Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-520/2024 21.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X9, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Balakən rayonu, Tülü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X15 tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə 21 dekabr 2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs Balakən Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(019)-1389/2018 saylı, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)- 158/2024 saylı və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 205/2024 saylı icra sənədləri üzrə 14668 manat borcu tələbkarlara ödəməkdən imtina etmişdir. Bununla da Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X15 bildirmişdir ki, Balakən Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən cavabdeh Şəxs 14668 manat borc tutularaq tələbkarlara ödənilməlidir. İcra sənədləri üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün borcluya göndərilmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Barəsində axtarış elan edilmiş, 20 dekabr 2024-cü il tarixdə saat 21.30-da tutulmuşdur. Şəxs borcunu ödəməkdən yayınır, barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, icra sənədlərinə əsasən 14668 manatı tələbkarlara ödəməlidir. Onun icra sənədlərini əvvəllər icra etməməsi çətin maddi vəziyyəti ilə bağlı olmuşdur. Heç bir yerdə işləməmişdir. Balakən Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli icra vərəqəsi üzrə 1100 manat ödəniş etmişdir. Bir neçə gündür ki, işə düzəlmişdir. 20 dekabr 2024-cü il tarixdə saat 21.30-da tutulmuşdur. İlin sonunadək ödəniş etməsi üçün vaxt verilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxslər X3, X4 və X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Balakən Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(019)-1389/2018 nömrəli icra sənədindən görünür ki, cavabdeh Şəxs 5000 manat məbləğində pul alınıb iddiaçı X5 verilməlidir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-158/2024 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 5.000 (beş min) manat borc, 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu, 0,4 (qırx qəpik) xidmət haqqı alınaraq iddiaçı X1 ödənilməlidir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-205/2024 saylı icra sənədindən görünür ki, cavabdehdən 5662 manat pul vəsaiti və 76,44 manat dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilməlidir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 18 iyul 2024-cü il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(019)-1389/2018 nömrəli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etmələri təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-158/2024 saylı icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etmələri təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmurun xx.xx.2024-cü il tarixli qərarı ilə Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-205/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etmələri təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(019)-329/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 20 dekabr 2024-cü il tarixdə saat 21.30-da inzibati qaydada tutulmuş, 21 dekabr 2024-cü il tarixdə saat 11.00-da azad edilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2016-ci il tarixdə anadan olmuş Nilay Məmmədova adlı azyaşlı uşağı var. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədinin icra edilməməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlər onun sözügedən icra sənədləri üzrə 14668 manat borcunu üzrlü səbəb olmadan ödəmədiyini göstərir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olması müəyyən edilmiş, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, inzibati qaydada həbs edilməli, onun 20 dekabr 2024-cü il tarixdə saat 21.30-dan 21 dekabr 2024-cü il tarixdə saat 11.00-dək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət həbs müddətindən çıxılmalıdır. Balakən rayon Vəkil Bürosunun vəkili X13, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X10 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına 18 manat köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs 20 dekabr 2024-cü il tarixdə saat 21.30-dan 21 dekabr 2024-cü il tarixdə saat 11.00-dək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) gün müddətə inzibati həbs saxlansın. İnzibati həbs müddətinin əvvəli 21 dekabr 2024-cü il tarixdən saat 13.30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Balakən rayon Vəkil Bürosunun vəkili X13 tərəfindən göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun («KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************) hesabına 18 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-520/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-520/2024
21.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver