üzrə borcun onun əmək haqqına yönəldilməsinə və əmək haqqından hər ay pul tutulmasına razıdır və bu barədə icra məmuruna dəfələrlə bildirmişdir. Lakin tələbkarın hissə-hissə ödənişə razı olmadığı nəzərə alınaraq icra sənədi üzrə tələb onun əmək haqqına yönəldilməmişdir. Bu ilin dekabr ayında 2000 manat ödəniş edəcək, sonra isə çalışıb borcunu hissə-hissə tam ödəyəcəkdir. Barəsində yüngül inzibati tənbehin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X1 nümayəndəsi Nümayəndə2 göstərdi ki, Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-646/2022 saylı icra sənədinə əsasən 35946 manatı X1 xeyrinə ödəməlidir. Şəxs 35946 manat borcdan cəmi 670 manat ödəniş etmişdir. O, qalan pulun da ödənməsini tələb edir. Hazırda da Fatma Qoqayeva borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Pulun ödənməsi üçün Fatma Qoqayeva barəsində tədbir görülməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-646/2022 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs əsas borca görə 33000 manat, borc məbləğinin gecikdirilməsinə görə 2750 manat və ödənlmiş 200 manat dövlət rüsumu xərcinin 196 manatı, cəmi 35946 manat alınıb X1 xeyrinə ödənilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1 xx.xx.2023-cü il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-646/2022 saylı icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(019)-509/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X4 olmaqla Şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşaq vardır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə həmin Məcəllənin 528.1-1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normalarının tələbinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun borcunu ödəməməsini nəzərə alaraq onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallraından həmçinin görünür ki, Balakıən rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilən hüquqi yardımla bağlı 02 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Hesab edirəm ki, Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 12 manat tutulub Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1000 manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 12 manat tutulub Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar