Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-507/2023 24.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1978-ci ildə Türkiyə Respublikasının Kızıl Tepe ilçesində anadan olmuş, Türkiyə Respublikasının Kızıl Tepe ilçesi, Ersoy məhəlləsi, küçə 126, ev 30 ünvanında daimi pasport qeydiyyatında olan və yaşayan, U23865254 seriyalı, xx.xx.2020-ci il tarixində verilən pasportun sahibi- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: xx.xx.2023-cü il tarixində, təxminən saat 04.10 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan «RENAULT» markalı, 47ACD371/47ACD505 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmış, Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmiş, bundan sonra kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı qoşqudakı ərzaq üçün nəzərdə tutulmuş dolabdan 30 (otuz) qutu «X1» markalı siqaretlər və nəqliyyat vasitəsinin kabinasında yatağın üzərindəki rəfdən gömrük orqanına bəyan olumayan 10 (on) qutu «Hockey Blue» markalı siqaretlər aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Balakən Gömrük İdarəsi tərəfindən 13 noyabr 2023-cü il tarixli, 00500-00244/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. xx.xx.2023-cü il tarixində, təxminən saat 04.10 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan «RENAULT» markalı, 47ACD371/47ACD505 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyüyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılması, Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirməsi, bundan sonra kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinə gömrük yoxlamasının həyata keçirilməsi, yoxlama zamanı qoşqudakı ərzaq üçün nəzərdə tutulmuş dolabdan 30 (otuz) qutu «X1» markalı siqaretlərin və nəqliyyat vasitəsinin kabinasında yatağın üzərindəki rəfdən gömrük orqanına bəyan olumayan 10 (on) qutu «Hockey Blue» markalı siqaretlərin aşkar edilməsi və götürülməsi iş materiallarında olan «Mazımqara» gömrük postunun rəisinin Balakən Gömrük İdarəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli raport, nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokol və həmin yoxlamanın videogörüntüləri əks olunmuş 1 ədəd CD diski, barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında 04 oktyabr 2023-cü il tarixli protokol, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 oktyabr 2023-cü il tarixli 9/7830 nömrəli rəyi, 13 noyabr 2023-cü il tarixli 00500-00244/23 nömrəli inzibati xəta haqqında protokol və sair iş materialları ilə təsdiqini tapmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Taşkpan Hasanın əməli Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan «Mazımqara» gömrük postunun rəisinin Balakən Gömrük İdarəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli raportdan, nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və həmin yoxlamanın videogörüntüləri əks olunmuş 1 ədəd CD diskindən görünür ki, xx.xx.2023-cü il tarixində, təxminən saat 04.10 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan «RENAULT» markalı, 47ACD371/47ACD505 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmış, Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmiş, bundan sonra kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı qoşqudakı ərzaq üçün nəzərdə tutulmuş dolabdan 30 (otuz) qutu «X1» markalı siqaretlər və nəqliyyat vasitəsinin kabinasında yatağın üzərindəki rəfdən gömrük orqanına bəyan olumayan 10 (on) qutu «Hockey Blue» markalı siqaretlər aşkar edilmiş və protokol əsasında götürülmüşdür. İş materiallarında olan barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Şəxs yoxlaması zamanı idarə etdiyi «RENAULT» markalı, 47ACD371/47ACD505 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusundakı ərzaq üçün nəzərdə tutulmuş dolabdan 30 (otuz) qutu «X1» markalı siqaretlər və nəqliyyat vasitəsinin kabinasında yatağın üzərindəki rəfdən gömrük orqanına bəyan olumayan 10 (on) qutu «Hockey Blue» markalı siqaretlərin aşkar edilməsini, həmin siqaretlərin ona məxsus olmasını və onları özü istifadə etmək üçün gömrük nəzarətindən gizlətdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 oktyabr 2023-cü il tarixli 9/7830 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən tütün məmulatlarının təqdim edilmiş nümunə əsasında 04 oktyabr 2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 235,00 manat müəyyən edilir. O cümlədən:1.30 qutu üzərində AR-nın aksiz markası olmayan «X2» markalı ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatı-210,0 (30 qutu x 7 manat) manat; 2.10 qutu üzərində AR-nın aksiz markası olmayan «Hockey Blue» markalı tütün məmulatı-25,0 (10 qutu x 2,50 manat) manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 20 oktyabr 2023-cü il tarixli, 9/7830 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, Azərbaycan dilində sərbəst yazıb oxuya bilir. Bu səbəbdən də tərcüməçinin xidmətinə ehtiyacı yoxdur. Həmçinin idarə etdiyi «RENAULT» markalı, 47ACD505/47ACD371 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilmiş 30 qutu «X2» və 10 qutu «Hockey Blue» markalı siqaretlərin aşkar edilməsi faktı ilə aparılan araşdırma üzrə məhkəmə baxışında işə onun iştirakı olmadan baxılmasına etirazı yoxdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdəki sübutları araşdırıb, işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə 50 (əlli) manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş və Balakən Gömrük İdarəsində saxlanılan 3 blok (30 qutu) «X2» və 1 blok (10 qutu) «Hockey Blue» markalı siqaretlər müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlət mülkiyyətinə keçirilsin); iş üzrə 50 (əlli) manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-507/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-507/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver