Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-499/2023 04.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: “X6” MMC (VÖEN:**********) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsini elektron formada tərtib edib göndərmədən xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olan “X6” MMC-nin ünvanına Gürcüstandan 95007688, 95010484, 95007811 və 95013389 nömrləi dəmiryolu nəqliyyat vasitəsi ilə daxil olmuş “cecələr və tullantılar ” yükünü Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının ərazisinə gətrilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X6” MMC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə “X6” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi şəxs “X6” MMC-nin həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olunur. İşdə olan Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəisi, gömrük xidməti polkovniki Musa Tağıyevin Sumqayıt Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovnikleytenantı Tariyel Alverdiyevə ünvanladığı xx.xx.2023-cü il tarixli raportda göstərilmişdir ki, “Məlumat üçün bildiririk ki, ünvan 4 ünvanında qeydiyyatda olan “X6” MMC-in ünvanına (VÖEN:**********) Gürcüstandan 95007688, 95010484, 95007811, 95013389 nömrə nişanlı nəqliyyat vasitələri ilə “soya yağının ekstraksiyası nəticəsində alınan “cecələr və tullantılar” yükü ölkə ərazisinə daxil olmuş və **********4403 nömrəli gömrük bəyənnaməsi ilə bəyan edilmişdir. Rəsmiləşdirmə zamanı mallar gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyənnaməsinin təqdim edilmədiyi tərəfimizdən aşkar edilmişdir.Yuxarıda göstərilənləri nəzərə alaraq, müvafiq araşdırma aparılması üçün göstəriş verməyinizi Sizdən xahiş edirik”. İşdə olan Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında 30 oktyabr 2023-cü il tarixli protokoldan göstərilmişdir ki, “Mən, Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2 icraatımda olan xx.xx.2023-cü il tarixli 3-33-/3- 1-004754/2023 nömrəli raportun araşdırma zərurəti ilə əlaqədar bu protokolu tərtib edirəm ondan ötrü ki,ünvan 5 ünvanında qeydiyyatda olan "X5” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli, **********4403 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsinin verilibverilməməsini müəyyən etməkdən ötrü “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirdim. Baxış zamanı müəyyən olundu ki, Sumqayıt Gömrük İdarəsində təqdim edilən xx.xx.2023-cü il tarixli, **********4403 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş “cecələr və tullantılar” yükü Gürcüstan Respublikasından 22 oktyabr 2023cü il tarixdə,saat 21:34-21:48 radələrində 95007688, 95010484, 95007811 və 95013389 nömrəli dəmiryolu nəqliyyat vasitəsilə Tovuz İdarəsinin “Böyük Kəsik” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin yükə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Protokol tərəfimdən tərtib edilmişdir, düzgündür, düzəlişlər aparılmadı”. İşdə olan “X6” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərilmişdir ki,Sumqayıt Gömrük İdarəsində təqdim edilən xx.xx.2023-cü il **********4403 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş “cecələr və tullantılar" yükü Gürcüstan Respublikasından 22 oktyabr 2023cü il tarixdə 95007688, 95010484, 95007811 və 95013389 nömrəli dəmiryolu nəqliyyat vasitəsilə Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, " ixracatçı şirkət onlara sənədləri vaxtında göndərmədiyi üçün yükə aid qısa idxal bəyannaməsini verə bilməmişlər.Bununla belə törədilən əməlin hüquqpozma faktı olduğunu bilirlər və cəriməni ödəməyə hazırdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs "X5" MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün min manat məbləğində, hüquqi şəxslər üçün min beş yüz manat məbləğində cərimə tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "X5" MMC-nin (VÖEN: **********) hüquqi şəxs olmasını, törədilmiş xətanın xarakterini nəzərə alaraq onun barəsində cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs "X5" MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-499/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-499/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver