Məhkəmə qərarları › İş №3(019)-495/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-495/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-495/2024 02.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs 06 oktyabr 2024-cü il tarixində Türkiyə Respublikasında qeydiyyatda olan "xxxx" Şirkətindən idxal etdiyi az miqdarda-21600 manat dəyərində 36 qutu ( 864 ədəd) “LEDVANSE” markalı lampaları Türkiyə Respublikasının vətəndaşı Demir Salehin idarə etdiyi “İVEKO” markalı 34GEM071/34DYR193 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirtmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixində, saat 23:56 radələrində Gürcüstan istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan və Türkiyə Respublikasında qeydiyyatda olan "xxxx" Şirkətindən Azərbaycan Respublikası ünvan 3 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs şirkətinə idxal olunan yükü gətirən Türkiyə Respublikasının vətəndaşı Demir Salihin idarə etdiyi “İVECO” markalı, 34GEM071/34DYR193 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı yüklərin içərisindən mal-müşayiət sənədlərində qeyd olunmayan “LEDVANCE” markalı 36 qutu (864 ədəd) lampa aşkar olunmuşdur. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib olunmuş protokol əsaslıdır. Hüquqi şəxs Şəxs MMC barəsində cərimə tənbehinin tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmişdir.Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxsn nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan, hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş idarəsində verdiyi izahatında bildirmişdir ki, o, 09 yanvar 1970-ci il tarixdə Bakı şəhərində doğulmuş və ünvan 5 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 6 ünvanında yaşayır. 2013-cü ildən hüquqi şəxs - Şəxsndə işə başlamışdır. Hazırda həmin şirkətdə direktor müavini vəzifəsində çalışır.Cəmiyyətin direktoru X1r. Nümayəndəsi olduğu şirkətin əsas fəaliyyət istiqaməti elektrik mallarının idxalından (lampa, turniket, şlaqbaum, səsgücləndirici və s.) ibarətdir.Bu məqsədlə əsasən İtaliya, Polşa və Türkiyə Respublikaları, Almaniya Federativ Respublikası, Çin Xalq Respublikasından elektrik mallarını idxal edirlər və Türkiyə Respublikasından lampa yüklərini “Ledvance Aydınlatma Ticaret A.Ş." və “Osram Texnoloji” adlı şirkətlərdən satın alırlar. Qeyd olunan lampaların gömrük nəzarətinə bəyan olunmaması ilə bağlı öncədən bu barədə hər hansı bir məlumatları olmamışdır.Şirkət olaraq qarşı tərəfdən 7271 qutu lampa yükünü sifariş vermiş, lakin sifariş verdikləri mal gömrük orqanı tərəfindən saxlanıldıqdan və ya yoxlama zamanı yükdə sifariş verdikləri maldan artıq lampa yükünün olduğu müəyyən edildikdən sonra bu barədə daşıyıcı şirkət tərəfindən, həmçinin Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsi tərəfindən telefon zəngi edilən zaman məlumatları olmuşdur. Məsələ ilə əlaqədar dərhal qarşı tərəf ilə əlaqə saxlanılmış, yükün artıq göndərilməsinin səbəbi barədə soruşmuşlar. Onlara qarşı tərəfdən bildirmişlər ki, artıq olan yük həmin şirkət tərəfindən səhvən göndərilmişdir. İşdə olan 07 oktyabr 2024-cü il tarixli yoxlama və götürmə haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində, saat 23:56 radələrində Gürcüstan istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan və Türkiyə Respublikasında qeydiyyatda olan "xxxx" Şirkətindən Azərbaycan Respublikası ünvan 3 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs şirkətinə idxal olunan yükü gətirən Türkiyə Respublikasının vətəndaşı Demir Salihin idarə etdiyi “İVECO” markalı, 34GEM071/34DYR193 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı yüklərin içərisindən mal-müşayiət sənədlərində qeyd olunmayan “LEDVANCE” markalı 36 qutu (864 ədəd) lampa aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən 25 oktyabr 2024-cü il tarixdə verilmiş 06-Ş nömrəli Ekspertiza aktından görünür ki, “LEDVANCE” markalı lampa (hər qutuda 24 ədəd olmaqla ) ümumilikdə 864 ədəd lampanın cəmi dəyəri 21600 manat təşkil edir. Malların adı və sayı təqdim edilən sənədə əsasən götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə isə İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin müsadirəsi, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmiş xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bəyan edilməmiş və düzgün bəyan edilməmiş malların həcmini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, ondan aşkar olunaraq götürülmüş və Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda saxlanılan, 21600 manat dəyərində,36 qutu (864 ədəd) “LEDVANCE” markalı lampalar müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar