Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-508/2023 17.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 3(019)-16/2014 nömrəli qərarına xitam verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs ərizə ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 3(019)-16/2014 nömrəli qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs ərizəsini onunla əsaslandırmışdır ki, o, yol hərəkət qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinini 155.6-cı maddəsi ilə barəsində AYP-652281 nömrəli elektron protokol yazılmış, lakin həmin protokol üzrə yazılmış cəriməni inzibati tənbeh etmə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də Zaqatala rayon Polis Şöbəsinin DYP bölməsi onun barəsində xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi ilə bağlı BYP-353445 nömrəli inzibati protokol tərtib edərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərmişdir. Ona görə də Balakən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 3(019)-16/2014 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Şəxs iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 3(019)-16/2014 nömrəli qərarın surətindən görünür ki,Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-2.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. İşdə olan bildirişdən görünür ki, Şəxs AYP-652281 nömrəli inzibati protokolun cəriməsini dəbbə pulu ilə birlikdə cəmi-80 (səksən) manat həddində olarkən tam ödəmişdir. Ərizənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs yol hərəkət qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xıətalar Məcəlləsinini 155.6-cı maddəsi ilə barəsində AYP-652281 nömrəli elektron protokol yazılmış, lakin həmin protokol üzrə yazılmış cəriməni inzibati tənbeh etmə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də Zaqatala rayon Polis Şöbəsinin DYP bölməsi onun barəsində xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi ilə bağlı inzibati protokol tərtib edərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərmişdir.Balakən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 3(019)-16/2014 nömrəli qərarı ilə o,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-2.2-ci maddəsi ilə təqsirli bilinmiş, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. O,barəsində olan inzibati xəta haqqında protokol üzrə cəmi 80 manat cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 145.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: 145.1.1. bu Məcəllənin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə; 145.1.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə; 145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə; 145.1.4. bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda; 145.1.5. ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda; 145.1.6. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə. 145.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərar onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. İşin hallarını, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs cəriməni ödədiyindən onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmasını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, ərizə təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 3(019)-16/2014 nömrəli qərarı xitam edilməli, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 145.2-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizə təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 3(019)-16/2014 nömrəli qərarı xitam edilsin. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilsin. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-508/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-508/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver