Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-5/2023 05.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ İHakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X3 və barəsində inzibati xəta haqqında haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1972-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış,Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və yaşayan- Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 525-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs oğlu xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Balakən rayonu Hənifə kəndi ərazisində fərdi yaşayış evində pul müqabilində kart oynamaqla qumar oyununda iştirak etmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis kapitanı X6 tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19.00 radələrində o, tanışı Balakən şəhər sakini X5 ilə birlikdə rayon ərazisində yerləşən kafelərin birində yemək yemişlər. Saat təxminən 22.00 radələrində onlar masadan birlikdə qalxmış və Ramil tövsiyyə etmişdir ki, tanışı Balakən rayonu Hənifə kənd sakini X7gilin evinə gedərək, orada nərd, kart oynasınlar ki, gecə keçsin. Bundan sonra saat təxminən 23 radələrində onlar Kamilgilin evlərinə çatmışlar. Burada görmüşdür ki, Kamilgildə onun bir nəfər qonağı da var. O, Balakən rayonu Hənifə kənd sakini X2 idi. Onlar birlikdə oturub çay içmiş, söhbət etmiş və bundan sonra qərara gəlmişlər ki, 20 qəpik puldan kart (poker) oynasınlar və beləcə Kamilin evində qonaq otağında yerləşən masada pul ilə poker oynamağa başlamışlar. Qumarın ümumi pul məbləği 130.30 manat olmuşdur. Saat təxminən 01 radələrində polis əməkdaşları tərəfindən qumar oynamaları aşkar edilmiş və barələrində qanunamüvafiq tədbir görülməsi üçün onları rayon Polis Şöbəsinə dəvət etmişlər. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X6, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 525-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs oğlunun İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs oğlu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İşdə olan, şahid X1 Balakən RPŞ-nə verdiyi izahatında göstərilmişdir ki, 2012-ci ildən etibarən DİO-da, 2021 -cin ildən isə Balakən RPŞ-nin İTB-də sahə polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 01 radələrində o,Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Rəşad Şeşdirovla birlikdə Balakən rayonu Hənifə kəndi ərazisində xidmətdə olduğu zaman Hənifə kənd sakini Kamil Rəcəbovun fərdi yaşayış evində qumar oynanılmasını aşkar etmiş və bundan sonra qanunamüvafiq formada oraya yaxınlaşmışlar. Burada məlum olmuşdur ki, pul müqabində kart oynayan şəxslər Balakən rayonu Hənifə kənd sakinləri Kamil Rəcəbov, Rafiq Hətəmov, Balakən şəhər sakini Ramil Saramanov və Balakən rayonu Mahamalar kənd sakini Şəxsdur. Bundan sonra həmin şəxsləri barələrində qanunamüvafiq tədbir görülməsi üçün rayon Polis Şöbəsinə dəvət etmiş və raportla şöbə rəhbərliyinə müraciət etmişlər. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(019)-443/2022 saylı qərarından görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsintin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və Balakən Rayon Polis Şöbəsində saxlanılan oyun ləvazimatı, qumara qoyulmuş 130.30 manat pul dövlət nəfinə müsadirə edilməklə 3000 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, şəxsiyyətini xarakterizə edən halları, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin hesab edirəm ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(019)-443/2022 saylı qərarı ilə Balakən Rayon Polis Şöbəsində saxlanılan o cümlədən Şəxs oynadığı qumar oyununun ləvazimatı (kartlar) və qumara qoyulmuş 130.30 manat pul vəsaitinin müsadirə olunması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 113-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(019)-443/2022 saylı qərarı ilə Balakən Rayon Polis Şöbəsində saxlanılan o cümlədən Şəxs oynadığı qumar oyununun ləvazimatı (kartlar) və qumara qoyulmuş 130.30 manat pul vəsaitinin müsadirə olunması nəzərə alınsın. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-5/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-5/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver