Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-499/2024 27.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1978-ci ildə Balakən rayonunun Katex kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1ində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Nəbiyev X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-272/2021 nömrəli icra sənədi üzrə yaranmış 6280 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən imtina etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə göstərdi ki, Nəbiyev X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-272/2021 nömrəli icra sənədinə əsasən ərizənin verildiyi 12 yanvar 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə doğulmuş X7 və xx.xx.2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimenti tələbkar X2 ödəməlidir. Şəxs alimenti ödəməmiş, hazırda onun 6280 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış,əksinə çağırışlara gəlməmişdir. 08 iyul 2024-cü il tarixdə borclunun axtarışı barədə qərar qəbul edilmiş və icra edilməsi üçün rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu polis əməkdaşları tərəfindən rayon icra və probasiya şöbəsinə gətirilmişdir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-272/2021 nömrəli icra sənədinə əsasən ərizənin verildiyi 12 yanvar 2021-ci il tarixdən başlayaraq X4 ilə birgə nikahlarından xx.xx.2008-ci ildə doğulmuş X7 və xx.xx.2010-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimenti tələbkar X2 ödəməlidir. İş yeri və maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilməmişdir.Qısa müddətdə aliment borcunu ödəyəcəkdir.Hazırda aliment borcunu ödəyə bilmir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərdi ki, Nəbiyev X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-272/2021 nömrəli icra sənədinə əsasən 12 yanvar 2021-ci il tarixdən başlayaraq birgə nikahlarından xx.xx.2008-ci ildə doğulmuş X7 və xx.xx.2010-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimenti ona ödəməlidir. Şəxs alimenti ödəməmiş, hazırda onun 6280 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış, əksinə qaçıb gizlənmişdir. O, alimentinin ödənməsini istəyir. Şəxs şikayətçidir. Alimenti ödənmədiyi halda Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-272/2021 nömrəli icra sənədindən görünür ki, Şəxs ərizənin verildiyi 12 yanvar 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə doğulmuş X7 və xx.xx.2010-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimenti tələbkar X2 ödəməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin 15 fevral 2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(019)-272/2021 nömrəli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs dərhal icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan 08 iyul 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, həmin qərarla borclu xx.xx.1978-ci il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili –X9 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası İXM-nin 65.1-65.1-1-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 12 manat tutulub vəkil X6 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-nin X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,12 (on iki) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 27 noyabr 2024-cü il tarixdən saat 13:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 12 manat tutulub vəkil X6 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X8 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-499/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-499/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver