Məhkəmə qərarları › İş №3(019)-49/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-49/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-49/2021 18.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, inzibati məsuliyyətə cəlb olunmuş X5 iştirakı ilə Balakən rayon Polis şöbəsinin sabiq rəisi, polis polkovnik-leytenantı X15 oğlunun xx xxxxxx 2021-ci il tarixli, MN-0640951 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Balakən rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, ədliyyə müşaviri Vüqar Orucov tərəfindən verilmiş protestə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Balakən rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, ədliyyə müşaviri Vüqar Orucov Balakən rayon Polis şöbəsinin sabiq rəisi, polis polkovnik-leytenantı X15 oğlunun xx xxxxxx 2021-ci il tarixli, MN-0640951 nömrəli inzibati tənbeh verilmə haqqında qərarından Balakən Rayon Məhkəməsinə protest verərək Balakən rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovnikleytenantı X6 X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli , MN-0640951 nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, Balakən rayonu Qazma kənd sakini X5 xx.xx.2021ci il tarixdə Balakən rayon prokurorluğuna şikayəti daxil olmuşdur.Məmməd Eminovun şikayəti əsasında toplanmış materialla müəyyən edilmişdir ki, X1 ərazisində yolun kənarında yerləşən evindən maskasız çıxsa da, bir qədər hərəkət etdikdən sonra maskasını taxmış, hətta şəkillərdən də görünür ki, sonuncu çox keçməmiş tibbi maskadan istifadə etmiş və ətrafda heç kəs olmamışdır. Amma İTB-nin sahə rəisi tərəfindən X5 evin darvazasından maskasız çıxsa da, onun qoruyucu maskadan insanların sıx toplaşdığı yerdə istifadə edib-etməməsini göstərən kifayət qədər hallar araşdırılmaqla həqiqətən onun tibbi qoruyucu maskadan istifadə etməməsinin Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2020-ci ıl tarixli, 451 nömrəli qərarının tələblərinin pozulması ilə nəticələnməsi arasında səbəbli əlaqənin olub-olmamasına düzgün hüquqi qiymət verilməmiş və sonuncunun həqiqətən İXM-nin 211.2-ci maddəsinin tələblərini pozub-pozmaması aydınlaşdırılmadan Qazma kəndi ərazisində tibbi maskadan istifadə etməmə əsası ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Çünki Nazirlər Kabinetinin adı çəkilən qərarında göstərilmişdir ki, Azərbayca Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. X2 Qazma kəndi ərazisində açıq havada tək olması və ətrafda insanların olmaması toplanmış materiallarda öz təsdiqini tapmışdır. Bu da onu göstərir ki, qeyd olunan yer ictimai yer hesab olunmur. Bununla bərabər Elnur Göylərov izahatında X5 maska taxmadığını və cərimə olunduğunu bildirmişdir. Lakin İXM-nin 75-ci maddəsinin məzmunundan aydın olur ki, inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsini təsdiq edən sübut növüdür. X16 maska taxmadığına görə cərimə olunduğunu bildirməsi polis əməkdaşının vətəndaşa hüquq və vəzifələrini izah etmədiyini, onun müdafiəçinin yardımından istifadə edib-etməməsini aydınlaşdırmadığını göstərir və inzibati xəta törədən şəxsdə artıq onun barəsində tərtib edilən protokolla onun təqsirinin sübuta yetirildiyi təəsüratı yaradır. Nəticədə inzibati xəta törədən şəxs inzibati məsuliyyətə cəlb olunduğu qənaətinə gəlmiş, bununla da, vətəndaşın hüquq və vəzifələrinin izah olunmaması onun konstitusion hüquqlarının, yəni protokola baxılmasında onun iştirak hüququnun olmaması, onun barəsində tərtib edilmiş protokola münasibəti, şikayət etmək və s. hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki inzibati xəta törədən şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Qeyd edilən qərar olmadıqda şəxs təqsirsiz sayılır. O cümlədən, İXM-nin 8.3-cii maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsırsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Bununla bərabər, İXM-nin 100-cü maddəsinə görə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə təqdim edilməlidir. Lakin İTB-nin əməkdaşı Məmməd Eminova protokolu tərtib etdikdən dərhal sonra təqdim etməli olduğu halda, protokolun 1-ci səhifəsini təqdim etsə də, digər səhifəsini təqdim etməmişdir(hətta qeyd olunan müddəalar inzibati xəta haqqında protokolda ayrıca bənd kimi nəzərdə tutulmuşdur).O cümlədən, inzibati xəta haqqında iş üzrə icraat zamanı Məmməd Eminovun, eləcə də, şahidlərin olub-olmaması müəyyən edilərək onların izahatları da alınmamışdır. Bununla yanaşı, barəsində icraat aparılan şəxsin iştirakı olmadan o halda inzibati xəta haqqında iş üzrə icraata baxıla bilər ki, İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduğu halda sonuncu iştirak etməsin.Ancaq barəsində icraat aparılan şəxsə işə baxılmasının yeri və müddəti bildirilməmişdir.Qeyd olunan xiisusat barəsində icraat aparılan şəxsin İXM-də nəzərdə tutulan hüquqlarının məhdudlaşdırılmasına səbəb olur ki, bununla da, barəsində icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə icraatın baxılmasında iştirak etməli olduğu halda iştirak edə bilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan onun barəsində inzibati xəta haqqında işə baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərar ona 2 gün müddətində təqdim edilməmiş və şikayət vermək hüququ, qaydası və müddəti izah edilməmiş, bununla da, barəsində icraat aparılan şəxsin Konstitusiyanın 57-ci maddəsində nəzərdə tutulan müraciət etmək hüququ pozulmuşdur. Beləliklə, X5 İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilmədən və inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası Konstitusiyası, İXM və Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 451 nömrəli qərarının tələblərinə əməl olunmadan aparılmaqla, həmçinin onun konstitusion hüquq və azadlıqları məhdudlaşdırılmaqla sonuncu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Balakən RPŞ-nin sabiq rəisi, polis polkovnik-leytenantı X6 X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş X7 məhkəmə iclasında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Balakən rayonu Qazma kəndində yerləşən evinin qapısının önündə olarkən polis əməkdaşı maşından düşərək ona yaxınlaşmış və “adını de, protokol yazıram” demişdir. Bu zaman etirazını bildirərək öncə özünü təqdim etməsini və protokolu hansı əsasla yazması barədə məlumat verməsini tələb etmişdir. Bundan sonra özünü Elnur Göylərov kimi təqdim edən Balakən RPŞ-nin əməkdaşı onun fotoşəklini çəkdiyini və qoruyucu tibbi maskadan istifadə etmədiyinə görə 100 manat cərimə olunduğunu bildirmişdir. Polis əməkdaşına maskadan istifadə etdiyini qeyd etdikdə Polis əməkdaşı ona şəkli göstərmiş və şəkildə də onun maskanı taxarkən çəkilməsi aydın görünmüşdür. Onun foto şəklinin çəkilməsindən xəbəri olmamışdır, həmin vaxt evinin qapısından yeni çıxmış, maskası əlində olmuş və polis əməkdaşı ona yaxınlaşarkən artıq maskasını taxmışdır. Eyni zamanda, polis əməkdaşı polisə məxsus xidməti avtomobildə deyil, mülki avtomobildə olduğundan bunu əvvəlcədən müəyyən etmə və ehtimal vermə imkanı olmamışdır. Lakin buna baxmayaraq polis əməkdaşı ona barəsində tərtib olunmuş protokolu təqdim etdikdən sonra hüquq və vəzifələrini izah etmədən 100 manat cərimə olunduğunu bildirərək çıxıb getmişdir. Daha sonra ona təqdim olunan həmin protokolla tanış olarkən inzibati xəta haqqında protokolda cərimə olunmağı barədə heç bir məlumatın olmadığı, sadəcə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinin qeyd olunduğu, ümumiyyətlə, sözügedən protokoldan hara və necə şikayət mexanizminin nəzərdə tutulması, tərtib olunmuş protokolla bağlı onun hüquq və vəzifələri barədə hər hansı məlumatın göstərilmədiyini görmüşdür. Bundan sonra Balakən rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Balakən rayon polis şöbəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu hüquqlarının pozulması ilə tərtib olunmuşdur, qanunsuz və əsassızdır.Odur ki, protestin təmin edilməsini xahiş etdi. Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi və Balakən rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, ədliyyə müşaviri Vüqar Orucov məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Balakən Rayon Polis Şöbəsinin nümayəndəsinin və Balakən rayon prokurorunun nümayəndəsinin iştirakı olmadan hazırki şikayətə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. İşdə olan xx.xx.2021-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, X11 oğlu xx.xx.2021-ci il tarixdə saat 16:43-də Qazma kəndi ərazisində xüsusi qoruyucu tibbi maskadan istifadə etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X9 xx.xx.2021-ci il tarixdə saat 16:43-də Qazma kəndi ərazisində xüsusi qoruyucu tibbi maskadan istifadə etməmişdir. O,bu əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 (bir yüz) manat cərimə olundu. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin sahə rəisi Elnur Göylərov tərəfindən X5 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat məbləğində cərimə edilməsi barədə xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və İXM-nin 53-cü maddəsinə əsasən X5 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində isə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, X1 ərazisində yolun kənarında yerləşən evindən maskasız çıxmış, bir qədər hərəkət etdikdən sonra əlində tutduğu maskanı taxmış, həmin vaxt ətrafda heç kim olmamışdır. Buna baxmayaraq Balakən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Elnur Göylərov tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, xx.xx.2021-ci il tarixdə saat 16:43-də Qazma kəndi ərazisində xüsusi qoruyucu tibbi maskadan istifadə etməmişdir . Həmin protokol əsasında Məmməd Eminov xx.xx.2021-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir Balakən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi tərəfindən X5 evin darvazasından maskasız çıxsa da, onun qoruyucu maskadan insanların sıx toplaşdığı yerdə istifadə edibetməməsini göstərən kifayət qədər hallar araşdırılmaqla həqiqətən onun tibbi qoruyucu maskadan istifadə etməməsinin Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2020-ci ıl tarixli, 451 nömrəli qərarının tələblərinin pozulması ilə nəticələnməsi arasında səbəbli əlaqənin olubolmamasına düzgün hüquqi qiymət verilməmiş və sonuncunun həqiqətən İXM-nin 211.2-ci maddəsinin tələblərini pozub-pozmaması aydınlaşdırılmadan Qazma kəndi ərazisində tibbi maskadan istifadə etməmə əsası ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, Nazirlər Kabinetinin adı çəkilən qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. X2 Qazma kəndi ərazisində açıq havada tək olması və ətrafda insanların olmaması toplanmış materiallarda öz təsdiqini tapmışdır. Bu da onu göstərir ki, qeyd olunan yer ictimai yer hesab olunmur. Bununla bərabər, İXM-nin 100-cü maddəsinə görə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə təqdim edilməlidir. Lakin İTB-nin əməkdaşı Məmməd Eminova protokolu tərtib etdikdən dərhal sonra təqdim etməli olduğu halda, protokolun 1-ci səhifəsini təqdim etsə də, digər səhifəsini təqdim etməmişdir (hətta qeyd olunan müddəalar inzibati xəta haqqında protokolda ayrıca bənd kimi nəzərdə tutulmuşdur). O cümlədən, inzibati xəta haqqında iş üzrə icraat zamanı Məmməd Eminovun, eləcə də, şahidlərin olub-olmaması müəyyən edilərək onların izahatları da alınmamışdır. Bununla yanaşı, İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində icraat aparılan şəxsin iştirakı olmadan o halda inzibati xəta haqqında iş üzrə icraata baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduğu halda sonuncu iştirak etməsin. Ancaq barəsində icraat aparılan şəxsə işə baxılmasının yeri və müddəti bildirilməmişdir.Nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan onun barəsində inzibati xata haqqında işə baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərar ona 2 gün müddətində təqdim edilməmiş və şikayət vermək hüququ, qaydası və müddəti izah edilməmiş, bununla da, barəsində icraat aparılan şəxsin Konstitusiyanın 57-ci maddəsində nəzərdə tutulan müraciət etmək hüququ pozulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Eminov Məmməd Dərdayıl oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkibi yoxdur. Ona görə də sözügedən xx xxxxxx 2021-ci il tarixli qərar ləğv olunmalı və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, Balakən rayon prokuroru vəzifəsini müvəqqəti icra edən , ədliyyə müşaviri Vüqar Orucovun protesti əsaslı olduğundan təmin edilməli, X5 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat məbləğində cərimə edilməsi barədə Balakən rayon Polis şöbəsinin sabiq rəisi, polis polkovnik-leytenantı X6 xx xxxxxx 2021-ci il tarixli, MN-0640951 xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Balakən rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, ədliyyə müşaviri Vüqar Orucovun protesti təmin edilsin. Balakən rayonu Qazma kənd sakini X5 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat məbləğində cərimə edilməsi barədə Balakən rayon Polis şöbəsinin sabiq rəisi, polis polkovnik-leytenantı X6 xx xxxxxx 2021-ci il tarixli, MN-0640951 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar