Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-534/2024 27.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon polis şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində İXMnin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş. Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Balakən rayonunun Mahamalar kəndində yerləşən evdə yaranmış mübahisə zamanı qızı Zərərçəkmiş şəxs əli ilə sinəsindən itələmiş və nəticədə bel nahiyəsi istilik sobasına dəyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 məhkəmə iclasında göstərdi ki, 21 dekabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar əsasında araşdırma aparılması ona həvalə edilmiş, aparılmış araşdırma zamanı Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmiş, Zərərçəkmiş şəxs ilə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, hal-hazırda atası Balakən şəhəri Nəsimi küçəsində, özü isə anası ilə birgə Balakən rayonu Mahamalar kəndindəki evdə yaşayır. Atası onun yaşadığı evə gəlib onu narahat edir. Mübahisə zamanı onu itələmişdir. Fiziki ağrı hiss etsə də, bədəni üzərində hər hansı gözlə görülə biləcək xəsarəti olmamış, bu səbəbdən ekspertizadan keçməkdən imtina etmişdir. Hazırda Şəxs ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında hal-hazırda Şəxs Balakən şəhəri Nəsimi küçəsində, özünün isə qızı ilə birgə Balakən rayonu Mahamalar kəndindəki evdə yaşadığını, xx.xx.2024-cü il tarixdə Şəxs sərxoş halda yaşadığı evə gəldiyini, aralarında sözlə mübahisə yarandığını, qızının atasına evdən çııxb getməsini dedikdə, atasının onun sinəsindən tutub arxaya tərəf itələdiyini, nəticədə müvazinətini saxlaya bilməyib yıxılıb bel nahiyəsinin evdəki istilik sobasına dəydiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış HK-1-853 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs İXMnin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün RPŞnin İTB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan Zərərçəkmiş şəxs ərizəsində göstərilmişdir ki, Şəxs ilə barışmışdır, onun tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin hallarını, zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışmalarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-534/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-534/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver