Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-49/2022 01.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Masallı rayonunun Boradigah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Masallı rayonu Boradigah kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Vüqar oğlu 31.01.2022-ci il tarixdə saat 09:30 radələrində Balakən rayonu İcra Hakimiyyəti Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Zərərçəkmiş şəxs ucadan nalayiq sözlərlə təhqir etməklə ictimai qaydanı pozmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis kapitanı Samir Çeerçiyevin raportu əsasında inzibati xəta haqqında işin araşdırılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri alınmış və Masallı rayonu Boradigah kəndində yaşayan xx.xx.1996-cı il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, o, Masallı rayonunun Boradigah kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 31.01.2022-ci il tarixdə saat təxminən 10 radələrində qohumu Şahid2 ilə birlikdə psixiatriya xəstəxanasında müalicə alan qohumları Türanəni qeydiyyatdan çıxarmaq məqsədi ilə Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə getmişdirlər. Onlar icra nümayəndəliyində olarkən icra nümayəndəsi Zərərçəkmiş şəxs onlara Türanəni qeydiyyatdan çıxarmağın mümkün olmadığını və arayışı verə bilməyəcəyini demişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs ondan polis şöbəsinə şikayət edəcəyini bildirdikdə Rasim onun qolundan tutaraq onu çölə çıxartmaq istəmişdir. Bu zaman onlar arasında mübahisə olmuşdur. O, Zərərçəkmiş şəxs söyməmiş və onu təhqir etməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Balakən rayonunu Hənifə kəndində ailə üzvlərilə birlikdə yaşayır. Balakən Rayon İcra Hakimiyyəti Başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. 31.01.2022-ci il tarixdə saat 09:30 radələrində iş yerində olarkən kənd sakini olan Şahid2 ilə tanımadığı bir nəfər şəxs onun iş yerinə gəlmiş, Azadə baldızı Türanəni qeydiyyatdan çıxartmasını tələb etmişdir. Həmin vaxt o, Türanənin qeydiyyatdan çıxarılmasının mümkün olmadığını bildirmişdir. Bu zaman Azadənin yanında olan şəxs onun ünvanına təhqiredici sözlər işlətmiş və iş rejimini pozmuşdur. Bundan sonra o, Şahid2 yanında olan həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən rayonunun Talalar kəndində yaşayır, Balakən Rayon İcra Hakimiyyəti Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib işləyir. 31.01.2022-ci il tarixdə o iş yerində olarkən Hənifə kənd sakini Şahid2 və bir nəfər tanımadığı şəxs onların iş yerinə gəlmişlər.Onlar icra nümayəndəsi Zərərçəkmiş şəxs Türanənin qeydiyyatdan çıxması üçün arayış iştəmişlər. Zərərçəkmiş şəxs Türanəni qeydiyyatdan çıxarda bilməməsini onlara demişdir. Bu zaman Azadənin yanında olan şəxs uca səslə Zərərçəkmiş şəxs şəxsiyyətini alçaldıcı ifadələr işlətmiş və onların iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Musənnif qızı göstərdi ki, 31.01.2022-ci il tarixdə qohumu Türanənin qeydiyyatdan çıxarılması məqsədi ilə Balakən rayonu Hənifə kənd inzibati ərazi dairəsinə getmiş və Zərərçəkmiş şəxs Türanənin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Türanənin qeydiyyatdan çıxarılmasının mümkün olmayacağını bildirmişdir. Həmin vaxt onunla birlikdə olan Şəxs Zərərçəkmiş şəxs öz iradını bildirmiş, bu səbəbdən onlar arasında mübahisə olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 31 yanvar 2022-ci il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 31.01.2022-ci il saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs 31.01.2022-ci il saat 18:00-dan inzibati qaydada tutulub saxlandığından bu müddət inzibati həbs müddətinə daxil edilməklə inzibati həbs müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,05 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 31 yanvar 2022-ci il saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-49/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-49/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver