Məhkəmə qərarları › İş №3(019)-52/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-52/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-52/2022 07.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qantayeva Rahilə Tamrazovnanın katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə oğlunun, zərərçəkmiş şəxs Musayeva Bəşarət Həybullah qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X13 oğlunun iştirakları ilə xx.xx.1980-cı ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Talalar kəndində yaşayan X11 barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X3 Rayon Məhkəməsinin 2(019)-683/2021 nömrəli 08.10.2021-ci il tarixli icra sənədinə əsasən 03 iyun 2021-ci il tarixdən başlayaraq 13 avqust 2012-ci il tarixdə doğulmuş X7 və 23 iyul 2016-cı ildə doğulmuş Musayeva Fatimə Ramil qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat-cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimenti Musayeva Bəşarət Həybullah qızına ödəməlidir. O alimenti ödəməmiş,onun 1770 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq X11 aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. X8 göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə göstərdi ki, X3 Rayon Məhkəməsinin 2(019)-683/2021 nömrəli 08 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən 03 iyun 2021ci il tarixdən başlayaraq 13 avqust 2012-ci il tarixdə doğulmuş X7 və 23 iyul 2016-cı ildə doğulmuş Musayeva Fatimə Ramil qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat-cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimenti Musayeva Bəşarət Həybullah qızına ödəməlidir. Ramil Musayev alimenti ödəməmiş, hazırda onun 1770 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Əksinə çağırışlara gəlməmiş,qaçıb gizlənmişdir. Bu səbəbdən onun barəsində axtarış elan edilmişdir. Hazırda da Ramil Musayev aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərdi ki, X3 Rayon Məhkəməsinin 2(019)-683/2021 nömrəli 08 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən 03 iyun 2021ci il tarixdən başlayaraq 13 avqust 2012-ci il tarixdə doğulmuş X7 və 23 iyul 2016-cı ildə doğulmuş Musayeva Fatimə Ramil qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat-cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimenti ona ödəməlidir. Ramil Musayev alimenti ödəməmiş, hazırda onun 1770 manat borcu vardır. Ramil hazırda da alimenti ödəmir. Ramil Musayev barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-683/2021 nömrəli 08 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən 03 iyun 2021-ci il tarixdən başlayaraq 13 avqust 2012-ci il tarixdə doğulmuş X7 və 23 iyul 2016-cı ildə doğulmuş Musayeva Fatimə Ramil qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat-cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimenti X2 ödəməlidir. Musayeva Bəşarət Həybullah qızı başqa şəxslə ailə qurmuşdur. Ona görə də o uşaqları gətirib öz yanında saxlayır. O, uşaqlar üçün paltar almış,onlara pul vermişdir. Onun heç bir təqsiri yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-683/2021 nömrəli 08 oktyabr 2021-ci il tarixli icra sənədindən görünür ki, X11 03 iyun 2021-ci il tarixdən başlayaraq 13 avqust 2012-ci il tarixdə doğulmuş X7 və 23 iyul 2016-cı ildə doğulmuş Musayeva Fatimə Ramil qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat-cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimenti Musayeva Bəşarət Həybullah qızına ödəməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin 18 noyabr 2021-ci il tarixli borclunun axtarışı haqqında qərarından görünür ki, X11 alimenti ödəmədiyindən və yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, X11 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar