Məhkəmə qərarları › İş №3(019)-521/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-521/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-521/2024 26.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Balakən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli TR-6885121 nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq , m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Balakən Rayon Polis Şöbəsinin DYPB-nin TP-6885121 nömrəli xx.xx.2024-cü il tarixli qərarından məhkəməyə şikayət verərək Balakən Rayon Polis Şöbəsinin DYPB-nin TP-6885121 nömrəli xx.xx.2024-cü il tarixli qərar ilə onun barəsində tətbiq edilmiş 100 manat inzibati cərimənin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından görünür ki,X2 TP-6885121 nömrəli xx.xx.2024-cü il tarixli qərardan şikayəti qərarın qəbul edildiyi gündən 25 gün sonra vermişdir.O, qərarın surətini rəsmi qaydada almasına dair sübutu şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İşin yuxarıda qeyd edilən hallarını,qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 128-130-cu maddələrini rəhbər tutub, qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Balakən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli TR-6885121 nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlə birlikdə qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar