Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-505/2023 27.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon prokurorunun nümayəndəsi- Balakən rayon prokurorunun köməkçisi Nümayəndə* və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsidirektoru Nümayəndə2 Sayad oğlunun iştirakları ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsi ilə Balakən rayon prokurorluğu tərəfindən icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon prokurorunun 02 mart 2023-cü il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin *92.*-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin iş baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərarda göstərilir ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətini təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs-hüquqi şəxsin direktoru Nümayəndə2 Sayad oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-3, 2-3.3, 2.4 və 49-cu maddələrinin tələblərini pozaraq həmin müəssisədə 28.07.202*-ci il tarixdən 02 mart 2023-cü il tarixədək xadimə işləmiş X7 ilə əmək müqaviləsi bağlamalı olduğu halda, həmin vəzifənin icra edilməsi üçün onunla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onu xadimə vəzifəsinin,yəni MMC-nin fəaliyyət göstərdiyi ərazinin təmizlik işlərinin yerinə yetirilməsinə cəlb etmiş,bununla da hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilən xüsusat X6, X3, X4 və Nümayəndə2 Sayad oğlunun izahatları ilə təsdiq edilir. Belə ki, X7 izahatında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək müqaviləsi bağlamadan 28.07.202*-ci il tarixdən hal-hazıradək xadimə olaraq hər gün səhər saatlarından nahar fasiləsinə qədər işlədiyini və əmək haqqı olaraq aylıq 200 manat məbləğində pul aldığını bildirmişdir. Nümayəndə2 Sayad oğlu izahatında göstərmişdir ki, Aynur Mənəfova 202*-ci ilin yay aylarında onun yanına gələrək xadimə kimi işə qəbul edilməsini xahiş etmiş, o, Aynur Mənəfovadan əmək müqaviləsinin bağlanması üçün vəsiqəsini istəmiş, lakin Aynur Mənəfova könüllü olaraq imtina edərək müqaviləyə ehtiyac olmadığını bildirmiş, o da sonuncu ilə razılaşmış, ona görə də həmin vaxtdan hal-hazıradək Aynur Mənəfova avtovağzalda xadimə olaraq işləmiş və aylıq 200 manat əmək haqqı almışdır. X*0 və X8 izahatlarında X4 izahatında göstərdiyi xüsusatları təsdiq etmişlər. X4 xadimə olaraq işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ünvanında yerləşdiyindən inzibati xəta Balakən rayonu ərazisində törədilmiş hesab olunur. Məhkəmə iclasında Balakən rayon prokurorunun nümayəndəsi-Balakən rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Nümayəndə* qərarı müdafiə edərək, qərarın məzmununa uyğun izahat verərək hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Sayad oğlu təmsil etdiyi hüquqi şəxsi Azərbaycan Respublikası İXM-nin *92.*-ci maddəsilə hüquqi şəxsi təqsirli bilməyərək, izahatında göstərmişdir ki, X7 ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada müqavilə bağlanmadığı əsası ilə İXM-in *92.*-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Balakən rayon prokurorunun 02 mart 2023-cü il tarixli qərarını əsassız hesab edir. Belə ki, Aynur Mənəfova 202* -ci ilin yay aylarında onun yanına gələrək xadimə kimi işə qəbul edilməsini xahiş etmiş, o, Aynur Mənəfovadan əmək müqaviləsinin bağlanması üçün vəsiqəsini istəmiş, lakin Aynur Mənəfova könüllü olaraq imtina edərək müqaviləyə ehtiyac olmadığını bildirmiş, o da sonuncu ilə razılaşmışdır.06.0*.2023-cü il tarixdə onlar arasında xidməti müqavilə bağlanmış,həmin vaxtdan Aynur Mənəfova günorta saatlarınadək müəssisənin həyətində təmizlik işləri aparmışdır. Aynur Mənəfovanın pulunu o, özü vəsaitindən vermişdir.Qeyd edilənlərin nəzərə alınmasını və maliyyə vəziyyəti onsuz da ağır olan müəssisə barəsində işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan X6 Balakən rayon prokurorluğuna verdiyi izahatında göstərilmişdir ki, o, 20*8-ci ildən hal-hazıradək Şəxs-də kassir vəzifəsində işləyir. Orada ondan başqa Təhminə Ömərova da kassir vəzifəsində,Eyvaz adlı şəxs dispetçer vəzifəsində, Aynur adlı qadın isə xadimə vəzifəsində işləyir. MMC-nin direktoru Nümayəndə2 olsa da, təsisçinin kim olduğunu bilmir. O, bir gün səhər saat 08:00-dan axşam *8:00-dək, yəni *0 saat işləyir. Növbəti gün isə saat *8:00-dan gecə 23:00- dək yəni 5 saat işləyir. Şənbə və bazar günləri də eyni qaydada işləyirlər. Onların istirahət günü və məzuniyyətləri yoxdur. Təhminə xanım da onunla eyni iş rejimində işləyir. Yəni onlar birbirlərini əvəz edirlər. Bir gün səhər növbəsində o olur, axşam növbəsində Təhminə, növbəti gün isə əksinə. O və Təhminə aylıq *20 manat əmək haqqını nağd qaydada alırlar. Onların kassir olaraq işləri avtovağzalda dayanan marşrutlar üzrə biletləri satıb pulunu kassaya mədaxil etməkdir. Nümayəndə2 əmək haqqlarını vaxtlı-vaxtında vermir. O, əmək haqqını tələb edən zaman Nümayəndə2 hələ pulunun olmadığını əsas gətirir. Aynur xanım hər gün səhər saat 09:00 -da işə gəlib ətrafı * saat ərzində təmizləyib saat *4:00-dək boş oturur. Saat *4:00-dan sonra isə işdən çıxıb gedir. Aynur xanımın ümumiyyətlə əmək müqaviləsi yoxdur. Buna baxmayaraq o, 200 manat əmək haqqı alır. Aynur pandemiya bitdikdən sonra avtovağzalda işləməyə başlamışdır. Təxminən 2 ildir ki, orada davamlı işləyir və hər gün işə çıxır. Onun özünün əmək müqaviləsi var. O, 20*8-ci ildə işə daxil olan zaman MMC ilə müqavilə bağlamışdır. Həmin vaxtdan əmək haqqısı *20 manat olmuşdur. Onun heç vaxt plastik kartı olmamışdır. Əmək haqqı alan zaman heç bir sənədə imza etmirlər. İş materiallarında olan X3 Balakən rayon prokurorluğuna verdiyi izahatında göstərilmişdir ki,o,2008-ci ildən hal-hazıradək Şəxs-də kassir vəzifəsində işləyir. Orada ondan başqa Naibə Sarıyeva da kassir vəzifəsində, Eyvaz adlı şəxs dispetçer vəzifəsində, Müslüm adlı şəxs mühasib, Aynur Manafova isə xadimə vəzifəsində işləyir. MMC-nin direktoru Nümayəndə2 olsa da, təsisçinin kim olduğunu bilmir. O, bir gün səhər saat 08:00-dan axşam *8:00-dək, yəni *0 saat işləyir. Növbəti gün isə saat *8:00-dan gecə 23:00-dək yəni 5 saat işləyir. Şənbə və bazar günləri də eyni qaydada işləyirlər. Onların istirahət günü və məzuniyyətləri yoxdur. Naibə xanım da onunla eyni iş rejimində işləyir. Yəni onlar bir-birlərini əvəz edirlər. Bir gün səhər növbəsində o olur, axşam növbəsində Naibə, növbəti gün isə əksinə. O və Naibə aylıq *20 manat əmək haqqını nağd qaydada alırlar. Onların kassir olaraq işləri avtovağzalda dayanan marşrutlar üzrə biletləri satıb pulunu kassaya mədaxil etməkdir. Nümayəndə2 əmək haqqlarını vaxtlı-vaxtında vermir. O, əmək haqqını tələb edən zaman Nümayəndə2 hələ pulunun olmadığını əsas gətirir. Aynur xanım hər gün səhər saat 09:00 -da işə gəlib ətrafı * saat ərzində təmizləyib saat *4:00dək boş oturur. Saat *4:00-dan sonra isə işdən çıxıb gedir. Aynur xanımın ümumiyyətlə əmək müqaviləsi yoxdur. Buna baxmayaraq o, 200 manat əmək haqqı alır. Aynur pandemiya bitdikdən sonra avtovağzalda işləməyə başlamışdır. Təxminən 2 ildir ki, orada davamlı işləyir və hər gün işə çıxır. Bundan başqa mühasib Müslüm də hər gün səhər saat 09:00-da işə gəlsə də, günorta *-dən sonra işdən çıxıb gedir. Müslüm təxminən *5 ildir ki, orada işləyir. Onun əmək müqaviləsinin olub-olmamasını bilmir. Onun neçə manat əmək haqqı aldığını bilmir. Onun əmək müqaviləsi var.O,2008-ci ildə işə daxil olan zaman MMC ilə müqavilə bağlamışdır. Həmin vaxtdan əmək haqqısı *20 manat olmuşdur. Onun heç vaxt plastik kartı olmamışdır. Əmək haqqı alan zaman heç bir sənədə imza etmirlər. İş materiallarında olan X4 Balakən rayon prokurorluğuna verdiyi izahatında göstərilmişdir ki, o, 202*-ci ilin iyul ayında işsiz olduğu üçün Şəxs-nin direktoru Nadir müəllimə onu xadimə kimi işə götürməsini xahiş etmişdir. O, onu işə götürməyə söz vermiş və ona 200 manat əmək haqqı verəcəyini bildirmişdir. O da onunla razılaşıb 28.07.202*-ci il tarixdən etibarən işləməyə başlamışdır. Lakin onunla əmək müqaviləsi bağlanmamışdır. O, özü də bunu tələb elməmişdir. Onun iş rejiminə görə hər gün səhər saat 08:30-dan *5:00-dək işdə olur. Yalnız şənbə və bazar günləri işə getmir. Digər bütün günlərdə qeyd etdiyi saatlarda işdə olur. Artıq * il 7 aya yaxındır ki, həmin yerdə xadimə vəzifəsində işləyir. O, hər gün saat 08:30 işdə olmaqla ətrafı təmizləyib səliqə-sahman yaradır. Çirkli yerləri silib təmizləyir. O, işini təxminən *-2 saat ərzində yekunlaşdırır və günorta saat *5:00-dək işdə olur. Əgər həmin müddət ərzində haranısa təmizlənməsinə ehtiyac yaranarsa onu da edir. 28.07.202*-ci il tarixdən hal-hazıradək davamlı olaraq həmin MMCdə xadimə işləyir. Hər ayın sonunda 200 manat maaşı Nadir müəllim özü ona təqdim edir. Əmək haqqını gec aldığı vaxtlar bir və ya iki dəfə olmuşdur. Bundan başqa Naibə Sarıyeva və Təhminə Ömərova həmin müəssisədə kassir vəzifəsində, Eyvaz adlı şəxs dispetçer, Müslüm adlı şəxs isə mühasib vəzifəsində işləyir. Onların əmək haqqının nə qədər olmasını və əmək haqlarını vaxtlı-vaxtında alıb-almalarını bilmir. Onun heç vaxt plastik kartı olmamışdır. Əmək haqqı alan zaman heç bir sənədə imza etmirlər. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən, 08 avqust 2006-cı il tarixli 0906-B2-224 nömrəli hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamədən və *3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 20.*2.20**-ci il tarixli ***30200292*6000 nömrəli Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti *8 saylı Ərazi İdarəsinin Texniki Pasportundan və RX seriyalı 056*2*5 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin olduğu qeyri-yaşayış binası Balakən şəhəri H.Əliyev prospektində yerləşir və həmin qeyri-yaşayış binasına X* mülkiyyət hüquqları 29.0*.20*5-ci il tarixdə 40*0**00*20*-0630* reyestr nömrəsi və 36*5000383 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Avtovağzalın (avtostansiyanın) 028 №-li Pasportundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı Balakən şəhəri Heydər Əliyev prospektidir və avtovağzal İİ kateqoriyalı avtovağzaldır. Avtovağzalın iş rejimi 06:00-dan 20:00-dəkdir. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin *92.*-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir,onun əməli Azərbaycan Respublikası İXM-nin *92.*-cı maddəsilə düzgün tövsif edilmişdir. Bu xüsusda məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Sayad oğlunun təmsil etdiyi hüquqi şəxsi Azərbaycan Respublikası İXM-nin *92.*-ci maddəsilə təqsirli bilməməsi, X7 ilə onların arasında Əmək Məcəlləsi ilə tənzimlənən əmək münasibətlərinin deyil, Mülki Məcəllə ilə tənzimlənən müqavilə münasibətlərinin yaranması və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş verimş hadisə ilə bağlı məsuliyyət daşımaması barədə məhkəmədəki izahatında bildirdiklərini əsassız sayır və mötəbər sübut kimi qəbul etmir. Belə ki, X4 202*-ci ilin iyul ayından həmin müəssisədə həyata keçirdliyi fəaliyyət Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsi ilə tənzimlənməli olan münasibətlərə aiddir və ona görə də onunla mütləq qaydada yazılı əmək müqaviləsi bağlanmalı və elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı idi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-ci hissəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.*. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2- 3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin *57-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin *0-cu, 77-ci, **2ci, *79-cu və *86-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəllləsinin 42-ci maddəsinin *-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məccəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, o cümlədən faktiki fəaliyyət göstərdiyi ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd; x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin * və 2-ci hissələrinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin *-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin *-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi və bu maddənin *-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən Şəxs Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən X7 ilə yazılı əmək müqaviləsi bağlanmalı olduğu halda, qanunvericiliyin bu tələbinə əməl olunmamış, əmək müqaviləsi bağlanmadan və həmin əmək müqaviləsi qanuni qüvvəyə minmədən həmin şəxs əmək müqaviləsi ilə tənzimlənməli olan müvafiq işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Şəxs Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsinin-direktorunun X7 ilə təmizlik işlərinin yerinə yetirilməsi üçün 06.0*.2022-ci il tarixli 0* nömrəli Mülki Məcəllə ilə tənzimlənən müqavilənin bağlanması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə bunu əsassız sayır və həmin müqaviləni də hüquqi şəxsin İXM-nin *92.*-ci maddəsilə təqsirli bilinməməsi nəticəsinə gəlinməsi üçün mötəbər sübut hesab etmir. Belə ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyətli Cəmiyyəti və onun direktoru tərəfindən X7 həmin müqavilə bağlanmasının göstərildiyi tarixdən 6 ay əvvəl-202*-ci ilin iyul ayından başlayaraq müvafiq əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bu hal bu xətanın aşkarlanmasına qədər davam etmişdir. Həmin 06.0*.2022-ci il tarixli 0* nömrəli müqavilədə heç müqavilənin vacib şərti olan X5 ödənilməli olan məbləğ və ödəniş forması, həmçinin onun yerinə yetirdiyi işin konkret nədən ibarət olması belə qeyd edilməmişdir ki, bu da həmin müqavilənin işin həqiqi faktoloji hallarını təsdiq etmədiyini göstərir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Məhdud Məsuliyətli Cəmiyyətinin əməlində həqiqətən də İXM-nin *92.*-ci maddəsinin tərkibi vardır və onun əməli İXM-nin *92.*-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin *-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin *92-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin *92.*-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İşdəki sübutları araşdırıb, işin hallarını və hüquq normalarının tələblərini nəzərə alaraq,hesab edirəm ki,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2*-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 3*.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin *8.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin *92.*-ci maddəsində nəzərdə tutulan aşağı həddə cərimə növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-5*, **2-**5 və *28-*30-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan *0(on) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-505/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-505/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver