Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-487/2023 13.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında xx.xx.2023-cü il tarixli, EQ15544353 saylı qərarı qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi göstərilməklə DİN Baş X6 İdarəsinin İnzibati təcrübə üzrə baş inspektoru X2 tərəfindən onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, onun KAMAZ 08BE998 dövlət qeydiyyat nişanlı avtomobili yoxdur. Balakən RPŞ-nin X6 Bölməsinə getmiş və orada müəyyən olunmuşdur ki, ümumiyyətlə dövlət reyestrində 08BE998 dövlət qeydiyyat nişanlı KAMAZ avtomobili mövcud deyildir. 08BE999 dövlət qeydiyyat nişanlı KAMAZ avtomobil mövcuddur. Ona məxsus olmayan və ümumiyyətlə mövcud olmayan KAMAZ markalı 08BE998 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 11.34-də Qəndov-Yalama yolunun 32-ci kilometrliyində olmamış, yolda müəyyən edilmiş hərəkət sürətini aşmamış, Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Ona qarşı səhvə yol verilmişdir. Bunu onunla izah edir ki, onun bir neçə il əvvəl VAZ 21099 markalı 08BE998 dövlət qeydiyyat nişanlı avtomobili olmuş və həmin avtomobili bir neçə il bundan əvvəl satmışdır. KAMAZ markalı 08BE999 dövlət qeydiyyat nişanlı avtomaşını da səhv olaraq sistemə KAMAZ markalı 08BE998 dövlət qeydiyyat nişanlı avtomaşın kimi vurmuş və onun bir neçə il bundan əvvəl belə nömrəli VAZ 21099 avtomaşını olduğuna görə inzibati xətanı əsassız olaraq ona istinad etmişlər. Bunu Balakən RPŞ-nin DYPB-də araşdırmış və məsələnin belə olduğu müəyyən edilmişdir. O, xx.xx.2023-cü il tarixdə İXM-nin 218.1-ci maddəsilə heç bir xəta törətməmişdir, həmin xətanın törədilməsi ehtimal olunsa da, həmin xətanın törədilməsində onun təqsiri yoxdur. Barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış DİN X6 İdarəsi İnzibati təcrübə üzrə baş inspektor X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış və yaxud belə vəsatət rədd edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə inzibati xəta haqqında iş üzrə icraat başlamış DİN X6 İdarəsi İnzibati təcrübə üzrə baş inspektor X1 iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EQ 15544353 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib 10 manat cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş «Elektron məhkəmə» portal məlumatından çıxarışdan görünür ki, Şəxs adında hər hansı avtonəqliyyat vasitəsi, o cümlədən KAMAZ markalı 08BE998 dövlət qeydiyyat nişanlı avtomobil yoxdur. İş materiallarından həmçinin görünür ki, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması əsası kimi onun xx.xx.2023-cü il tarixli EQ 15544353 saylı qərar üzrə xx.xx.2023-cü il tarixdə saat 11.34-də KAMAZ markalı 08BE998 dövlət qeydiyyat nişanlı avtomobillə Qəndov-Yalama yolunun 32-ci kilometrliyində yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmasına görə İXM-nin 328.1-ci maddəsilə təqsirli bilinərək 10 manat məbləində cərimə edilməsi və həmin cəriməni dəbbə pulu ilə birlikdə cəmi 16 manatı həmin qərar qanuni qüvvəyə mindikdən sonra 3 ay müddətində ödəməməsi təşkil etmişdir. Lakin işdəki sübutlarla göstərilən bu hal təsdiq olunmur. Belə ki, işdəki sübutlardan görünür ki, Şəxs Aydın oğlunun mülkiyyətində, sahiblik və istifadəsində hər hansı avtomobil, o cümlədən KAMAZ markalı 08BE998 dövlət qeydiyyat nişanlı avtomobil yoxdur. Eyni zamanda Şəxs Aydın oğlunun izahatı əsasında iş materialları ilə müəyyən olunur ki, KAMAZ markalı 08BE998 dövlət qeydiyyat nişanlı avtomobil mövcud deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahata görə KAMAZ markalı 08BE999 dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur ki, o da səhv olaraq sistemə KAMAZ markalı 08BE998 dövlət qeydiyyat nişanlı avtomobil kimi vurulmuş və onun bir neçə il əvvəl belə nömrəli VAZ 21099 avtomaşını olduğuna görə inzibati xətanı əsassız olaraq ona istinad etmişlər. Bunu Balakən RPŞ-nin DYPB-də araşdırmış və məsələnin belə olduğu müəyyən edilmişdir. İşdəki sübutlarla Şəxs xx.xx.2023-cü il tarixdə saat 11.34-də Qəndov-Yalama yolunun 32ci kilometrliyində KAMAZ markalı 08BE998 dövlət qeydiyyat nişanlı avtomaşını idarə etməsi, həmin avtomaşınla yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşması və bununla da İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması müəyyən olunmur, eyni zamanda bu halların mövcudluğu əsaslı şübhələr yaradır. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən də bu əsaslı şübhələri aradan qaldıran və Şəxsl oğlunun xx.xx.2023-cü il tarixdə saat 11.34-də Qəndov-Yalama yolunun 32-ci kilometrliyində KAMAZ markalı 08BE998 dövlət qeydiyyat nişanlı avtomaşın idarə etməsi, həmin avtomaşınla yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşması və bununla da İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini, bunun əsasında cərimə olunub həmin cəriməni və dəbbə pulunu ödəməli olması və cəriməni və dəbbə pulunu ödəməməsi əsası ilə İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını təsiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamış, bu barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirli olmasına münasibətdə yaranan əsaslı şübhələr aradan qaldırılmamışdır. Halbuki qanuna görə bu vəzifə inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsin və ya orqanın üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Ona görə də qanunvericiliyin tələbinə əsasən Şəxsl oğlunun xx.xx.2023-cü il tarixdə saat 11.34-də Qəndov-Yalama yolunun 32-ci kilometrliyində KAMAZ markalı 08BE998 dövlət qeydiyyat nişanlı avtomaşını idarə etməsi, həmin avtomaşınla yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşması və bununla da İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasına dair əsaslı şübhələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xeyrinə həll edir və onun İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmaması və əməlində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması qənaətinə gəlirəm. Bu da onun barəsində başlanmış hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105.1, 109.2, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-487/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-487/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver