Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-507/2024 11.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızı, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, məhkəmə M ü ə y y ə n e t d i: Hüquqi şəxs Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 00500-00986/24 saylı protokol tərtib edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə **********4855 saylı gömrük bəyannaməsi üzrə Qazaxıstan Respublikasına ixrac etdiyi ümumi dəyəri 11000 ABŞ dolları (18700 manat) məbləğində “kəsimlik atlar” yükünün müqabilində qaytarılmalı olan valyuta vəsaitinin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarında olan vergi ödəyicilərinin məlumatlarından çıxarışdan görünür ki, Şəxs MMC-nin (VÖEN: **********) hüquqi ünvanı ünvan 2ilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsi əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı ilə qərara alınmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Göstərilən xüsusatlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması hərəkətsizlik formasında törədilən inzibati xətadır və hüquqi şəxsin üzərinə düşən həmin öhdəliyi icra etməli olduğu yer onun hüquqi ünvanıdır. Odur ki, həmin inzibati xəta hüquqi şəxsin hüquqi ünvanında törədilmiş sayılır. Ona görə də inzibati materiallar aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 106 və 109.1.7-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-507/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-507/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver