Məhkəmə qərarları › İş №3(019)-496/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-496/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-496/2024 26.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Talalar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-726/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 31 avqust 2020-ci il tarixdən başlayaraq xx.xx.2006-cı ildə anadan olmuş X4 və xx.xx.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimenti iddiaçı X2 ödəməlidir. O alimenti ödəməmiş, onun 1000 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi,zərərçəkmiş şəxsin ifadəsi, icra məmurunun ifadəsi və iş materiallarında olan sənədlərlə aşagıdakı qaydada tam təsdiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə göstərdi ki, Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-726/2020 nömrəli 08.12. 2020-ci il tarixli icra sənədinə əsasən 31 avqust 2020-ci il tarixdən başlayaraq xx.xx.2006-cı ildə anadan olmuş X4 və xx.xx.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimenti iddiaçı X2 ödəməlidir. Şəxs alimenti ödəməmiş, hazırda onun 1000 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Hazırda da o aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-726/2020 nömrəli 08.12. 2020-ci il tarixli icra sənədinə əsasən 31 avqust 2020-ci il tarixdən başlayaraq xx.xx.2006-cı ildə anadan olmuş X4 və xx.xx.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 ödəməlidir. X8 yetkinlik yaşına çatmışdır. O, hər ay bir uşağın saxlanması üçün aliment ödəyir. O, alimenti bütünlüklə ödəmək istəyir. Anası bunun üçün 3000 manat kredit götürmüşdür. Ümumi məbləğdən 470 manat əskikdir. Sünbül İsmayılova həmin məbləği də tələb edir, o isə həmin 470 manatı ödəyə bilmir. Sünbül İsmayılova ümumi alimentin bağlanmasına razı olmadığından o, da 1000 manatı ödəmir, bundan sonra da alimenti ödəməyəcəkdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-726/2020 nömrəli 08.12. 2020-ci il tarixli icra sənədinə əsasən 31 avqust 2020-ci il tarixdən başlayaraq xx.xx.2006-cı ildə anadan olmuş X4 və xx.xx.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimenti ona ödəməlidir. Xaqani Cəyiyev alimenti ödəməmiş, hazırda onun 1000 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Hazırda da o aliment borcunu ödəmir. O, Şəxs şikayətçidir, onun barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-726/2020 nömrəli 08 dekabr 2020-ci il tarixli icra sənədinə əsasən 31 avqust 2020-ci il tarixdən başlayaraq xx.xx.2006-cı ildə anadan olmuş X4 və xx.xx.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 ödənməlidir. İşdə olan sənədlərdən görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-726/2020 nömrəli 08 dekabr 2020-ci il tarixli icra sənədi 14 dekabr 2020-ci ildə Balakən Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu Şəxs dərhal könüllü icra təklif olunmuş, bu barədə ona bildiriş göndərilmiş, 03 may 2024-cü il tarixdə ona xəbərdarlıq göndərilmiş, lakin aliment borcu ödənməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 26 noyabr 2024-cü il tarixdən saat 16:05-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar