Məhkəmə qərarları › İş №3(019)-512/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-512/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-512/2023 04.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 və onun müdafiəçisi Nümayəndə2 iştirakı ilə X5 Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 02 oktyabr 2023cü il tarixli TP6020985 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X4 rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 02 oktyabr 2023-cü il tarixli TP6020985 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 02 oktyabr 2023-cü il tarixdə TP6020985 nömrəli qərarının ləğv edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair» 4 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilsin; qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməy şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər… Qeyd olunanlara əsasən hesab edirəm ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsinin şərh olunmasına dair» 4 noyabr 2020-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən hazırki şikayətə X6 istinad edilən inzibati xətanın törədildliyi yer üzrə Balakən Rayon Məhkəməsində baxılması qanunauyğundlur. X9 şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Özü pərakəndə ehtiyat hissələrinin səyyar satışı ilə məşğul olur. Özünə məxsus X16 markalı, Vaqon tipli 2011-ci il buraxılışlı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə respublikanın müxtəlif bölgələrinə pərakəndə ehtiyat hissələrini çatdırır. 02 oktyabr 2023cü il tarixdə idarə etdiyi özünə məxsus X16 markalı, Vaqon tipli 2011-ci il buraxılışlı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Balakən çayının üzərində olan körpüdən aşağı istiqamətdə hərəkətdə olduğu zaman Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 saxla işarəsi verərək, avtomobilini saxlatdırmışdır. Saxlanma səbəbi ilə bağlı ona yaxınlaşarkən ona bildirdi ki, X16 markalı, Vaqon tipli 2011-ci il buraxılışlı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilməlidir. Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 məcburi olaraq onun avtomobilinin yük yerinə baxış keçirmiş və ona avtomobilin yük yerində ehtiyat hissələrinin düzülməsi üçün rəflərin götürülməsini və barəsində protokol tərtib ediləcəyini bildirmişdir. Həmin vaxt o, onun hərəkətlərinə qəti etirazını bildirdi. Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 isə bildirdi ki, etiraz edəcəyin halda avtomobil cərimə duracağına aparılacaq. Özü ehtiyat hissələrinin satışı ilə məşğul olduğuna və qalmağa yeri olmadığına görə baş inspektor Nümayəndə1 təklifi ilə barəsində yazılmış protokola onun dediyi sözləri qeyd etmişdir. Həmin vaxt barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmiş və ona bildirilmişdir ki, həmin protokol əsasında 150 manat cərimə olunmuşdur. Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 həmin protokolu təqdim etdi. BDYP idarəsinə gedərək, barəsində yazılmış protokolu orada və Bakı şəhərində müxtəlif polis əməkdaşlarına göstərərək izah istəmişdir. Ona bildirdilər ki, onun barəsində yazılmış inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Bundan sonra Balakən rayon Polis Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 02 oktyabr 2023-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarın surətinin ona təqdim edilməsi ilə bağlı Balakən rayon Polis Şöbəsinin DYP Bölməsinə şəxsən müraciət etmişdir. Bölmənin əməkdaşı ona qərarı verməkdən imtina etdi və barəsində çıxarılmış qərarın surəti ona verilmədi. Hesab edir ki, Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 onu əsassız inzibati məsuliyyətə cəlb etməklə onun hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. O isə avtomobilinə normativ tələblər pozulmaqla hər hansı avadanlıq quraşdırmamışdır. Buna görə də onun əməlində inzibati xəta tərkibi və hadisəsi olmamışdır. Məhkəmə iclasında X9 və onun müdafiəçisi Nümayəndə2 şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin olunmasını, Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 02 oktyabr 2023-cü il tarixdə TP6020985 nömrəli qərarının ləğv edilərək X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Hazırki iş üzrə 01 dekabr dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 X2 nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğunu, buna görə X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunduğunu, həmin protokol əsasında xx.xx.2023-cü il tarixli TP6020985 nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 150 manat cərimə edildiyini, həmin qərarın tamamilə qanuni və əsaslı olduğunu göstərərək, şikayətin rədd edilməsini və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP6020985 nömrəli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Balakən rayon Polis Şöbəsinə, Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 04 dekabr 2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, polis şöbəsinin nümayəndəsi, Nümayəndə1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış həmin şəxlərrin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 və onun müdafiəçisi Nümayəndə2 dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət təmin edilməli, Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə bağlı inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli TP6020985 nömrəli qərarı ləğv edilməli və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, FORD transit yük markalı 77KA570 dövlət qeydiyyat nişanlı avtomobili X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 Mansurov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP5736423 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək, həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 xx.xx.2023-cü il tarixli, TP6020985 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanun normasının məzmunundan görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tərkibinin yaranması üçün sürücü tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblər pozulmalı, yəni normativ tələblərin pozulması halını yaradan avadanlıq quraşdırılmalı və ya dəyişdirilməlidir. X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.-ci maddəsilə inzibati xəta haqqında protokolun tərtib olunması əsası kimi onun xx.xx.2023-cü il tarixdə saat 15.47-də FORD transit yük markalı 77KA570 dövlət qeydiyyat nişanlı avtomobilin içərisində yüklərin daşıması üçün rəflərin quraşdırılması göstərilmişdir. Halbuki «Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının digər hər hansı normativ aktında və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 16 may 2012-ci il tarixli Q6-001-12 nömrəli əmri ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X11 nəzarəti qaydaları barədə Təlimat»a 6 nömrəli əlavə olan layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə quraşdırılması Siyhısında yük avtomobillərinin yük daşıma hissəsində yükdaşıma üçün rəflərin quraşdırılması nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələbləri pozan, normativ tələbləri pozan avadanlığın quraşdırılması və ya dəyişdirilməsi kimi müəyyən edilməmiş, belə rəflərin quraşdırılması normativ tələb olaraq layihə və xüsusi icazə tələb olunan quraşdırma kimi nəzərdə tutulmamışdır. Qanunvericiliyə əsasən təyinatı yük daşıma olan vaqon tipli yük avtomaşınlarında yüklərin daşınması üçün rəflərin quraşdırılması normativ tələblərin pozulması, avtomaşınların texniki vəziyyətinin pozulması demək deyildir. İş materiallarına əsasən X5 xx.xx.2023-cü il tarixdə saat 15.47-də FORD transit yük markalı 77KA570 dövlət qeydiyyat nişanlı avtomobilin texniki vəziyyətinə dair tələbləri pozan, normativ tələbləri pozan avadanlıq quraşdırması və ya dəyişdirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı müəyyən olunmur. X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 tərəfindən də X5 xx.xx.2023-cü il tarixdə saat 15.47-də FORD transit yük markalı 77KA570 dövlət qeydiyyat nişanlı avtomobilə həmin avtomobilin texniki vəziyyətinə dair tələbləri pozan, normativ tələbləri pozan avadanlıq quraşdırması və ya dəyişdirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut; şahidlərin izahatları,xüsusi texniki vasitənin göstəricisi və sair sübut əldə edilməmiş və məhkəməyə təqdim olunmamışdır. Hətta həmin vəzifəli şəxs tərəfindən ehtimal olunan bu xəta hadisəsinin baş verməsini təsdiq edən qanunun tələblərinə cavab verən xüsusi texniki vasitələrlə qeydə alınmış videogörüntü belə məhkəməyə təqdim olunmamışdır. Belə olan halda hesab edirəm ki, X5 xx.xx.2023-cü il tarixdə saat 15.47-də FORD transit yük markalı 77KA570 dövlət qeydiyyat nişanlı avtomobilə avtomobilin texniki vəziyyətinə dair tələbləri pozan, normativ tələbləri pozan avadanlıq quraşdırması və ya dəyişdirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalnı törətməkdə təqsirli olması müəyyən edilmir. Belə olan halda iş materiallarına əsasən X8 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Şəxsin əməlində inzibati xəta tərkibinin olmaması isə onun haqqında inzibati xəta haqqında iş üzrə icraatın başlanmaması və ya başlanmış icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsasdır (İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsi). Lakin bütun bunlara baxmayaraq, heç bir mötəbər sübut olmadan Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 tərəfindən əsassız olaraq X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və xx.xx.2023-cü il tarixli, TP6020985 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Əli Qurbanov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlar Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 X1 barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP6020985 nömrəli inzibati tənbeh vermə haqqında qərarın tamamilə qanunsuz və əsassız olduğunu göstərir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, yekun olaraq bu nəticəyə gəlirəm ki, X5 şikayəti təmin edilməli, Balakən rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP6020985 nömrəli qərarı ləğv edilməli, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcələnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar oldluqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:…134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında… Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması… Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,105.1, 109.2, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X5 şikayəti təmin edilsin. Balakən Rayon Polis X12 Xidməti baş inspektoru Nümayəndə1 X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP6020985 nömrəli qərarı ləğv edilsin; X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar